Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 21-08-2017, 11:08
İran parlamenti Ruhaninin təklif etdiyi 17 nazirdən 16-sına etimad səsi verib
İran parlamenti Ruhaninin təklif etdiyi 17 nazirdən 16-sına etimad səsi verib


Butov.az GünAzTV - yə istinadla xəbər verir ki, İran parlamenti, prezident Həsən Ruhaninin iki həftə əvvəl nazir postlarına təklif etdiyi 17 nəfərin səlahiyyətlərinə baxaraq, bir nəfər istisna olmaqla onlardan 16-sının səlahiyyətini təsdiqləyərək etimad səsi verib.

Ruhani, yeni hökumətinin kabinetində nazir postlarında çalışacaq 18 nəfərdən 17-sinin siyahısını avqustun 8-də parlamentə təqdim etmişdi. Həmin siyahıda Ali Təhsil Nazirliyinə təklif ediləcək şəxsin adının yeri boş saxlanılmışdı.

Avqustun 20-də İran parlamenti 5 günlük müzakirələrdən sonra nazir postlarına təklif edilən şəxslərin səlahiyyətini səsə qoyub. Səsverməyə 288 deputat qatılıb. Bununla da deputatlar energetika naziri postuna təklif edilən Həbibullah Bitərəfdən başqa, siyahıda adı olan olan bütün şəxslərə etimad səsi verib. Həbibullah Bitərəf isə həmin vəzifəyə təyin edilmək üçün lazımi səs qazana bilməyib.

Səsvermə başa çatdıqdan sonra İran parlamentinin sədri Əli Laricani etimad səslərin nəcitəcələrini açıqlayıb. Beləliklə də, səsvermə nəticələrinə əsasən, Məhəmməd Cavad Azəri Cəhromi 152 səs toplayaraq Rabitə və informasiya texnologiyaları naziri,
Mahmud Ələvi 252 səslə kəşfiyyat (ETTELAAT) naziri,
Məsud Kərbasiyan 240 səslə İqtisadiyyat və maliyyə naziri,
Məhəmmədcavad Zərif 236 səslə xarici işlər naziri,
Məhəmməd Bəthai 238 səslə təhsil naziri,
Həsən Qazizadə Haşimi 253 səslə Səhiyyə naziri,
Əli Rəbiyi 191 səslə əmək və sosial refah naziri,
Əli Hoccəti 164 səslə kənd təsərrüfatı naziri,
Əlirza Avayi 244 səslə ədliyyə naziri,
Əmir Hatəmi 261 səslə müdafiə naziri,
Abbas Axundi 188 səslə Yol və şəhərsalma naziri,
Məhəmməd Şəriətmədari 241 səs toplamaqla Sənaye, mədən və ticarət naziri,
Seyid Abbas Salehi 242 səslə mədəniyyət və islami irşad naziri,
Əbdülrza Rəhmani Fəzli 250 səslə daxili işlər naziri,
Bijən Namdar Zangənə 230 səslə neft naziri,
Məsud Sultanifər isə 225 səslə gənclər və idman naziri postuna təyin edilib.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!