Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 18-07-2017, 14:53
Vətən Ata qoxar

Artıq yay bitmişdi. Ömrün qış dövrünə keçmək üçün üç ay qalırdı. Soyuq qış gecələri bizi gözləyirdi. Hər şeydən xəbərsiz bətnimdəki körpənin dünyaya gələcəyi günü səbirsizliklə gözləyirdim. Sənin bizə yazdığın məktubları oxuyuram. Atamızın bizim üçün darıxdığını körpəmizə söyləyirəm.
Nə bilim, bəlkə də eşidir, o, öz sevincini qarnıma təpik vuraraq bildirir. Hər gün cəbhədən gələn xəbərləri eşidib nigaran qalırıq.
Anam, - "Qızım, get dincəl, belə xəbərləri dinləmə, sənə və körpəyə stress yaşadar, - deyir. Otağımda sakit oturub tanış olduğumuz günləri hekayələr şəklində körpəmizə danışıram. Beləcə, günlərimi keçirirəm. Sənin evimizə və körpəmizin dünyaya gəlişini səbirsizliklə gözləyirik. Sayılı günlər tez keçər deyərlər. Gəl də bir bunu gözləyənə sor.

Anamla qonaq otağında əyləşib, sənin uşaqlıq şəkillərinə baxırıq.
Ana deyir ki, - "Oğlum dəcəl idi. Amma mərd oğul böyütmüşəm. Millətini, vətənini, bayrağını hər bir şeydən uca tutan oğul. Bir obaya dayaq olan Çinar böyütmüşəm. Yenə körpəmlə sənə məktub yazırıq. Nə yazım, nə danışım, heç özüm də bilmirəm. Buralarda hava soyuyur. Soruşmayacam oralar necədir. Vətənin hər bir qarış torpağı isti və əzizdir. Sərt soyuq bıçaq kimi sümüyümüzü kəssə də, hər şey Vətən üçündür".

Dünən məktubunu aldıq. Bir görsəydin məktubunu necə sevinc və həyəcan içində oxuyurdum. Hələ anamı demirəm. Oxuyandan sonra məktubu bağrına basıb, qoxusunu ciyərlərinə çəkə - çəkə qoxlayır, körpə uşaq kimi oxşayırdı.

-Az qalıb, gələcəm deyirsən. Sağ - salamat qayıt, gəl. Narahat olma, biz yaxşıyıq.

Məktubu yola saldım, bilmirəm nədəndir, qəlbimə bir sıxıntı girib, ürəyimi parçalayır. Elə bil nəfəsim kəsiləcək, ətrafımda bu qədər insan olduğu halda özümü tək hiss edirəm. Anam deyir ki, hamiləlikdə olur belə hisslər. Beləcə, günlər bir - birini qovalayır.

Şad xəbər yazıram, qızımız dünyaya gəldi, sən gedərkən qız olsa Zəhra oğlan olsa Ömər qoyarsan söyləmişdin. Gözəldi, bəxti də gözəl olar. İnşallah!

Məktublar göndərirdim, lakin heç birindən cavab gəlmirdi. Hər kəs susur, bir söz deyən yoxuydu. Nigaran baxışlar sanki, nə isə gözlərmiş kimi gözləyərdi.
Həmin gecə minlərlə gəncin sabahına günəş öz şəfəqlərini yollamadı. Canlarını Vətənə qurban verən oğullar Şəhidlik zirvəsinə ucaldılar. Həmin gecə hər kəs narahat idi. Zəhranı bağrıma basıb hönkürtü ilə ağladım. Ağladım, amma səbəbini bilmədim. Noyabrın ilk sabahı sənin ölüm xəbərin gəldi. Dünyamız başımıza yıxıldı, ayaqqlarımız yerdən kəsildi, sanki nəfəs almırdıq. Hər tərəfə zülmət qaranlıq çökdü. Nə olduğunu anlamağa çalışarkən başımızın üstünə insanlar yığışıldı. Xalq öz Şəhidini son mənzilə yola salmaq üçün yaşadığı evə axın etdi. Vətən üçün canından keçən övladının üç rəngli bayrağa sarılmış tabutunu çiyinlərdə daşıyırdılar. Taleyin amansız hökmü ilə barışmaqdan başqa əlacımız yox idi. Sənsiz keçən hər günümüz bizə qaranlıq zidan kimi idi. Zəhranın atasız günləri başlandı. Nə sən körpənin qoxsunu duya bildin, nə də ki körpən sənin qoxunu... Övladımızın məktəb illərini görmək nəsib olmasa da, göylərdən bizi izləyirsən. Zəhra məktəbdən evə gəlib ağlayanda bədbəxtlik hissi məni məhv edirdi. Nənəsinin yanına gəlib sənin haqqında suallar verir, - "Atamın qoxusunu necə hiss edərəm? Atam hardadır? Mən atama bənzəyirəmmi?", - deyə. Verdiyi hər bir sual qəlbimizi parçalayır. Zavallı balam böyüdükcə cavabsız qalacaq sualları ona əzab verməsin deyə gərçəyi ona danışırıq.
İllər öncə sənin yolunu gözləyərək baxdığım şəkillərə indi qızın baxır. Sənin geri gəlməyəcəyini bilə - bilə son məktubunu dəfələrlə oxuyur, məktubu qucaqlayır, qoxunu duya bilmək üçün. Gecələr yatarkən, şəklini qucaqlayır, bəlkə yuxusuna gələrsən deyə. Hər süfrəyə əyləşəndə yerin boş qalır. Sanki bu dəqiqə qapını döyüb, - "mən gəldim", - deyəcəksən. Qızımızın suallarını cavablandırmaq sənin haqqında məlumat vermək şərəfli və məsuliyyətli bir işdi. Ona atasının qəhrəmancasına şəhid olduğunu və milyonlarca şəhid övladlarından biri olduğunu söyləmək hər bir kəlmədən çətindir. Çinarın Zəngilan uğrunda gedən döyüşlərdə mərdliklə vuruşmağından, Vətən torpağını düşmənə verməmək üçün canından keçdiyini övladımıza söyləyirəm. Meşələrdə kimsəsiz qalan uşaqlara yardım etmək, onları Bakıya göndərməyindən danışarkən, sənə aid olan köynəyi bağrına basıb yuxuya gedir. Dərsdən evə gələn kimi şəklini öpüb və sənə salam göndərən qızından, ad günündə uşaq ağlıyla sənə qələm alıb şəklinin önünə qoymasından sənə danışmaq istərəm.

Həyatda gedənin yerini heçnə doldurmur. İllər bir - birini qovaladıqca balaca Zəhramız böyüyür, atasız keçən hər bir günün ağrısıyla: "Bəli, ata, mən böyümüşəm. Sənin xəyalınla, qəhrəmanlığınla, vətənə olan sevginlə. Atamın qoxusunu duymadan böyüyən şəhid övladları kimi...

Nənəmin “Vətən ata qoxar” kəlməsini indi anlayıram. Qoxunu Vətənin hər bir küncündə axtarıram. Axı bu torpaqların hər bir zərrəsinə şəhidlərimizin qanı çilənib, babalarımız bu torpaqlarda kəfənsiz yatır. Bizim üçün, gələcək nəsillər üçün. Düşmənə kölə olmamaq, namusu qorumaq üçün. Atasız keçirdiyim illərin ağrısını heç nə ovuda bilməz. Ötüb keçən illərin alovu hələ də ciyərimi yandırır. Əllərinin istisini, nəfəsini duymadan, ata nəvazişi, sevgisini görmədən böyüdüm. Mənim kimi bu ağrını Asif, Zeynəb, Əli, Gülər yaşadı. Və hələ yaşamaqdadılar. Ata, səninlə görüş yerimiz Şəhidlər Xiyabanı olacaq. Əlimdə anamın gündəliyi, anamın sənə deyə bilmədiyi, yazdığı sözləri mən sənə oxuyuram. Kaş ki, səni bir dəqiqəlik olsa belə görə biləydim. Qoxunu, nəfəsini duyub, xeyir - duanı eşidərdim. Qısa zaman ayrıcında atasızlığın necə ağır bir hiss olduğunu söyləyə bilərdim. Hər gün səni görmək arzusuyla yuxudan oyanıb, sənin gələcəyin günü gözləyirəm. Ata, doğum günün mübarək! Günlər eynidir, amma illər fərqlidir. Hədiyyəni yenə şəklinin önünə qoydum, ümid edirəm bəyənərsən?! İndi sənin yaşındayam. Sən bizdən getdiyin, Şəhidlik zirvəsinə ucaldığın yaşda. Düz iyirmi beş yaş. Bu illər ərzində sən cavan qaldın, mən isə böyüdüm. Nə qəribədir, elə deyilmi?

Vətənin hər bir qarış torpağını qoruyan övladlar olduqca bu vətən heç bir zaman darda qalmayacaq. Şəhid övladlarının hər biri bizə əmanətdir.

Günel Ağayeva


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!