Selə görə bu evlər təhlükə altındadır - VİDEO .....                        Özgür Özələ hücum edən şəxs danışdı .....                        Qohumumun həyat yoldaşını və 6 uşağını qətlə yetiriblər - Ermənilərin məhkəməsi .....                        Sürət həddi endirildi - DİQQƏT! .....                        Bu ölkənin baş naziri istefa verdi .....                        Ərdoğan Trampla nələrdən danışdı? - DETALLAR .....                        Babəkdə maşın aşdı: ana və oğlu yaralandı .....                        Tarixi şəhəri su basdı - Ölənlər var .....                        Səhərə qədər meşədə qaldım - İtkin düşən şəhid atası .....                       
Tarix : 14-05-2024, 21:34
Milli Məclisdə Çin deputatları ilə görüş keçirildi


Milli Məclisdə Çin deputatları ilə görüş keçirildi

Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli mayın 14-də Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini, Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin sədri Şen Yueyuenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Əli Hüseynli Azərbaycanla Çin arasında yüksək inkişaf dinamikası ilə seçilən münasibətlərin strateji xarakter daşıdığını və ölkələrimizin bir çox istiqamətlərdə uğurla əməkdaşlıq etdiyini deyib. O, Azərbaycanın həmişə “vahid Çin” siyasətini, onun ərazi bütövlüyünü və suverenliyini birmənalı olaraq dəstəklədiyini diqqətə çatdırıb və Çinin ölkəmizin ərazi bütövlüyünü və suverenliyini müdafiə etməsini də yüksək qiymətləndirib.
Əli Hüseynli ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığını vurğulayıb, bir çox qlobal əhəmiyyətli layihələrdə, eləcə də Orta Dəhlizin reallaşması çərçivəsində birgə səylərini yüksək dəyərləndirib. Azərbaycanda iqtidar partiyası olan Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında müntəzəm əlaqələrin əhəmiyyətini qeyd edib, bir sıra sahələrdə və parlament müstəvisində əlaqələrimizin inkişaf etdirilməsi, o cümlədən işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı infrastruktur layihələrində Çin şirkətlərinin iştirakı barədə fikirlərini bölüşüb.
Şen Yueyue səfəri ilə bağlı xoş təəssüratlarını bildirib, göstərilən yüksək qonaqpərvərliyə, Azərbaycanda Çinə və Çin xalqına olan isti münasibətə, dəstəyə görə təşəkkür edib. Azərbaycan-Çin əlaqələrinin möhkəmlənməsində dövlət başçılarının xüsusi rolunu vurğulayan qonaq bu yüksək siyasi dialoqun iqtisadi-ticari münasibətlərə və digər sahələrdə əməkdaşlığın inkişafına müsbət təsir etdiyini vurğulayıb, əlaqələrin genişləndirilməsi ilə bağlı fikirlərini səsləndirib.
Sonra Milli Məclisin Çinlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Siyavuş Novruzov, qrupun üzvü İsa Həbibbəyli ölkələrimiz arasında bir sıra istiqamətlərdə münasibətlərin gələcək perspektivləri haqqında danışıblar.
Söhbətdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!