Tərtərdə qətldə təqsirləndirilən yeniyetməyə hökm oxunub .....                        İranla ABŞ qarşılıqlı güzəştə getdi .....                        Bağçadakı fırıldaqçılıq başqa rəzaləti üzə çıxardı .....                        “Bu, bizim üçün dəhşətli itki olacaq" - Zelenski .....                        VIII sinif şagirdləri sınaqlara cəlb ediləcək - DİM sədri .....                        Nazirlik böyrək xəstələri üçün 10 milyon ayırdı .....                        İlham Əliyevin BƏƏ-yə səfəri başa çatdı - FOTO .....                        Almaniyadan BYD və Changan-a rəqib gəlir .....                        Narkotikin təsiri altında maşını idarə edən sürücü həbs olundu - VİDEO .....                       
Tarix : 27-07-2017, 11:32
Azərbaycanlı aktyor Babək Nəhreyn: "Türk olduğumuza görə İranda ikinci dərəcəli vətəndaş hesab oluruq"


Butov.az GünAz TV - yə istinadən xəbər verir ki, tanınmış azərbaycanlı aktyor və rejissor Babək Nəhreyn Təbriz və Azərbaycan kinoteatrının geri qalmasına səbəb kimi İranda türklərə qarşı edilən ayrı-seçkiliyi göstərib.

O bu barədə bir neçə gün əvvəl Telegram sosial şəbəkəsinin bir qrupunda iştirak edərək ona ünvanlanan bəzi sualları cavablandırarkən danışıb.

Məşhur aktyor, - “Nə üçün Təbrizdə film və serial istehsalı olduqca azdır?”, - sualının cavabında deyib:

“Gəlin bu məsələyə diqqət edək. Biz nə etsək də, yenə də İranda ikinci dərəcəli vətəndaşıq. Ona görə ki, bizim dilimiz türk dilidir və bu məsələ bir çox məhdudiyyətlər yaradır. Əgər farsdilli olsaydıq, o zaman bizim incəsənət xadimlərinin istehsal etdiyi çox sayda film kinoteatrlarda nümayiş etdirilərdi. Bizim nə yetəri qədər pulumuz var, nə də ki, məsullar film istehsalı və bu zəmində fəaliyyət göstərən şəxslərin qayğısını çəkir.”

O, Təbriz şəhərinin mədəniyyət sahəsi üçün ayrılan büdcə vəsaiti ilə bağlı öz təəssüfünü bildirib. “Bizim əsas problemimiz puldur, filmin istehsalı üçün heç bir imkanımız yoxdur. Təəssüflə ölkənin bütün şəhərlərində “mədəniyyət büdcəsi” deyilən bir reallıq yoxdur, bu imkan sadəcə paytaxtə verilir və onunla da məhdudlaşır”, - deyə o, qeyd edib.

Azərbaycana qarşı ayrı-sekçiliklərdən şikayətlənən tanınmış incəsənət xadimi sözlərinin yekununda, - “Biz Azərbaycanın incəsənət xadimlərinin qədir-qiymətini bilməliyik”, - deyə vurğulayıb.

B. Nəhreyn 1979-cu ildə (hicri-şəmsi təqvimi ilə 1358-ci il) Güney Azərbaycanın Təbriz şəhərində dünyaya göz açıb. Tehranda Əlirza Xəmsə, Əhməd Damut və Pərvanə Müjdə kimi ustadların elmindən bəhrələnən incəsənət xadimi peşə fəaliyyəti müddətində bir çox uğurlara imza atıb. Bir çox komediya əsəri ilə gündəmə gələn B. Nəhreyn ötən aylarda tanınmış güneyli teatr rejissoru Yaqub Seddiq Cəmali ilə birlikdə Azərbaycan Dövlət Musiqili Teatrında “Bəxtəvər” tamaşasını səhnəyə çıxarıb. Azərbaycan Dövlət Musiqili Teatrı ilə müştərək hazırlanan "Bəxtəvər" tamaşasının müəllifi və baş rolun ifaçısı Babək Nəhreyn, quruluşçu rejissoru isə Yaqub Seddiq Cəmali olub.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!