Temperatur 4-6 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq .....                        On şagirdin zəhərləndiyi məktəb bufeti BAĞLANDI .....                        İranla müharibənin başlama ehtimalı ÇOX BÖYÜKDÜR .....                        Cenevrə danışıqları çətin keçdi, lakin zəruri idi .....                        Müdafiə Nazirliyinin sabiq rəisi rüşvətdə ittiham olunur .....                        "Amnesty International"ın bəyanatı əsassız və böhtan xarakterlidir .....                        Azərbaycanda 1 biletlə iki dəmir yolundan istifadə etmək olacaq .....                        İlham Əliyev Xalq şairini “Heydər Əliyev” ordeni ilə təltif etdi .....                        Prezidentlə Birinci xanım Nəriman Həsənzadəni təbrik etdi .....                       
Tarix : 17-07-2022, 14:35
"Nur Ocağı" təqdim edir:


Havva Nazim


"Nur Ocağı" təqdim edir
Kəndim
Həsrətəm yaz vaxtı “Öküzdağı”nın,
Döşündə lalələr saymağa, kəndim.
Utancaq güllərə bir tumar çəkib,
Bənovşə ətrini duymağa, kəndim.
*
Dümanın dərələr boyu sürünər,
Dümağ yapıncıya hərdən bürünər,
Bax yalın başından, füsun görünər,
Heç səndən olarmı doymaq, a kəndim?!
*
Şirin xəyallara səndə dalam kaş,
“Kələmdərəsi”ndə qələm alam kaş,
Pürrəngi çay ilə qonaq olam kaş,
Səhərlər bal dadan qaymağa, kəndim.
*
Yellənəm dumanın çənli saçından,
Nələr yada düşməz binə köçündən?
Toplayam yenə də otlar içindən,
Quzqulaq, gicitkən oymağa, kəndim.
*
Qəlbindən həsrəti bir gün siləcək,
Səni görcək bil ki, üzü güləcək,
Havva qucaq açıb yenə gələcək,
Yolunda bu canı qoymağa, kəndim.

10.04.2022
Həsrət
Dəyişməyin bir tozunu Vətənin,
Qucaq-qucaq almazına qürbətin.
Yavan çörək orda baldır, inan ki,
Unutmazsan damağında ləzzətin.
*
Yada düşsə qəlbin oda qalanar,
Hər telindən nisgil yükü sallanar,
Xəyallarda el-obaya yollanar,
İçin-için hey çəkərsən həsrətin.
*
Nə toyunda, nə yasında olursan,
Nə ağlayır, nə ürəkdən gülürsən,
Sən elinin qürbətlərdə bilirsən,
Hər tozunun, zərrəsinin qiymətin.
*
Hardan düşdün bu yabançı ellərə?
Dön yurduna, min qanadlı yellərə.
Ya dərviştək düş piyada yollara,
Çəkmə daha qürbət elin minnətin.
*
Bax, Havvanın könlü qubar eləyir,
Vücudunu həsrətlərə bələyir,
Axşam-axşam oturanda diləyir,
Qohumların dadlı-duzlu söhbətin.

29.04.2022

Gedirəm
Hərəyə bir ömür verib Yaradan,
Yolunun rəngləri ağdan, qaradan,
Çəkib göy qurşağı mən də aradan,
Rənglərin selində üzüb gedirəm.
*
Yerdən ta göylərə cığır salıram,
Küsən buludların könlün alıram,
Açıb qanadımı laçın oluram,
Əngin səmalarda süzüb gedirəm.
*
Dəryanın damlası bilib özümü,
Havvayam, deyirəm hərdən sözümü.
Hər kiçik damlada qoyub izimi,
Sonsuz ümmanlara sızıb gedirəm.

07.07.2022

Söylə
Söylə, göyərçinim, söylə qəribə,
Mənə yaxınımdan, yadımdan söylə.
Külünün hisləri ovcumda qalan,
İsti ocağımdan, odumdan söylə.
*
Söylə, darıxırmı ata ürəyi?
Anam bişiribmi sacda çörəyi?
Yanında vardımı təzə dürməyi?
Yavan çörəyimdən, cadımdan söylə.
*
Azadsan uçuşda, vüsətə dal sən,
Sərhədsiz səmada qanadlar çal sən,
Havvanın elindən yolunu sal sən,
Vətənə salamlar adımdan söylə.


25.12.2021


Paylaş



Bölmə: Ədəbiyyat / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!