Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 4-01-2016, 14:32
ÜRƏYİNDƏ VƏTƏNİ  BÜTÖVLƏŞDİRƏN ŞAİR

Mətanət SARAÇLI (HƏSƏNOVA),
Bakı Dövlət Universitetinin Klassik Azərbaycan
ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru


Knyaz Aslanın yaradıcılığı haqqında 15 il bundan əvvəl yazdığım ilk elmi məqalə “Bütövləşmək yanğısı” adlanırdı. Mən həmin məqalədə müəyyən qədər bu özü sadə, qəlbi böyük şairin yaradıcılığından gətirdiyim nümunələr işığında onun vətənpərvər, cəsarətli, döyüşkən, bəzən həssas, kövrək poeziyasının ana xəttini müəyyənləşdirə bilmişdim.

Dahi Nizami “peyğəmbərlərdən sonra şairlər gəlir”-deyirdi. Təsadüfi deyil ki, yaratmaq qüdrəti Allaha, anaya, bir də sənətkara bəxş olunub. Sənətkar Allah nurundan mayalanmış istedadı ilə yaradır. Knyaz Aslan şeirə təsadüfi gəlməyən belə istedad sahiblərindəndir. ”Ürəyini bölüb keçən Arazın sevincinə yol olmağı səadət hesab edən” şair Bütöv Azərbaycan ideyası ilə yaşayıb-yaradır:

Bütöv Azərbaycan olsaq,
Hər sözümüz daşdan keçər!..


ÜRƏYİNDƏ VƏTƏNİ  BÜTÖVLƏŞDİRƏN ŞAİR

Əsil sənətkar zamanın fövqündə dayanmalı, zamanı qabaqlamalıdır. Knyaz Aslan kimi... Vətəni ürəyinə qoyan şairdi Knyaz Aslan:

Vətən!..
Ürəyimə qoymuşam səni!..
Sənə göz dikənlər olarsa əgər,
Əvvəlcə qoy məni güllələsinlər!...


Şairin mövzu dairəsi çoxçalarlıdır. Maskalılar, yaltaqlar, satqınlar, üzüdönüklər, tülkü cildinə girmiş canavarlar onun qələminin tənqid obyektləridir. Şairin məhəbbəti də, nifrəti də böyükdür, bütövdür. Bu bütövlük ona yaradıcılıq uğuru gətirir:

Qurmaq üçün şənliyimi,
İtirmərəm mənliyimi.
Başçılar kef-damağında,
Qullar oda yanmağında...

Alçaqların qabağında
Əl açmağı bacarmıram...


“Həsrət-vüsal” şeirində şair sərhədlər açılandan sonra Təbrizə ilk səfəri zamanı nisgilli duyğularını belə poetikləşdirir:

..İllər ötdü...
Yağışladı...
Saçımızı naxışladı...
İçimizdə ölən həsrət!...


Sənətkarın sözdən istifadə qüdrətinin, sözə estetik münasibətinin aşkara çıxarılması üçün əsas materialı bədii dil verir. Ona görə də sənətkar və dil problemi həmişə aktual olub və olacaq. Knyaz Aslanın da poeziya dili sadə, anlaşıqlı, folklorumuzdan qaynaqlanan şirin bir dildir. Bu şirinlik təkcə heca vəznli şeirlərində deyil, fikir poeziyası adlandırılan sərbəst vəznli şeirlərdə də özünü büruzə verir. Burda şair vəznin tələbindən çıxış edərək fikrin dinamikasına uyğun söz sistemi yaradır.

“Qar və günəş” şeirində qar dənələrinə günəşin sevgisinin hərarətinin yaratdığı qəribə əsrarəngiz mənzərə şair məntiqi ilə çəkilir:

Yavaş-yavaş yağan Qar
Dözə bilmədi
Günəşin odlu baxışlarına,
Sevgi dolu hərarətinə...
Dözə bilmədi
Günəşin qaynar məhəbbətinə...
Utandığından tərlədi qar...
Asta-asta əridi Qar...

ÜRƏYİNDƏ VƏTƏNİ  BÜTÖVLƏŞDİRƏN ŞAİR

Sənətkarın böyüklüyü hər adilikdə bir qeyri-adilik axtarması və onu təqdimetmə bacarığı ilə ölçülür. Sözün məna tutumu və ondan istifadə üsulları Knyaz Aslan poeziyasında öz bədii həllini uğurla gerçəkləşdirir. ”Ömrün qısalığına qarın ağlamağı, günəşin zərrəsini dumduru göz yaşında xatirə saxlamağı, ilk sevgisinin belə sönməsi, damla-damla suya dönüb torpağa hoparaq kiriməsi, gözəl günəşin bəyaz qara alovlu sevgisiylə vaxtsız ölüm gətirməsi yalnız Knyaz Aslan qələmində belə poetikləşə bilərdi...

Bəzən mənə adi gül,
Adi çiçək dürr olur.
Saçları sarı sünbül
Açılmamış sirr olur...

Şairə görə:

Ana yurda gələn bəla
Satılmış soydaşdan keçər!..


Əla məntiqdir!.. Şairin təxminən bu ruhda yazılmış silsilə şeirləri vardır ki, vətən dərdi, didərginlik nisgili ilə köklənmiş ağrılı bir qəlbin döyüşə çağırış harayıdır. ”Qalx ayağa, Azərbaycan” misrası isə bu harayın uğurlu sonluğudur:

Günahını yumaq üçün,
Haqq sözünü demək üçün,
Bu dünyaya kömək üçün
Qalx ayağa, Azərbaycan!..
Qalx ayağa, Azərbaycan!..


Şairə görə: ”Halallıq önündə baş əyən insan ən uca zirvəyə dönür.” Sələfi Hüseyn Arif kimi bəşərə insanı qorumaq üçün sos siqnalı verir:

İnsanlar!...
Qoruyun insan ömrünü,
Vaxtsız saralmasın, vaxtsız solmasın!


Bu misralar Hüseyn Arifin “Dağlar qocalar da, cavanlaşar da, İnsanı qoruyun, o qocalmasın” misralarının başqa biçimdə təqdimidir.

Şairin bir qrup şeirləri isə “İnsan ürəyindən yaralanmasın” başlığı altında verilmişdir. O, ən yüksək əxlaqi keyfiyyətlər axtarışına çıxaraq halallıq, düzlük, əsil sevgi axtarır, vətəni, eli sevməyə çağırır, bəzən də gözəl bir arzu-niyyət istəyində bulunur: ”Ağac kökündən, insan ürəyindən yaralanmasın!”
ÜRƏYİNDƏ VƏTƏNİ  BÜTÖVLƏŞDİRƏN ŞAİR

Knyaz Aslan, Vətənə ver xeyrini,
Ürəyində bitənə sal mehrini.
Qartal kimi zirvə çəksin meylini,
Qarğa ömrü yaşamağa tələsmə!...


Şairin yaradıcılıq fəaliyyətinin mənbəyi onun şəxsiyyətində, ifadə olunan poetik ruhundadır. Buna görə də onun əsələrinin ruhunun və xarakterinin izahını birinci növbədə şairin şəxsiyyətində axtarmaq lazımdır. Knyaz Aslan da elə şəxsiyyət sahiblərindəndir ki, yazdıqları bütöv şəxsiyyətində ehtiva oluna bilir:

Sevgi adlı ocağam mən, pirəm mən...
Coşub-daşan Arazam mən, Kürəm mən...
Fərhad mənəm,
Qərib mənəm,
Kərəm mən!..
Görən nə var bu sevdanın sonunda?!.


Yaxud başqa bir nümunə:

Göyün qulağı dözməz harayına, səsinə,
Hər arzusu, diləyi yazılıbdır tərsinə,
Bir sevgi taleyinin
Dönüb son nöqtəsinə,
Barmağımın ucunda bir damla yaş ağlayır..
.

Belə güclü metaforaların məharətlə işləndiyi kövrək şeirlər Knyaz Aslan yaradıcılığında yetərincədir. Ümumiyyətlə, şair bədii dilin obrazlılığını şərtləndirən amillərdən olan bədii təsvir və ifadə vasitələrindən yerli-yerində istifadə etməyi bacarır.
Əsil şeir hissin, xəyalın, ilhamın, məfkurənin lisanıdır. Anaya böyük ehtiram, dərin məhəbbət ifadə edən “Sənin əllərin” şeirində:

Bu əllərin əvəzi
Nə yerdə, nə də göydə –
Dünyada ola bilməz!..
Bu əllərin əvəzi
Dünya da ola bilməz!..


- hökmünü verən şair anaya olan sonsuz məhəbbətini bir daha izhar edir.
Şairin poeziyasının leytmotivi olan humanizm bəşəriliklə birləşir, lal duyğuları bədiiləşdirərək onları köksün dar qəfəsindən ədəbiyyatın təmiz havasına çıxarır:

Arabir qəlbini dərd-qəm deşəndə,
İnsanı yaşadan xoş niyyət olur.
Dünyanın dilinə düyün düşəndə,
Haqqa açar tapan şəxsiyyət olur.


Yaxud:

Ərzin qan təzyiqi qalxmasın göyə,
Hər kəs kainatda bilsin yerini.
Yer üzü əbədi yaşasın deyə,
Qoruyaq dünyanın əsəblərini!..


Əgər poeziyanı bəşərin problemləri məşğul edirsə, o poeziya əbədidir, yaşarıdır. Bəşəridir!..
Knyaz Aslanın poeziyası insan qəlbini dilə gətirir, zümrüd quşu kimi onu isindirir, kədərli-nəşəli dəqiqələrdə ona yoldaş olur, nəcib hisslər oyadır və onu mənən zənginləşdirir.
“Sabah toy olacaq” poemasında bütov Azərbaycan ideyası izlənilir ki, bu özü bir tərbiyə, mənəviyyat məktəbidir:

Azadlıq nərəsi titrədir yeri,
Yanıb dilimlənən odam, ocağam.
Yığıb bircə-bircə qoç igidləri,
Bütövlük nəğməsi oxuyacağam...


Şair millətimizin düşdüyü bəlalardan, çəkdiyi ağrı-acılardan xilas yolu araya-araya tanrıya, peyğəmbərə üz tutur:

Görən gözlər nizələnir, oxlanır,
Dinən dillər qıfıllanır, ilahi!...

“Tanrı elçisi” poemasında Məhəmməd peyğəmbəri, onun elmini, məramını poetik dillə vəsf edən şair düşdüyümüz çətin vəziyyətdən çıxmaq üçün ondan imdad diləyir:

Sən ey yer elçisi, ulu peyğəmbər,
Yardım qanadını üstümüzə gər!..
Çatdır Yaradana əhvalımızı,
Qoy özü düşünsün bu halımızı.
Qalıb əlacımız yalnız Allaha,
Bizi batırmasın nahaq günaha..
.

Ömrümün 55-ci baharını yaşayan qələm dostumuza yeni-yeni yaradıcılıq uğurları diləyir, ilham pərisinin qanadlarında daha yüksək zirvələr fəth etməsini arzulayırıq!..


Paylaş



Bölmə: Borçalı / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!