İlham Əliyevdən 9 May paylaşımı .....                        Sumqayıtda iş yerində ölüm .....                        Yeni Roma Papası məlum oldu .....                        7 saatdan çox danışıqlar aparıblar .....                        Sabah yollar bağlı olacaq! - Siyahı AÇIQLANDI .....                        Ukrayna parlamenti ABŞ ilə sazişə "HƏ" dedi .....                        Sahibə Qafarova Vyetnamın Baş katibi ilə görüşüb .....                        Tramp Ərdoğandan vasitəçi olmağı xahiş edib .....                        Sayt rəhbərinə hökm oxundu .....                       
Tarix : 19-02-2025, 14:42
Ürəklərdə yaşayan  Milli Qəhrəman!


Ürəklərdə yaşayan Milli Qəhrəman!

Tahir Həsənov 22 fevral 1970-ci ildə Bakı şəhərində doğulub. 1987-ci ildə orta məktəbi bitirib. 1988-1990-cı illərdə hərbi xidmətdə olub. 1990-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil olub. Ailənin tək övladı olmasına baxmayaraq, ikinci kursdan könüllü olaraq Vətənin müdafiəsinə yollanıb. Həqiqi hərbi xidmətdə desant bölüyündə xidmət etdiyi üçün kəşfiyyat qrupuna komandir təyin edilib.

Azərbaycan müstəqilliyi və torpaqları müdafiəsi uğrunda canını fəda edən igid Vətən oğulları tariximizdə əbədi iz qoymuşdur. Onlardan biri də Tahir Həsənovdur. Onun 55 illik yubileyi münasibətilə, bu qəhrəman şəxsiyyətin həyat və döyüş yoluna nəzər salmaq, onun fədakarlığını yad etmək hər birimizin vətəndaşlıq borcudur.
Vətənə, torpağa olan sevgisi onu gənc yaşlarından hərbi sahəyə yönəltdi. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə o, xüsusi şücaət göstərmiş, bir çox əməliyyatlarda iştirak etmişdir.
Tahir Həsənov adını tarixə yazan əsas məqam Qarabağ uğrunda döyüşlərdə göstərdiyi igidlikər oldu. O, düşmən hücumlarına qarşı mətanətlə dayanaraq silahdaşlarına nümunə oldu. Döyüşlərdə böyük mərdlik göstərərək, son nəfəsinə qədər Vətən torpağını Müdafiə etdi. Onun fədakarlığı sayəsində bir çox yaşayış məntəqələri düşməndən qorunmuş, əsgər yoldaşları ağır vəziyyətdən çıxmışlar.
Tahir Həsənovun qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş və o, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Onun adı məktəblərə, küçələrə verilmiş, xatirəsi xalqımız tərəfindən daim yaşadılır.


Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə Həsənov Tahir Tofiq oğlu Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidliyə və şücaətə görə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 1993-cü ildə Nazirlər Kabinetinin qərarı ilə Bakı şəhəri 23 nömrəli tam orta məktəbə Milli Qəhrəman Tahir Həsənovun adı verilib. 1994-cü il 4 sentyabr tarixində ümummilli lider Heydər Əliyev həmin məktəbdə Milli Qəhrəman Tahir Həsənovun şərəfinə qoyulmuş xatirə lövhəsinin açılışında iştirak edib. Təhsil müəssisəsi 1934-cü ildən fəaliyyət göstərir.
Bu gün anadan olmasının 55-ci ildönümündə biz Tahir Həsənovun keçdiyi şərəfli yolu bir daha xatırlayır, onun kimi qəhrəmanların fədakarlığını gələcək nəsillərə çatdırmağın vacibliyini vurğulayırıq. O, yalnız bir ailənin deyil, bütün Azərbaycan xalqının oğlu, fəxridir.
Onun ruhu qarşısında baş əyir, əbədiyaşar xatirəsini ehtiramla yad edirik!

Yaşasın Azərbaycanın qəhrəman övladları!
Əziz Qalibə ana, Siz təkcə bir igid oğul deyil, bütün Azərbaycan xalqına qəhrəman bəxş etdiniz. Bilirik ki, bir ana üçün övlad itkisi ən ağır dərddir. Amma Siz elə bir oğul yetişdirmisiniz ki, onun adı zaman keçdikcə daha da ucalacaq, gələcək nəsillər onu bir qəhrəman kimi tanıyacaq və anacaq. Onun ruhu daim bizimlədir. O, xalqın yaddaşında əbədi yaşayacaq.
Aybəniz Quliyeva
23 nömrəli tan orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi


Paylaş



Bölmə: Şəhidlər / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!