Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 27-07-2017, 12:13
"Uzat əllərimə toxunsun əlin,  Ərisin həsrətin buzu bir anlıq..." - Şahlar Qəribli


Şahlar Qəribli

Bir anlıq


Uzat əllərimə toxunsun əlin,

Ərisin həsrətin buzu bir anlıq.

Utanma baxışdan, baxışlarımdan,

Saxla gözlərimdə, gözü bir anlıq.


İlləri andırır keçən hər anım,

Düşmüşəm həsrətə, mən necə danım.

Xəstəyəm bilirsən odur dərmanım,

Söykə üzüm üstə, üzü bir anlıq.


Etmə Qəriblini odlara yanan,

Dinlə sözlərimi, gəl buna inan.

Baxışlar danışsın olaq lal bir an,

Unudaq söhbəti, sözü bir anlıq.


Vaxtı var


Xəstə tələsiyər nardan ötəri,

Onun da özünün dəyən vaxtı var.

Susanı lal sayma, yada danışmaz,

Bir gün də sözünü deyən vaxtı var.


Dağ düşməz hörmətdən, qar olan vaxtı,

Axtar yaxşı dostu var olan vaxtı.

Məsəl var, ağacda bar olan vaxtı,

Başını aşağı əyən vaxtı var.


Qəribli, dərsin al alim yanında,

Yaxşılıq dolansın, axsın qanında,

Üzə çəkiləndə haqq divanında,

Günahkar başına döyən vaxtı var.


Ömür, hara tələsirsən


Nə tez keçir ayın, ilin,

Ömür, hara tələsirsən.

Nağıl kimi yüyrək dilin,

Ömür, hara tələsirsən.


Heç nə yetmir bağlamağa,

Rəhm etmirsən ağlamağa.

Gücüm yetmir saxlamağa,

Ömür, hara tələsirsən!


Gahdan yağış, gahdan dolu,

Bitər harda görən yolu.

Hər bir günü arzu dolu,

Ömür, hara tələsirsən.


Qəribliyəm, oyma məni,

Qonaq kimi sayma məni.

Yarı yolda qoyma məni,

Ömür, hara tələsirsən.


Ay eylər of-of

(təcnis)



Bağban olub, öz bağında sula nar,

Vaxt yetişər, meyvə özü sulanar.

Xəstə tamah salar, ağzı sulanar,

Saxlamaz özünü ay eylər of-of.


Bal satan batırar, bala barmağı,

Şeytanın törədər bəla barmağı.

Əzilsə bir kəsin bala barmağı,

Ağrıdan sızıldar ay eylər of-of.


Aşıq haray çəkdi,öləndə Yaxşı,

Adı yaxşı qalar, öləndə yaxşı,

Qəribli Şahlar da öləndə yaxşı,

Baxan heyifsinər ay eylər of-of.


Gədəbəydədi

(Xalq şairi İlyas Tapdığın

"Gədəbəydədi" şeirinə

nəzirə)



Ana təbiətin yaratdığından,

Deyim gör bir nələr Gədəbəydədi.

Ötən tarixlərin hər nişangahı,

Dövranlar, əsrlər Gədəbəydədi.


Torpağında dərdə - dərman bitirən,

Neçə könüllərə məlhəm gətirən,

Koroğlu misalda igid yetirən,

Basılmaz ərənlər Gədəbəydədi.


Gəzsən hər tərəfi gözəl - səfalı,

Gəzib məftun olur görən bu halı.

Əhdə sədaqətli, həm də vəfalı,

Dosta şirin dillər Gədəbəydədi.


Yaşıl meşələri, bağçası-barı,

Ağır obaları, tükənməz varı.

Heç vaxt azalmayan başından qarı,

Vüqarlı zirvələr Gədəbəydədi.


Olmuşam əzəldən vurğun bu elə,

Qalır deyilməmiş çox sözlər hələ.

Qəribli Şahlaram, gəzməyə belə,

Laləli çəmənlər Gədəbəydədi.


Gəzir indi


Ay ellər, dünyanın işinə baxın,

Zərgər olmayanlar, zər gəzir indi.

İnana bilmirsən, kim doğru deyir,

Haqqın ünvanında şər gəzir indi.


Çox bəxtin yoluna qara yazılıb,

Qartalın zirvəsi sara yazılıb,

Bu hansı kitaba,hara yazılıb?

Çaqqal ovlamağa şir gəzir indi.


Dəyişib fəsillər,dəyişib rüzgar,

Göylərə çəkilb,etibar ilqar,

Tapdanıb haqqı-say itib namus-ar,

Qoca qarılar da ər gəzir indi.


Qəribli,əzəldən haqdı sirdaşın,

Qalmayıb mənası qurunun,yaşın,

Ağıllı olanlar itirib başın,

Gedib fal açdırır,pir gəzir indi.


Vuruldum


Sanki,rəssam bəzək vurub,yaradıb,

Təbiətin,naxışına vuruldum.

Şiş qayalı zirvələrdə qartalın,

Məğrur-məğrur baxışına vuruldum.


Heyran oldum gözəlliyə mən gəlib,

Bu gözəllik təbiətlə tən gəlib,

Hərdən-hərdən duman gəlib,çən gəlib,

Narın-narın yağışına vuruldum.


Nə gözəldi burda qurğu-büsatlar,

Bənzəyir xalıya çəməndə otlar,

Göy üzündə toqquşanda buludlar,

Şimşəklərin çaxışına vuruldum.


Ay Qəribli,bu yerlərə tay hanı,

Valeh edir gözəlliyi insanı,

Sularında neçə dərdin dərmanı,

Bulaqların axışına vuruldum.


Qadasın alım


İnsanı insan tək anlayıb qanan,

Duyan könüllərin,qadasın alım.

Hər bir kəlməsində dosta can deyən,

O şirin dillərin qadasın alım.


Bərqərar eyləyən,haqq-ədaləti,

Yox edən dünyada zülmü-zilləti,

Yorulmaq bilmədən,çəkən zəhməti,

Zəhmətkeş əllərin qadasın alım.


Qəribli Şahlaram vuran ürəyim,

Xoş günü,xoş günüm arzum diləyim,

Dar gündə köməyim arxam gərəyim,

Bu doğma ellərin qadasın alım.


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!