Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 15-08-2017, 14:01
Millət vəkilləri: "Türk dili bütün məktəb və universitetlərdə tədris olunmalıdır"


Butov.az GünAz TV - yə istinadən xəbər verir ki, Ərdəbil, Urmiyə və Tehranın millət vəkilləri türk dilinin bütün məktəb və universitetlərdə tədris olunmasını tələb ediblər.

Qardaşlıq və islam ədaləti şüarı ilə çıxış edən islam cümhuriyyətinin ömründən təxminən 40 il keçməsinə baxmayaraq hələ də onmilyonlarla Azərbaycan türkü ana dilində təhsil almaq kimi ibtidai hüquqlarından məhrumdurlar. Artıq sosial tələbatı nəzərə alaraq bir çox millət vəkili də ölkədə türk dilinin rəsmi tədrisi ilə bağlı tələb irəli sürür.


Bu barədə Ərdəbilin millət vəkili Məhəmməd Feyzi parlamentdə ölkə prezidenti Həsən Ruhaniyə xitabən çıxış edib:

“Konstitusiyanın 113-cü maddəsinə əsasən, prezident konstitusiyanı qorumalı və onu icra etməlidir. Bu gün yerli dillərə diqqət olunmur. Bu, o həddə çatıb ki, artıq bizim övladlarımız üçün azəri (türk dili) sözləri özgə sayılır. Hesab edirəm ki, Təhsil, həmçinin İslami İrşad və Mədəniyyət Nazirliyi bu məsələyə xüsusi diqqət yetirməlidir”.

“İsna” xəbər agentliyinin yaydığı məlumata görə, M. Feyzi sözlərinin davamında konkret tələb irəli sürüb: “Ölkə universitetlərinin birində azəri (türk dili) dili tədris olunur, bu, yaxşı haldır. Lakin bu iş bütün universitetlərdə görülməlidir".

Bu arada, ana dilinin tədrisi ilə bağlı avqustun 14-də Teleqram kanallarında bir məktubun təsviri yayılıb. Məktub Elm, Tədqiqat və Texnologiyalar nazirinin parlament işləri üzrə müavini İbrahim İbrahimi tərəfindən nazirliyin ali təhsil və təlimi proqramlaşdırma ofisinin rəisinə yazılıb. Məktubda Urmiyənin millət vəkili Nadir Qazipur və Tehranın millət vəkili Əlirza Məhcubun türk dilinin tədrisi ilə bağlı tələbləri əks olunub.

“Urmiyə şəhəri, həmçinin Tehran, Rey, Şemiranat və İslamşəhrin millət vəkili cənab Nadir Qazipur və Əlirza Məhcub türk dilinin bütün məktəb və universitetlərdə tədrisi ilə bağlı xəbərdarlıq ediblər. Xahiş olunur ki, bu məsələyə baxılsın, nəticə parlamentə cavab göndərmək üçün ofisimizə göndərilsin”, - deyə məktubda qeyd olunub.

Türk dili Təbriz universiteti istisna olmaqla İranda heç bir təhsil ocağında tədris olunmur. Təbriz universitetində isə azərbaycanlıların uzun illər mübarizəsindən sonra türk dilinin tədrisi mümkün olub. Artıq universitet ikinci ildir ki, türk dili və ədəbiyyatı ixtisası üzrə öyrənci qəbul edir.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!