Binəqədi-Novxanı yolunda zəncirvari qəza .....                        Beş məsələ parlamentin plenar iclasına tövsiyə edildi .....                        Köçəryana qarşı yeni ittiham irəli sürülüb .....                        KTMT Qarabağda İrəvan uğrunda döyüşə bilməzdi - Putin .....                        SEPAH generalı Suriyada öldürülüb .....                        Şəkidə dəhşətli hadisə - 2 nəfər öldü .....                        20 saziş qəbul edəcəyik - Tokayev .....                        Dəhşətli qəzada ölən hərbçilərin adları açıqlandı .....                        Tovuzda faciə: 6 nəfər öldü .....                       
Tarix : 14-05-2024, 17:56
Şəhid Sirac Nərimanov Füzulidə torpağa tapşırıldı - FOTO


Şəhid Sirac Nərimanov Füzulidə torpağa tapşırıldı - FOTO

Nərimanov Sirac Fehruz oğlu Birinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Sirac naməlum şəhidlərimizdən biri kimi Beyləqan rayonunun Şəfəq qəsəbəsi ərazisində dəfn olunmuşdu. Bir neçə gün əvvəl kimliyi məlum olan Sirac Nərimanovun nəşinin qalıqları öz ata-baba yurdu Füzulidə torpağa tapşırılıb.
Şəhid Sirac Nərimanovun nəşi Füzulidə izdihamla qarşılanıb, ailəsinin yaşadığı və doğulub boya-başa çatdığı Füzuli rayonunun Babı kəndinə gətirilib. Şəhidlə vida mərasimi olub və cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub. Daha sonra şəhidin nəşi kənd məzarlığına gətirilib. Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, hökumət və ictimaiyyət nümayəndələri, rayon sakinləri, hərbçilər, qazilər, şəhid ailələri, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər. Dəfn zamanı şəhidlərimizin ruhuna dualar oxunub və “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib. Şəhid Sirac Nərimanov yaylım atəşinin müşayiətilə torpağa tapşırılıb.
Qeyd edək ki, Nərimanov Sirac Fehruz oğlu 24 oktyabr 1973-cü ildə Füzuli rayonunun Babı kəndində anadan olub. 1992-ci ilin iyun ayının 6-da hərbi xidmətə çağırılıb. Onun döyüş yolu hərbi xidmətə gəldiyi ilk günlərdən etibarən başlayıb və Füzuli rayonunun “Məngələn ata” deyilən yüksəkliyi və Qacar kəndi uğrunda gedən döyüşlərdə iştirak edib. Qacar kəndi uğrunda gedən döyüşdə Sirac qəlpə yarası alsa da xidmətinə davam edib. Hərbi sirrlərə peşəkarcasına yiyələnərək N saylı briqadanın hücum alayına göndərilib və həmin alayda bölmə komandiri təyin edilib.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 22 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildiyi döyüşlər zamanı Füzulinin Arazboyu kəndlərinin azad olunmasında Sirac Nərimanov öz döyüş yoldaşları ilə əsl şücaət göstərib. 1994-cü il yanvarın 11-də Aşağı Əbdürrəhmanlı kəndində gedən ağır döyüşlərdə şəhid olan Sirac Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbər” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilən şəhidlərimizindən biri olub. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birifinqdə I Qarabağ müharibəsində itkin düşmüş və 2024-cü ildə şəxsiyyəti müəyyən olunmuş 73 nəfər Azərbaycan vətəndaşına dair məlumatlar açıqlanan zaman Sirac Nərimanovun da nəşinin yeri bəlli olub.








Paylaş



Bölmə: Şəhidlər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!