"Beşiktaş" doğma meydanında məğlub oldu .....                        Şirvanda 4 nəfəri maşın vurdu .....                        Britaniyada fırtına: fövqəladə vəziyyət elan edildi .....                        Şair Vidadi Loğmanoğlunun doğum günü qeyd olunub .....                        Sürücülərə xəbərdarlıq! - 4 bal, 100 manat cərimə .....                        İstanbulda qar həyatı iflic etdi - FOTO .....                        Naxçıvanda 5 maşın toqquşdu - Hadisə yerindən FOTOLAR .....                        İran uranı zənginləşdirməyə davam edir .....                        Yenidən dünya çempionu oldu .....                       
Tarix : 31-08-2015, 13:33
Borçalının nəsimi - FOTOLAR

Elbəyi Cəlaloğlu


7-ci Elatdan qısa təəssüratlar


7-ci Elat bayramından sonra dincəlmək məqsədilə bir qədər ata yurdumda – Borçalıda qalmaq qərarına gəldim. 20 gündən çoxdur ki, borçalılılarla birbaşa təmasdayam. Kiçik və böyük məclislərdə, elarası, kəndarası irili-xırdalı yığıncaqlarda ən çox bəhs edilən mövzu Elat bayramı və onun mahiyyətidir. Bilməyənlərə anlatmağı borc bildiyimdən eyni söhbəti çeşidli toplantılarda söyləməkdən yorulmuram da. Elatın Haqq yolu olduğunu dərk edənlər isə belə bir yüksək əyarlı tədbirin təşəbbüskarı olan Zəlimxan Məmmədlinin Gürcüstana buraxılmamasının səbəbini soruşurlar. Açığı bu sualı cavablandırmağa bəzən çətinlik çəkdiyimdən, eyni zamanda ehtimalımın düzgünlüyünə şübhə edərək yozmağa da ehtiyat etdiyimdən, – bunu Gürcüstan rəhbərliyindən soruşmaq lazımdır, – deyib, müzakirəni öz üzərlərinə atıram.

Lakin qeyd etmək lazımdır ki, 7-ci Elat bayramı öz möhtəşəmliyi ilə yaddaşlara həkk olundu. “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin iştirak edə bilməməsinə baxmayaraq, “Borçalı” Cəmiyyətini dəstəkləyənlər və borçalısevərlər dünyanın çeşidli ölkələrindən gəlib bu bayrama qatıldılar.

Borçalının nəsimi - FOTOLAR


İkinci cəhət bu idi ki, ilk dəfə olaraq Gürcüstanın hökumət rəsmiləri bayramda iştirak etdilər. Kvemo-Kartli qubernatoru, Dmanisi rayon İcra Başçısı (qamqebeli) öz müavinləri ilə birlikdə Elat bayramını şərəfləndirdilər və açılış nitqi söylədilər. Onların iştirakını Gürcüstan siyasi hökumətinin Borçalı türklərinin tarixinə, mədəniyyətinə və bütövlükdə mənəvi dəyərlərinə hörmətlə yanaşması kimi qiymətləndirirəm.

Üçüncü tərəfdən, Türkiyənin rəsmi dairələri, ayrı-ayrı təşkilat rəhbərlərinin bu bayrama könül verməsi və Fransalı, Rusiyalı qonaqların da iştirakı əvvəlki illərdə olduğu kimi sevincimizə sevinc qatdı. Azərbaycanın Millət Vəkili Fazil Mustafanın Elatda çıxışı borçalılıların qolunun qüvvəsini, dizinin taqətini bir az da artırdı, lakin Azərbaycan rəsmilərinin orada görünməməsi təəssüf doğurdu. Halbuki, Gürcüstan və Türkiyə dövlət rəsmilərindən öncə Azərbaycan siyasi hakimiyyəti Elata dəstək verməliydi. Necə ki, hər zaman bu bayrama dövlətlərimizin sahiblənməsinin tərəfdarı olmuşuq. Elə buradaca qeyd etmək yerinə düşər ki, Azərbaycan televiziyaları da bu il Elata münasibətdə özlərinin qeyri-müstəqil olduqlarını bir daha təsdiqlədilər. Ulu Tanrıdan onların təfəkkürünə demokratiklik, düşüncəsinə ziyalılıq və qəlbinə fədakarlıq arzulayıram. Bütövləşmə, inteqrasiya, tarixini, yaddaşını, mədəniyyətini qoruma və inkişaf etdirmənin başqa yolu da yoxdur.

Borçalının nəsimi - FOTOLAR


Üzü Tiflisə

Bu ilki Borçalı müşahidəlrim mübarək Elat bayramının mənə bəxş etdiyi ruhun üzərinə daha bir neçə xoş ovqat gətirdi. Bunlardan biri, Borçalı camaatının bir zamanlar nicatı əsasən Bakıdan gözlədiyi halda, indi üzlərini daha çox Tiflisə tutmalarıdır. El-obada hər kəs Gürcüstanda gedən ictimai-siyasi prosesləri müzakirə edir, öz düşüncə tərzinə uyğun olaraq Gürcüstan dövlətində görmək istədiyini – subyektiv mövqeyini ifadə edir. Bu, “Borçalı” Cəmiyyətinin artıq özünü doğrultmaqda olan çoxdankı arzularındandır. Hər zaman yazılarımız, çıxışlarımız və tezislərimiz vasitəsilə “Üzünüzü Tiflisə tutun, Gürcüstanı milli dövlətiniz olaraq sevin!” demişik. Təbii ki, bundan xoşlanmayanlar, bunu düzgün anlamayanlar da olurdu. Bu, “millət” və “etnos” ifadələrinin fərqini bilməyən, millətləşmə, bütövləşməni, birgəyaşayışın mahiyyətini dərk edə bilməyənlərin mövqeyi idi. “Borçalı” Cəmiyyətinin “Gürcüstan hər bir gürcünün olduğu kimi, Borçalı türklərinin də milli dövlətidir” tezisini oxuyub qarnını-başını qaşıyanlar başa düşmürdülər ki, ta qədimdən üzü bəri bütün zamanlarda müxtəlif etnik qruplar və tayfalar bir ideya ətrafında birləşərək bir milləti formalaşdırıb, bu millət də öz növbəsində dövlətini qurub. İndiki zamanda hər hansı bir millətin, yaxud da dövlətin yalnız bir etnosdan ibarət olduğunu söyləmək naşılıq olar. Bu mənada dövlət onun hər bir vətəndaşının milli dövləti hesab olunur. Hər hansı bir etnik qrup vətəndaşı olduğu dövləti bilərəkdən özünün milli dövləti hesab etmirsə, demək orada separatçılıq meylləri var. “Borçalı” Cəmiyyəti də bunları dərk edərək Borçalı gənclərini Gürcüstanı milli dövləti olaraq sevməyə səslədi. Bütün bunların fonunda “Borçalı” Cəmiyyəti hər zaman Borçalı gənclərini Gürcüstanın ictimai-siyasi həyatının yaxından iştirakçısı olmağa dəvət edib, ana dilində olan məktəblərin statusunu qorumaq şərti ilə gürcü dilini mükəmməl öyrənməyi təlqin edib. Əlbəttə, hər bir insan vətəndaşı olduğu ölkənin dövlət dilini bilməyi özünə borc bilməlidir və onu da anlamalıdır ki, dövlət dilini bilmədən bu ölkədə fəhləlikdən başqa bir şeyə nail olmaq mümkünsüzdür. “Borçalı” Cəmiyyəti və onun sədri Zəlimxan Məmmədlinin bu mövqedə olmasını Gürcüstana olan sonsuz sevgilərlə, onun dövlətçilik ənənəsini, konstitusiyasını, bayrağını, gerbini, himnini, mədəniyyətini sevmək və bu dövlətin taleyini öz müqəddaratı saymaqla izah etmək olar.

Borçalının nəsimi - FOTOLAR


Gürcüstanın ictimai-siyasi həyatının, yaxud taleyinin borçalılıları əvvəlki illərlə müqayisədə daha çox düşündürdüyünü müşahidə etmək elə də çətin deyil. Kəndlərdə maddi çətinlik üzündən doğan bilgisayar azlığı informasiya qıtlığı yaratdığına baxmayaraq, əhalidə aktivlik müşahidə olunur. Amma onlar istəklərinin parlamentdə səsləndirilmə çətinliyindən narahat olduqlarını söyləyirlər, bunun səbəbini də Gürcüstan türklərindən ibarət deputatların son dərəcə azlığı və ya yetərsay olmadığı ilə izah edirlər. Doğrudan da, ölkədə əhalinin sayına görə Gürcüstan türklərinin gürcü millətindən sonra 2-ci yerdə durduğunu nəzərə alsaq, o zaman parlamentdə heç olmasa 20 deputatla təmsil edilməli olduqları halda, onlar cəmi 3 deputatla kifayətləniblər. Bu da əhalinin son parlament seçkilərinə qədərki dövrdə fəaliyyətsizliyinin, ya da seçki ədalətsizliyinin nəticəsidir. Lakin Borçalı əhalisinin bugünkü oyanıqlığı gələcək seçkilərdə Gürcüstan türklərindən ibarət deputatların xeyli artacağını güman etməyə əsas verir. Hesab edirəm ki, bu məsələni Azərbaycan hökuməti də özünün Gürcüstanla bağlı xarici siyasətinə daxil etməli və bu işdə maraqlı olmalıdır.

Borçalının nəsimi - FOTOLAR


Deputat məsələsində son zamanlar nədənsə Gürcüstan kökənli Azərbaycan vətəndaşlarının bəxti Azərbaycanda keçirilən seçkilərdə də gətirmir. SSRİ zamanında və ondan sonrakı dövrlərdə müxtəlif səbəblərlə Azərbaycana köçmüş Gürcüstan türklərinin içindən çıxmış və Azərbaycanın elm, siyasət, iqtisadiyyat və eləcə də, digər sahələrində fəal olan yüzlərlə, bəlkə də minlərlə ziyalının olduğunu söyləsək, bugünkü Milli Məclisdə onların təmsil olunmaması təəssüf, hətta təəccüb doğurur. Borçalılıların problemlərini ara-sıra Milli Məclisdə qaldıran Millət Vəkillərimiz var, buna sözüm yox, lakin bu xalqın psixologiyasını, dərd-sərini daha dərindən bilən Gürcüstan kökənli Millət Vəkillərinin olmasına nə mane olur? İdarəetmənin qaydalarına görə də, ölkə parlamenti və idarəçi komanda ölkə coğrafiyasının müxtəlif bölgələrindən əhalinin etimad göstərdiyi şəxslərdən ibarət olmalıdır. O zaman necə oldu ki, Milli Məclisdə təmsil olunması üçün borçalılıların içərisindən 5 nəfər nümunəvi, fədakar şəxs tapılmadı? Məncə bu şəxslər yetərincədir, lakin kimlərəsə sərf edən, kimlərinsə şəxsi maraqlarına mane olmayacaq kadrların seçilməsi müşküldür. Bu da olmasın ki, vaxtilə Zəlimxan Məmmədlinin “dimdiyindən” mandatını saldırdılar.

Borçalının nəsimi - FOTOLAR


Qarşıdan növbəti parlament seçkiləri gəlir. Xalqımıza, dövlətimizə xeyirli-uğurlu olsun, deyib seçiciləri daha diqqətli, kimi seçəcəklərinin fərqində olmağa və bütünlüklə seçkilərə qatılaraq, saxtakarlığa çalışanların qarşısını birmənalı olaraq kəsməyə dəvət edirəm. Belə olan halda 5 ildə bir dəfə də olsun Milli Məclisdə səsini eşitmədiyimiz, parlamenti özünə “mürgüləmə yeri” seçmiş deputatların sayının heç olmasa minimuma endiyinin şahidi ola biləcəyik.

Borçalının nəsimi - FOTOLAR


Borçalı türkləri ilə gürcü xalqının ortaq dəyərləri

Tarixi mənbələr göstərir ki, millətin yaranmasında etnik qruplar arasındakı irq və əcdad qohumluğu, dil və din birliyi, ortaq iqtisadi həyatın olması, ortaq mədəniyyət nümunələrinin mövcudluğu, siyasi keçmiş yaxınlığı, ortaq tarix və yaddaşın olması, bəlli bir ana Vətənə olan sevgi, keçmişin eyni hadisələrinə münasibətdə ortaq qürur və məyusluq hissələri mühüm rol oynayırlar. Sadaladığımız amillərin hamısı olmasa da, böyük bir hissəsini gürcü xalqı ilə Gürcüstan türklərinin ortaq dəyərləri sırasına qatmaq mümkündür. Lakin tarixi faktdır ki, minillərdir öz aralarında heç bir coğrafi sərhəd tanımayan bu iki xalq dost-qardaş münasibətilə ortaq tarix yaşamalarına, qarşılıqlı mədəni inteqrasiya etmələrinə baxmayaraq, heç bir quru sərhədi olmayan Şimal və Baltik dənizlərinin suları kimi bir-birinə qarışmamış, bir-birinin içində assimilyasiya olmamışlar. Hesab edirəm ki, buna öncə millətləşmə prosesində aparıcı meyarlardan sayılan əcdad, dil və din birliyinin iki xalq arasında olmaması, ikincisi isə, hər iki millətin öz keçmişi, mədəniyyəti, dili və inanc sistemininin sədaqətlə keşiyində durmağı bacarması, öz dəyərləri uğrunda qəhrəmanlıq tarixini yazması, həmçinin dostluq münasibətlərinə rəğmən mərdanəlik nümayiş etdirmələri səbəb olmuşdur.

Borçalının nəsimi - FOTOLAR


Sözgəlişi, bu məsələylə bağlı çox da uzağa getmədən, XII əsrdə Səlcuqlulara qarşı dirəniş göstərmək üçün Qurucu Davidin dəvətilə şimaldan Gürcüstana gələrək yerli türklərlə qarışmış Qarapapaq-Qıpçaq türkləri ilə gürcü xalqının birgə mübarizəsindən üzü bəri yaşanan, torpaqlar uğrundakı mücadilələri, II İrakli dövründə Gürcüstana qarşı hücumlarda 300 araqvili ilə çiyin-çiyinə Borçalı Xudu bəyin başçılığı altında vuruşan 150 nəfər Borçalı türklərindən ibarət döyüşçüləri, II İraklinin yaxın dostları, xanəndə və səriştəli döyüşçü Allahverdi, sərkərdə Sadıq Yadigarov oğulları Ağacan və Allahverdi ilə, eləcə də Şəmsəddinli Əli Sultan kimi qəhrəmanların birgə apardıqları mübarizələri nümunə üçün qeyd etmək olar. Bundan başqa, XIX əsrin əvvəlində Rus imperiyası tərəfindən işğala məruz qalan Cənubi Qafqaz uğrunda aparılan savaşlar, 1918 və 1990-cı illərdə müstəqillik uğrunda aparılan mübarizələr, XIX-XX əsrlərdə rus-erməni birləşmələri və daşnak-bolşevik separatçılarına qarşı aparılan mübarizələr bu iki xalqın ortaq problemi, ortaq ölüm-dirim savaşıydı. Çağdaş zamanımızda da ortaq dərdlərimizdən biri hər iki ölkə ərazisinin bir hissəsinin mahiyyət etibarı ilə eyni qüvvə tərəfindən işğal altında olması faktı, təhdid və təhlükənin eyni yerdən gözlənilməsindədir. Eynilə məfkurə birliyi olaraq, hər iki xalqın demokratik dövlət quruculuğu, müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadiyyatının inkişafı yolunda göstərdiyi çabaları göz önünə gətirsək, onların həm də eyni yolun yolçuları olduğunu söyləmək olar. Bu mənada hər iki xalq bu tarixi məsuliyyətini dərk etməli, birgəyaşayışa pozuculuq gətirən, ona mane olan hər cürə siyasi və mənəvi vasitələrə nəinki yol verməməli, hətta bu şeytani hissləri ağlına belə gətirməməlidir. Bir çox yerləri terrorla üz-üzə qalmış və ya müharibə meydanına çevrilmiş dünyada ayaqüstə qalmağın, Cənubi Qafqazda sülhün qorunması, təhlükəsizliyin təmin edilməsinin yeganə yolu Azərbaycan və Gürcüstan xalqlarının tarixi dostluq ənənəsini yaşatmaq və birgəyaşayışı təmin etməkdir. “Borçalı” Cəmiyyətinin Azərbaycan, Gürcastan və Türkiyə dövlətlərini strateji əməkdaşlığa, yaxın dostluğa, mehriban qonşuluğa dəvət etməsinin kökündə də elə bu inandırıcı amillər dayanır.

Borçalının nəsimi - FOTOLAR


Hər il Elatdan sonra dünyanın müxtəlif ölkələrində yayınlanan məqalələr, TV və digər video paylaşmalardan da gördüyümüz kimi, bu bayrama gələnlər Gürcüstanı, eləcə də tarixi Borçalını daha dərindən tanımağa və tanıtmağa çalışır, Gürcüstanda yaşayan xalqların mədəniyyətini ölkələrinə daşıyır, onları nümayiş etdirməyə can atırlar. Bu minvalla da mədəniyyətlərarası dialoqun miqyası genişlənir. Bütün bunların nəticəsidir ki, 7-ci Elatda çıxış edən Türkiyəli işadamları bu bölgədə infrastrukturlar yaratmaq, biznes qurmaq istəklərindən söz açdılar. Bundan başqa, gələcək Elat bayramlarına Gürcüstan hökuməti birbaşa əl qoyarsa və bu bayram bütün parametrləri ilə daha mükəmməl təşkil və təbliğ olunarsa, bundan dövlət büdcəsi də yararlana bilər. Buna misal olaraq, hər iki ildən bir Macarıstanda “Atilla günləri” adı altında keçirilən oxşar tədbiri göstərmək olar. Əldə etdiyim qeyri-rəsmi məlumatlara görə, təqribən 350 min nəfərin qaqtıldığı bu tədbir zamanı ölkə büdcəsinə külli miqdarda vəsait daxil olduğundan, hökumət hər dəfə tədbirin təşkili üçün 15 milyon pul ayırır. Bu gəlir ortalama bir həftə ərzində keçirilən tədbir zamanı satışa çıxarılan yeyinti məhsulları, simvolik məna daşıyan mallar və digər çeşidli ticarət işlərindən əldə olunur.

Borçalının nəsimi - FOTOLAR




Paylaş



Bölmə: Borçalı / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!