Zəngilan və Cəbrayılda qartəmizləmə işləri görülür .....                        Lerikin kəndlərinə işığın verilməsi bərpa olunur - "Azərişıq” .....                        Əliyar Ağayev Avropa Liqasına təyinat aldı .....                        Vaqif Allahverdiyevə 8 il həbs verildi .....                        Rayonlarda qar intensivləşib, 12 dərəcə şaxta var .....                        Bu mükafatı almaq mənim üçün böyük şərəfdir - İlham Əliyev .....                        İlham Əliyev bank prezidenti ilə görüşdü .....                        Avropa Birliyindən Trampa XƏBƏRDARLIQ .....                        Kəlbəcərin yeganə 20 Yanvar şəhidi - Firuz Cabbarov .....                       
Tarix : 23-10-2020, 21:43
İran Ermənistanı öz adı ilə - işğalçı adlandırıb.


"İran İslam Respublikası çox çətinliklə də olsa, ruhanilərin hakimyyəti dairəsində Ermənistanı öz adı ilə, yəni işğalçı adlandırıb Azərbaycan torpaqlarını tərk etməsini tələb etdi. Lakin bu tələb bir daha rəsmi səviyyədə təkrarlanmadı. Əvəzində İranın hərbi dairələri iki gündən bir Azərbaycan və Ermənistana xəbərdarlıq edirlər ki, İran ərazisinə güllə və s. atılmasına yol verməsinlər. Bəziləri nisbətən sakit, digərləri sərt şəkildə xəbərdarlıqlar edirlər. Sonuncu dəfə bu günkü saytlarda İran Silahlı Qüvvələrinin böyük sözçüsü general Əbülfəz Şikarçı hər iki dövlətə növbəti sərt xəbərdarlıq edib. Bu barədə məlumatda həmçinin deyilir ki, guya döyüşlər "Qarabağda, Naxçıvanda(?) və Ermənistanda gedir(?)". O, daha sonra Irana mərmi atılmasına yol verənlərin peşman olacaqlarını vəd edir.
Burada diqqəti çəkən mühüm cəhət ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyan, Ermənistanı işğalçı adlandıran, Azərbaycan ərazisinin işğaldan azad edilməsini bu və ya digər səviyyədə tələb edən İran dövlətinin hərbi qurumlarının sanki dövlətin rəsmi mövqeindən xəbəri yoxdur. İran bilir ki, baş verənlərə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Tərəfləri danışığa çağırmaq əvəzinə hərbiçilər də siyasilər kimi Ermənistan qüvvələrinin Azərbaycandan çıxarılmasını bircə dəfə tələb etsələr, Ermənistana mühüm təsiri olardı. Amma yox, yenə də guya bitərəflik nümayiş etdirirlər.
Sepah generalının bəzi üzdən iraq fars şovinist alimlər kimi müharibənin harada getdiyi haqqında verdiyi məlumat daha heç bir məntiqə sığmır. Onun aləmində döyüşlər Qarabağda, Naxçıvanda və Ermənistanda gedir. Yəni döyüşlərin getdiyi yeri nə bir şovinist alim, nə də general rütbəsində olan bir hərbçi kimi yox, hadisələri az-çox izləyən adi bir adam kimi Azərbaycan desə idi, kiminsə gözündən, yəqin ki, panfarsistlərin və ermənilərin gözündən düşərdi.
İran bir tərəfdən Azərbaycanla sərhədin ermənilərin nəzarətdən çıxmasını alqışlayır, artıq işğaldan azad edilmiş ərazilərin iqtisadi infrastruktur və s. baxımından bərpasında iştirak etmək istəyir, digər tərəfdən isə yenə də nəinki Ermənistan və Azərbaycanı eyni müstəviyə qoyur, həm də döyüşlərin harada getdiyini deyərkən yeni AMERİKA kəşf edir. Allah adından danışan belə allahsız, haqqı, ədaləti tapdalayan insanların qənimi olsun. AMİN!"

İstinad edilmiş mənbə: https://ria.ru/20201023/karabakh-1581134730.html



Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!