Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 9-08-2017, 11:23
Əhərdə azərbaycanlı fəalların məhkəmə iclası keçirilib


Butov.az GünAz TV - yə istinadən xəbər verir ki, avqustun 8-də Əhər məhkəməsində azərbaycanlı milli-mədəni fəalların son məhkəmə iclası keçirilib.

Hakim Baqirpurun sədrliyi ilə keçirilən iclas yerli vaxtla saat 10:00-da başlayıb, iş saatının son dəqiqələrinə qədər davam edib.

Beynəlxalq Ana Dili Günü mərasimi dosyesi ilə bağlı mühakimə edilənlərdən Abbas Lisani, Rəhim Qulami, Əsgər Əkbərzadə, Əkbər Əbulzadə və İbrahim Nuri daxili təhlükəsizliyin əleyhinə olan qruplar yaratmaqda, Şapur Nüsrətpur, İsrafil Fətullazadə, Məhəmməd Rəhmanifər, Murtaza Məhəmmədi, Meysəm Colani, Meysəm Azadi, Beytulla Bərzgər, Mənsur Seyfi, Həbib Əbulzadə və Vəhid Faizpur daxili təhlükəsizliyin əleyhinə olan qruplara üzv olmaqda günahlandırılıb.

Əhərdə məlum təhqiramiz “Fitilə” televiziya verilişinə qarşı keçirilən etiraz aksiyalarında tutulanlardan İsrafil Fətullazadə, Əlirza Çingizi, Hamid Allahverdi, Calal Derovgəri, Əkbər Əbulzadə, Məcid Nağızadə, Murtaza Şokri, Əkbər Cahangiri, İbrahim Nuri, Vahid Bəstami, Süleyman Kazimi, Murtaza Səfəri, Mehdi Zəncir Bulaği və Arəş Cəfəri daxili təhlükəsizliyə qarşı toplaşma və sövdələşmədə ittiham olunublar.

Həmin gün məhkəmənin 1-ci şöbəsində hakim Nəzərinin sədrliyi ilə Əkbər Cahangiri və İbrahim Nurinin son məhkəmə iclası keçirilib. Çin rejiminin uyğur türklərinə qarşı cinayətləri ilə əlaqədar etiraz aksiyasına qoşulan fəallar sistemin əleyhinə təbliğ etmək ittihamı ilə üzləşib.

Abbas Lisani, Rəhim Qulami, Əsgər Əkbərzadə, Şapur Nüsrətpur, Meysəm Colani, İbrahim Nuri, Əlirza Çingizi, İsrafil Fətullazdə, Vahid Bəstami, Süleyman Kazimi, Mehdi Zəncir Bulaği, Beytulla Bərzgər, Murtaza Səfəri, Arəş Cəfəri, Əkbər Cahangiri, Murtaza Şokri, Hamid Allahverdi, Murtaza Məhəmmədi və Məcid Nağızadə məhkəməyə təqdim etdikləri müdafiə mətnini Azərbaycan türkcəsində yazıblar.

Avqustun 8-də, 2014-cü il fevralın 20-də Əhərdə Beynəlxalq Ana Dili Günü münasibəti ilə keçirilən mərasimdə tutulanlar, 2015-ci il noyabrın 12-də İran televiziyasında yayılan məlum təhqiramiz “Fitilə” verilişinə qarşı keçirilən etiraz aksiyasında saxlanılanlar, həmçinin 2015-ci il Qüds günündə Çin rejiminin uyğur türklərinə qarşı cinayətlərinə etiraz edən fəalların ittihamlarına baxılıb.
Məhkəmə hökmünün yaxın günlərdə elan olunacağı gözlənilir.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!