Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 19-08-2017, 10:47
Məsud Pezeşkiyan: “Onların ev dustaqlığında saxlanılmasının davam etməsi ölkənin xeyrinə deyil”


Butov.az GünAzTV - yə istinadla xəbər verir ki, İran parlamenti sədrinin müavini, təbrizli millət vəkili Məsud Pezeşkiyan avqustun 18-də jurnalistlərə açıqlamasında 6 ildən çoxdur ev dustaqlığında saxlanılan “yaşıl hərəkat”ın liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin həbs məsələsindən danışıb.


Təbrizli deputatın açıqlaması, Mehdi Kərrubinin həbsdəki durumuna etiraz əlaməti olaraq aclığa başlamasından və tələblərindən birinin qəbul olunmasından az sonra aclığı dayandırmasından bir neçə saat sonraya təsadüf edib.

Pezeşkiyan bildirib ki, Musəvi və Kərrubinin həbs məsələsinin aradan qaldırılması, cəmiyyətin müəyyən bir hissəsinin əsas tələblərindən biridir və bu problem öz həllini tapmalıdır: “İndiki prosesin davam etdirilməsi cəmiyyətimizdə nəinki birlik yaratmayacaq, hətta ölkənin mənafeyinə ziddir. Hesab edirəm ki, ölkədə birliyə nail olmaq üçün bu düyünü açmalı, problemin həllinə çalışmalıyıq. Bəzən ölkənin milli mənafeyi xətrinə, çətinlikləri aradan qaldırmaq üçün bəzi məsələlərdə bir-birimizə güzəştə getməliyik. Düşünürəm ki, dünyanın indiki həssas şəraitində əgər cəmiyyətimizdə ixtilaf, nifaq və qarşıdurma artsa, bununla biz sadəcə özümüzə ziyan vurmuş olacağıq”.

Xatırladaq ki, 80 yaşlı Mehdi Kərrubi, ona qarşı göstərilən psixi təzyiqlərə, həbs müddətinin uzun çəkməsinə və təhlükəsizlik əməkdaşlarının bütün sutka ərzində onun qaldığı evdə onunla birgə qalıb onun hər bir hərəkətinə nəzarət etməsinə etiraz əlaməti olaraq avqustun 16-sı axşam saatlarından quru aclıq aksiyasına başlamışdı. Quru aclığa başlamasının ardınca, Kərrubinin qan təzyiqi kəskin qalxmasından sonra o, avqustun 17-si saat 1 radələrinə ETTELAAT əməkdaşlarının müşayiəti ilə yenidən xəstəxanaya yerləşdirilmişdi.

Həmin gün axşam saatlarında Səhiyyə naziri Həsən Qazizadə Haşimi və ETTELAAT nazirinin müavini Purfəllah xəstəxanaya gedib Kərrubi ilə görüşərək hökumətin onun tələblərindən birini, yəni təhlükəsizlik əməkdaşlarının onun saxlanıldığı evdən çıxması tələbini qəbul etdiyini bildirməsindən sonra o aclığı dayandırmışdı.

Qeyd edək ki, Mehdi Kərrubi son bir ayda ürəyində yaranmış nasazlığa görə iki dəfə xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Mehdi Kərrubi, 2009-cu ildə ölkədə keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlardan az sonra hərəkatın əsas lideri kimi tanınan Mirhüseyn Musəvi və xanımı Zəhra Rəhnəvərdlə eyni vaxtlarda tutulub. O, həmin vaxtdan barəsində hər hansı bir məhkəmə qərarı olmadan 6 ildən çoxdur ETTELAAT-ın birbaşa nəzarətində olan ev dustaqlığında saxlanılır.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!