Bəzi bölgələrə qar yağır .....                        Bakı yolları yenilənəcək - AAYDA .....                        İran səmasında gərginlik: ABŞ-nin 3 döyüş təyyarəsi vuruldu .....                        İranın ABŞ təyyarələrinə qarşı yeni müdafiə sistemi .....                        Zelenski İstanbulda - Ərdoğanla görüş yekunlaşdı .....                        Qasım Süleymaninin qardaşı qızı və nəvəsi HƏBS EDİLDİ .....                        Kreml Paşinyanla münasibətləri davam etdirmək istəmir - İDDİA .....                        Ermənistan təhlükəsizliyinin təminatçısı Azərbaycandır - Simonyan .....                        Savaş və bölgəmizin taleyi .....                       
Tarix : 19-08-2022, 15:56
"Yanğınlar 9 kəndi qazsız qoyub"

“Şabran rayonunun 9 kəndində qaz təchizatı dayandırılıb. Hazırda 1000-ə yaxın abonent qazsızdır”.

Butov.az Lent.az-a istinadən xəbər verir ki, bu sözləri SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı deyib. O bildirib ki, böyük ziyandan söz getmir: “Araşdırma aparılır, xətlər təftiş olunur. İlkin olaraq dəymiş ziyanın həcmi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – deyə baş direktor əlavə edib.

Ruslan Əliyev media nümayəndəsinin yeni qazlaşan ərazilərdə qaz sayğaclarının quraşdırılması zamanı sayğaca görə hansısa bir ödənişin olması ilə bağlı ünvanladığı suala da aydınlıq gətirib. Birlik rəhbəri qeyd edib ki, son 3 il ərzində yeni qazlaşma işləri SOCAR “Azəriqaz” İstehsalat Birliyinin daxili imkanları hesabına həyata keçirilir: “Qazlaşma işləri aparılarkən yalnız küçə xətləri çəkilir, bundan əlavə məişət tipli bütün sayğaclar vətəndaşlara ödənişsiz verilir”.

Birlik rəhbəri işğaldan azad olunan ərazilərdə görülən işlər barədə də məlumat verib. Ruslan Əliyev vurğulayıb ki, bu günə qədər “Azəriqaz” İB-nin işğaldan azad olunmuş ərazilərdə gördüyü işlər ancaq layihələndirmədir.

Baş direktor fiziki işin hələlik başlanılmadığını qeyd edib: “İlkin olaraq bu ərazilərdə yüksək təzyiqli daşıyıcı qaz kəmərləri çəkilməlidir. Bunu da SOCAR-ın "Qaz İxrac" İdarəsi həyata keçirir. Bundan sonra növbə “Azəriqaz” İstehsalat Birliyinə çatacaq. Ümumiyyətlə, bu işlər Prezident Administrasiyası yanında xüsusi işçi qrupları tərəfindən nəzarətdə saxlanılır. Bizə işə başlamaqla bağlı tapşırıq gəldikdə bunu icra edəcəyik”.

Baş direktor cari ilin ilk 7 ayı ərzində təbii qaz itkiləri ilə bağlı məlumatı da diqqətə çatdırıb. Birlik rəhbəri bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 85 milyon kubmetr azalma var. “Biz hər ayın, hər rübün sonunda SOCAR “Azəriqaz” İstehsalat Birliyinin iqtisadi göstəricilərini ictimaiyyətə təqdim edirik. Bəzən dəqiqləşdirilməmiş, qarşı tərəfin fikrini öyrənmədən yayılan şayiə tipli xəbərlərin dövriyyəyə buraxılmasına təəssüf edirik”, - deyə Ruslan Əliyev qeyd edib.



Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!