Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 6-03-2017, 10:34
Azərbaycanda hərb tarixi elminin inkişafı

Bu gün Azərbaycanda bütün elm sahələrinin, o cümlədən hərb tarixi elminin inkişafı istiqamətində sistemli iş aparılır. Bu işə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin tarixçi alimləri də öz töhfələrini verirlər. 2016-cı ilin yanvarında şöbənin tərkibində hərb tarixi qrupu yaradılıb. Qrupa Azərbaycanın tanınmış tədqiqatçılarından biri - ehtiyatda olan I dərəcəli kapitan, tarix elmləri doktoru, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin professoru, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri Nurulla Əliyev rəhbərlik edir. Qrupun tərkibinə şöbənin dosenti, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik Mehman Süleymanov, tarix elmləri doktoru, professor Pərvin Darabadi, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, dosent Səbuhi Əhmədov daxildir. Qrupun fəaliyyəti, hərb tarixinə dair aparılan tədqiqat işləri və əldə olunan nəticələr barədə Nurulla Əliyevin qeydlərini təqdim edirik.

Hərb tarixi qrupu fəaliyyətini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişləri əsasında qurub. Bu istiqamətdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəhbərliyinin müəyyənləşdirdiyi konkret planların uğurlu icrası hərb tarixi elminin formalaşdırılması və inkişafı sahəsində ötən illərdən başlanan işlərin səviyyəsini yüksəltməyə imkan verib.

Ərazi bütövlüyünü təmin etmək üçün Ermənistanla mübarizə və müharibə aparmağa məcbur olan Azərbaycanın zəngin hərbi-tarixi keçmişinin hərtərəfli və dərindən öyrənilməsi hazırda xüsusi aktuallıq kəsb edir.

Hərb tarixi qrupu tərəfindən aparılan araşdırmalar Azərbaycanda hərb işinin yaranması və inkişafının ən qədim zamanlardan müasir dövrədək olan böyük bir mərhələsini əhatə edir. Qrupumuz ölkə ərazisində mövcud olmuş dövlətlərin apardığı müharibələri və silahlı qüvvələr quruculuğu tarixi kimi məsələləri də öyrənir. Bu sıraya hərb sənəti tarixinə bir-biri ilə sıx bağlı olan strategiya, əməliyyat sənəti və taktikanın icad olunub tətbiq edilmiş müxtəlif növ hücum və müdafiə silah və ləvazimatlarının təkamülü, onların döyüş əməliyyatlarının gedişinə təsiri, eləcə də günümüzə qədər gəlib çatmış möhtəşəm hərbi istehkam qurğuları ilə bağlı araşdırmalar daxildir.

Azərbaycan ərazisində baş vermiş çoxsaylı müharibələrin, onların mahiyyətinin, xarakterinin, yaranma səbəblərinin və törətdiyi fəsadların araşdırılması həmin dövrin konkret tarixi şəraiti nəzərə alınmaqla öyrənilməsini tələb edir. Azərbaycanın siyasi tarixi ilə hərb işi tarixi arasında qırılmaz əlaqə var. Bununla bağlı hərb tarixi elminin araşdırmalarının genişləndirilməsi və istiqamətləndirilməsi məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə ötən il adyunktura və elm şöbəsi “Heydər Əliyev irsində hərb tarixi məsələləri” mövzusunda ümumrespublika elmi konfransı təşkil edib. Konfransda ümummilli lider Heydər Əliyevin Azərbaycanın hərb tarixi və ölkəmizdə hərbi quruculuq işləri ilə bağlı fikirləri geniş araşdırmaların obyekti olub və bu irsin öyrənilməsi istiqamətində aktual vəzifələr müzakirə edilib. Həmçinin Azərbaycanın hərb tarixi elminin istiqamətlərini öyrənən alim və tədqiqatçıları əlaqələndirmə şurası yaradılıb və hərb tarixi sahəsində araşdırmaların koordinasiya edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Konfransın nəticəsi olaraq adyunktura və elm şöbəsinin tarixçilərinə əsas diqqətin Azərbaycanın hərb tarixinin öyrənilməsinə dair tədqiqat sahələrinin, ordu quruculuğu tarixinin aktual problemlərinin başlıca istiqamətlərinin müəyyənləşdirilməsinə, o cümlədən qədim və orta əsrlər dövründə hərb işinin yaranması və inkişafı, yeni və ən yeni dövrlərdə hərbi quruculuq problemlərinin tədqiqi məsələlərinə yönəldilməsi tapşırılıb. Ən qədim dövrlərdən indiyədək hərb tariximizin, həmçinin ordumuzun yaranma tarixinin kompleks öyrənilməsi və ümumiləşdirilməsi, problemin Azərbaycan tarixşünaslığı kontekstində araşdırılması qarşıya əsas vəzifə kimi qoyulub.

Tarixşünaslıq sahəsində çalışmış alimlərimiz qısa zamanda bu elmə bir sıra yeniliklər gətiriblər. Ayrı-ayrı tarixi dövlətlərdə hərb tarixinə aid elmi tədqiqatların nəticəsi olan monoqrafiyalar, kitablar, məcmuələr, dərsliklər və dərs vəsaitləri nəşr etdiriblər.

“Azərbaycan tarixçilərinin elmi əsərlərində hərbi məsələlər” (biblioqrafik göstərici), “Dərbəndin hərbi-strateji əhəmiyyəti və onun tanınmış hərbçiləri”, “Azərbaycanın qədim və orta əsrlər hərb tarixi" kitabı, “Azərbaycanın hərb tarixi.1-ci hissə” (Azərbaycanda qədim dövrdə hərbi tarixi hadisələri) monoqrafiyası (Azərbaycan, rus və ingilis dillərində) və digər kitablar nəşr olunub, üç proqram hazırlanaraq çap edilib. Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı “Azərbaycan ordusunun tarixi” adlı çoxcildliyin beş cildi çapa hazırlanıb. Ötən il Hərbi Akademiyanın adyunktura və elm şöbəsinin tarixçilərinin 19 elmi məqaləsi, metodiki vəsaiti, habelə xaricdə 3 elmi məqaləsi nəşr olunub.

Akademiyamızda hazırlanmış “Azərbaycan tarixçilərinin elmi əsərlərində hərbi məsələlər” biblioqrafik göstərici respublikanın ali humanitar və xüsusi təyinatlı təhsil müəssisələrinin dinləyiciləri və tədqiqatçı alimlər tərəfindən maraqla qarşılanıb. Biblioqrafiq göstəricinin yüksək elmi-nəzəri səviyyədə hazırlanması Azərbaycan hərb tarixinə aid əsas məsələlərin araşdırılmasını xeyli asanlaşdırır.

Hərbi Akademiyada Azərbaycanın hərb tarixi üzrə elmi və pedaqoji kadrların hazırlığına başlanıb. Akademiyanın adyunkturasına “Hərb tarixi” ixtisası üzrə qəbul imtahanının proqramı tərtib edilib.

Hərb tarixi elminin inkişafı bu sahə üzrə kadrların hazırlanması zərurəti yaradıb. Bu məqsədlə respublikanın aparıcı elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq istiqamətində işlərin aparılması və birgə fəaliyyətin təşkili həyata keçirilib. Hazırda Hərbi Akademiyanın adyunktura və elm şöbəsi respublikada hərb tarixi üzrə axtarışları və araşdırmaları nizamlayan və istiqamətləndirən mərkəzə çevrilib. Bununla bağlı akademiya rəhbərliyinin təşəbbüsü və göstərişi ilə təşkilatlarla qarşılıqlı elmi fəaliyyətin qurulması və nizamlanması üzrə əməkdaşlıq protokolları və Azərbaycan Milli Tarixi Muzeyi ilə memorandum imzalanıb. Bu istiqamətdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və respublikanın digər elm təhsil müəssisələri ilə iş davam etdirilir.

Bu gün Hərbi Akademiyada aparılan tədqiqat işləri Azərbaycan ordusunun təşəkkülünü və keçdiyi inkişafı yolunu dünyaya çatdırır, hərb tariximizin qaranlıq səhifələrinə işıq salır, obyektiv reallıqları əks etdirən yeni hərb tariximiz yazılır.

Lalə HÜSEYNOVA
Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!