AZAL-da yeni təyinat .....                        Mehriban Əliyevadan Zəngilan paylaşımı - FOTO .....                        Məleykə Abbaszadədən abituriyentlərə çağırış .....                        Arif Hacılıya Müsavatda yeni vəzifə verildi .....                        Ərdoğandan su müharibələri ilə bağlı xəbərdarlıq .....                        Zəngilanda yeni inşa olunan məscidin açılışı - FOTO .....                        Böyük Mərcanlıda 542 nəfər üçün ev tikilir .....                        Şair İnqilab İsaq vəfat etdi .....                        Karxuluda 940 ev tikiləcək .....                       
Tarix : 3-10-2015, 13:54
 Ay “İmedi”, nə istəyirsən?

Elbəyi CƏLALOĞLU

Gürcüstanın “İmedi” televiziyasının avqustun 24-də yayınladığı veriliş və sonradan Gürcüstanın gürcüdilli bəzi mətbu orqanlarında da “Borçalı” Cəmiyyətinin fəaliyyətilə bağlı nümayiş etdirilən şantaj xarakterli yazılar məndə təəssüf hissi doğurdu. “İmedi” televiziya kanalı “Borçalı Türklərinin Elat mədəniyyəti günü” festivalı barədə yayınladığı reportajda bayramla birbaşa əlaqəsi olan bir neçə tanınmış və dövlət səlahiyyətli respondentdən götürdüyü müsahibəni mantaj edərək özünün üzqarasına çevirdikdən sonra onu ictimaiyyət qarşısında sərgilədi. Elat bayramını “Çoban bayramı” kimi anlayan Gürcüstanın təfəkkürsüz, savadsız bəzi mətbuat nümayəndələri “elat” anlamının bu gün bütün dünyada hallanan “elita” sözünün ulu babası olduğundan xəbərsizdilər. “Elat” çoban deyil, qədim türklərdə ölkənin ordu sıralarına layiq olan, elinə, yurduna, vətəninə sahiblənməyi bacaran, qılınca, ata, az-çox şəxsi mülkiyyətə sahib olan seçilmiş igid-igid oğullara deyərdilər. Qədim Türk dövlətləri səfərbərlik zamanı çağdaş dövrmüzdən fərqli olaraq hər adamı orduya çağırmazdılar. Çağırışçılar məhz elatlar olmalıydılar ki, bu da hər gəncə qismət deyildi. Gənclər də elat olmaq uğrunda dəridən-qabıqdan çıxırdılar. Yayda yaylağa, qışda isə qışlağa köç edən maldarlar quldurlardan qorunmaq üçün elatlardan özlərinə mühafizəçi götürərdilər. Ona görə də bu türk ənənəsi “Elat” adlanır. O zamanın “elat”ı bu günümüzün “elita”sıdır.

Bütün bunları hələ də bilməyən bəzi gürcü mətbuat orqanlarını məlum məsələylə əlaqədar izlədikcə məndə belə təəssürat yarandı ki, yazdıqlarını hələ ki heç özləri də əməlli-başlı anlamayırlar. Çünki bu, öz məhsulları deyil, Rusiya araqarışdıranlarının əlinə gürcüstanlı sutökənlərin mətbuata ötürdüyü əsassız və qərəzli, eyni zamanda özləri demişkən “II Pankisi” xarakterli, çirkin məqsədli pasdır. Soruşmaq istəyirəm: Ay “İmedi”, nə istəyirsən?

Tarixdən az-çox xəbəri olanlar yaxşı bilirlər ki, türk xalqı tarix boyu heç zaman Gürcüstana və gürcü xalqına qarşı düşmən mövqedə olmayıblar və onlara xəyanət etməyiblər, əksinə Gürcüstanın ayaqda durması üçün bütün vasitələrlə ona dəstək olublar. Türk xəyanətkar ola bilməz! Türk tarix boyu bütün zamanlarda xilskar və mühafizəkar olub. Gürcü xalqına və onun dövlətiçilik ənənəsinə tarixən kimin düşmən mövqedə olduğunu bilmək istəyənlər isə İvane Cavaxişvili, Akaki Sereteli, İlya Çavçavadze, Vaja Pşavela, Yakob Qoqebaşvili, İvane Qvaramadze, Estate Mirionişvili, Dimitri Bakradze, M.Tamarişvili, Z.Çiçnadze, A.Xaxanaşvili, R.Topçişvili, A.Abaladze, E.N.Qurqenidze, İ.Axvaşvili, Q.Marxuliya, Şota və Otar Tetvadze qardaşları, eləcə də onlarla başqa gürcü araşdırmaçıların əsərlərinə müraciət edə bilərlər. Bu əsərləri oxuyan hər bir kəs gürcü xalqına qarşı törədilmiş maddi və mənəvi erməni terrorunun, mədəni və fiziki qriqoryan təcavüzünün tarixinin min ili aşdığına əmin olacaqlar, eyni zamanda biləcəklər ki, çağdaş gürcü mətbuatının bəzi tarixdən xəbərsiz, yarıtmaz jurnalistləri ünvanı səhv salıblar.

“Borçalı Türklərinin Elat mədəniyyəti günü” bayramının mahiyyəti və məziyyəti barədə dəfələrlə yazmışıq, onun sülh, barış, qardaşlıq, dostluq, strateji tərəfdaşlıq, milli formalaşma, təfəkkür genişliyi, qarşılıqlı inteqrasiya, vətəninin müstəqilliyini, ərazi bütövlüyünü, konstitusiyasını sevmə, mədəni yüksəliş, mənəvi dirçəliş bayramı olduğunu dəfələrlə söyləmişik. Gürcü və azərbayacan xalqlarının qədim dostluğundan, tarixi mehriban qonşuluğundan iftixarla bəhs etmişik. Yeri gəldikcə Gürcüstan vətəndaşlarının dərd-səri ilə ilgili, yaxud onların hər cür proplemini ictimaiyyətə və ya hökumət strukturlarına yerli televiziyaların çatdırmalı olduğu faktları “Borçalı” Cəmiyyəti gündəmə gətirirsə, buna görə “sağol” demək əvəzinə şantaj, dezinformasiya, saxta reportaj yayınlamağın nə anlamı var? Maraqlıdır, bununla nəyə nail olmaq fikriniz var, ay “İmedi”, nə istəyirsən?

Əgər biz deyiriksə, – Gürcüstanda ədalətsiz olaraq dəyişdirilmiş tarixi Türk toponimləri qaytarılsın, – burada nə haqsızlıq görürsünüz?

Əgər biz deyiriksə, – müəyyən kəndlərdə aidiyyatı olmayan insanlara, lap elə hindlilərə və s. satılmış torpaqlar yerli kəndlilərin özünə qaytarılsın, – burada nə ədalətsizlik görürsünüz? Bu

məsələdə birbaşa əli olan məmurlar qarışıq günahkar olanlardan biri də sizsiniz ki, kənd əhalisini məlumatlandırmadan kəndlərin əhatəsində olan əkin və biçənək yerləri başqalarına satılıb. Bilməlisiniz ki, əhalinin sosial vəziyyəti qənaət-bəxş olmadığına görədir ki, gənclərin çoxu maddi qazanc əldə etmək məqsədilə xarici ölkələrə üz tutublar. Yerlərdə isə əsasən yaşlı nəsil və məktəbli yaşında olan insanlar qalıb ki, onların da gürcü dilini bilməməsi mümkündür. Sizin isə gürcü dilində yayınladığınız məlumatlardan onların xəbərsiz olması təbiidir. Bəlkə bu barədə düşünməniz lazımdır?! Nədən televiziyanızı qeyri-gürcü xalqlarına sevdirmək barədə düşünmürsünüz?

Əgər biz deyiriksə, – Azərbaycan dilli məktəblərin milli statusunu saxlamaq şərtilə bu məktəblərdə gürcü dilinin tədrisini gücləndirin, – burada nə qəbahət görürsünüz? Məktəblərdə gürcü dilini tədris edən müəllim milliyyətcə gürcü, şagirdlər isə azərbaycanlı olduğundan bir-birini anlaya bilmirlər və gürcü dilinin tədrisini sanki, bilərəkdən çətinləşdirirlər. Bəs, nəyə görə azərbaycandilli Gürcüstan məktəblərinin məzunlarından yaxşı kadrlar seçib Universitetlərdə hazırlayıb, həmin məktəbin özünə gürcü dilini tədris etmək üçün göndərmək barədə təhsil nazirliyi qarşısında məsələ qaldırmırsınız? Axı, bu, jurnalist olaraq həm də sizin işinizdir.

Əgər biz deyiriksə, – Qarabağsız Azərbaycan, Abxaziya və Cənubi Osetiyasız Gürcüstan yoxdur, – burada sizi qıcıqlandıran nədir?

“Borçalı” Cəmiyyəti sədrinin Gürcüstana buraxılmamasına tətbiq olunmuş ədalətsiz yasaq qərarı sizi nəyə görə maraqlandırmır? Bununla bağlı hansı dövlət səlahiyyətlisinə sual ünvanlamısınız? Gürcüstanı ən irəlidə gedən gürcüdən heç də az sevməyən bir azərbaycanlının bu ölkəyə girişinə qadağa qoymaq hansı məntiqə əsaslanır?

Əgər biz deyiriksə, – Azərbaycan, Gürcüstan və Türkiyənin dostluğu, strateji tərəfdaşlığı regionda sülhün və təhlükəsizliyin qarantıdır, – burada nədən əndişələnirsiniz?

Marneuli rayonunun Kürüstü kəndləri ilə rayon mərkəzini birləşdirən yollar bərbad haldadır, rayon mərkəzindən bu kəndlərə marşrut işləmir, bu vaxta qədər təbii qaz çəkilməmiş, küçələri işıqlandırılmamış, yolları asfaltlandırılmamış, su problemi yaşayan, tibb məntəqəsi və mədəni mərkəzi olmayan, məktəbinin təmirə ehtiyacı olan kəndlər nə çoxdur. Heç bunlar barədə reportaj hazırlamısınızmı? Bu cür mühüm işləri qoyub, əhalinin heysiyyatı ilə oynayırsınız, hələ bir utanmadan “Borçalı” Cəmiyyətini separatçılıqda ittiham edirsiniz. Ay “İmedi” nə istəyirsən?

Yoxsa bütün bunların fonunda kimlərisə avantürayamı çəkmək fikiriniz var? Əgər hansısa tele-şirkət və ya digər mətbu orqanı bu cür ucuz düşüncələrə yuvarlanırsa, o, mövcudolma haqqını da itirir. Ona görə də, hesab edirəm ki, insanları milli münaqişəyə, arzuolunmaz hadisələrə, birsözlə avantüraya çəkən bu cür kompaniyalar dərhal durdurulmalıdır, buna start verənlər aşkar olunmalı və cəzalandırılmalıdırlar. Torpaqlarımızın bir hissəsi (Abxaziya, Cənubi Osetiya) işğal altında olduğu halda, şimal təhdidlərinə qarşı mübarizə apardığımız halda, müstəqilliyimizi qorumalı, iqtisadiyyatımızı, hərbi gücümüzü inkişaf etdirməli olduğumuz halda, növbəti münaqişə ocağı yaratmaqda maraqlı olanlar düşmənimiz hesab olunurlar və bu cür arzuolunmaz qrupların qarşısı dərhal kəsilməlidir.

Mənə çatan qeyri-rəsmi məlumatlara görə gələcəkdə Elat bayramının keçirilməməsi ilə bağlı Dmanisi rayonunda imzatoplama kompaniyasına başlanılıb. Yuxarının göstərişini həyata keçirən kənd sovetləri üzərində heç bir şeydən bəhs olunmayan vərəqəyə imza atdırırlar. Vərəqin ağ yerinə isə məqsədin sonradan yazılacağı planlaşdırılıb. Demokratik ölkə dediyimiz Gürcüstanda bu saxtakarlığı təsəvvür etmək nəinki çətindir, hətta ağrıdıcıdır.

Bütün bunlara baxmayaraq, Borçalı əhalisi iyulun 26-da keçiriləcək növbəti Elat bayramına indidən hazırlaşırlar, ötən Elatda iştirak etmək imkanı olmayanlar təəssüf hissini gizlədə bilmirlər, hər kəs orada iştirak etməyi özünə borc hesab edir.

Borçalı, 28 avqust 2015-ci il

Qeyd: Gürcüstanın Kvemo-Kartli bölgəsindəki bilgisayar və internet qıtlığı bu yazının mətbuata ötürülməsində bir qədər ləngiməyimə səbəb oldu.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!