"Fənərbağça" qalib gəlib .....                        Trampdan İranla bağlı VACİB AÇIQLAMA .....                        Faciəli şəkildə ölən tələbələrin FOTOSU .....                        Erməni nazir Vaqif Xaçaturyanın səhhətindən danışdı .....                        ABŞ 24 saat ərzində İranı bombalayacaq - KİV .....                        Ukraynada fövqəladə vəziyyət elan edildi .....                        Naxçıvanda iki türk tələbə dəm qazından öldü .....                        İsraillə ABŞ İranı müzakirə etdi .....                        Britaniya hərbçiləri Qətərdəki hərbi bazanı tərk edir .....                       
Tarix : 14-02-2020, 08:21
“Dərbənd: Tarixi oçerklər” kitabı çapdan çıxı

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin professoru, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru Nurulla Əliyevin “Dərbənd: Tarixi oçerklər” kitabı çapdan çıxıb.
Butov.az-a verilən məlumata görə, 600 səhifəlik kitabda Dərbənd şəhərinin tarixi, arxeologiyası, memarlıq abidələri haqqında ətraflı məlumat verilib. Həmçinin bu ərazidə baş vermiş hərbi-siyasi hadisələr, Şimali Azərbaycanın müdafiə sistemində Dərbəndin strateji əhəmiyyəti və onun müdafiə qurğularının inşa edilməsi prosesi ətraflı tədqiq olunub. Dərbənddə hərbi istehkamların və müxtəlif təyinatlı müdafiə qurğularının inşası barədə məlumatlar geniş mənbələr əsasında kitabda ətraflı təhlil olunur, əlavələrdə onların qısa tarixi arayışı verilir.
Kitabın elmi redaktoru Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova, baş redaktoru Azərbaycan Respublikasının Silahlı Qüvvələri Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin professoru, filologiya elmləri doktoru Sədi Nuriyev, redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyevdir.
Üç fəsildən ibarət nəşrin “Dərbənd şəhərinin qısa tarixi oçerki” adlı birinci fəslində bu qədim şəhərin iki min illik tarixi, Azərbaycanın şimal sərhədlərinin müdafiəsində strateji əhəmiyyəti,
Dərbənddə baş verən hərbi-siyasi hadisələr müxtəlif mənbələr əsasında ətraflı təhlil edilərək oxuculara çatdırılıb.
“Dərbənd və Azərbaycan arxeologiyası” adlı ikinci fəsildə mühüm ticarət yollarının üzərində yerləşən qədim şəhərin tikililəri, Dərbəndin ictimai, iqtisadi və mədəni həyatı, sənətkarlıq məhəllələri, müxtəlif dövrlərdə burada aparılan abadlıq işləri, məscidlər, mədrəsələr, qəbiristanlıqlar və s. barədə ətraflı söhbət açılıb.
Nəşrin “Dərbəndin müdafiə-istehkam qurğuları” adlanan üçüncü fəslində isə qədim Albaniya dövlətinin müdafiə sistemində Dərbəndin hərbi-strateji əhəmiyyəti (e.ə. III əsr, b.e. IV əsr), tarixin müxtəlif dövrlərində şəhər istehkamları, qalaları və qapıları barədə məlumatlar toplanıb.
Əlavələr bölməsində Dərbənd şəhərinin müdafiə-istehkam qurğularının tarixi barədə məlumatlar xronoloji ardıcıllıqla oxucuların diqqətinə təqdim olunub. Bu bölmədə, həmçinin arxeoloji xəritələr, tarixi abidələri və şəhər ərazisində tapıntıları əks etdirən fotoşəkillər də böyük maraq doğurur.
Kitab geniş oxucu auditoriyası, o cümlədən ali və xüsusi təyinatlı tədris müəssisələrinin müəllimləri, tələbələri və kursantları üçün sanballı elmi mənbədir. Bundan başqa, gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, xalqımızın tarixini dərindən bilmələri baxımından da bu nəşr qiymətli mənbədir.
“Dərbənd: Tarixi oçerklər” kitabı çapdan çıxı
“Dərbənd: Tarixi oçerklər” kitabı çapdan çıxı


Paylaş



Bölmə: Dərbənd / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!