2 milyona görə həbs edilən direktora daha bir ittiham .....                        Azərbaycana keçən ermənilər geri qaytarıldı .....                        Erməni əsgəri ildırım vurub öldürdü .....                        Kobaxidze Azərbaycanla əlaqələrdən danışdı .....                        Şahramanyan yenə dindirildi .....                        Şahramanyan yenə dindirildi .....                        Ağır qəzada həlak olanlardan biri şəhid qardaşı imiş .....                        Tramp "Tesla"dan imtina edir .....                        Millimiz Qazaxıstanı məğlub etdi .....                       
Tarix : 5-01-2016, 11:51
Jurnalistə informasiyanın verilməsinə məhdudiyyət qoymağa görə yeni cəzalar

Hökümət 4 ildə Media Ombudsmanı üçün ştat ayırmayıb
Azərbaycanda jurnalistlərin sorğularına cavab verməkdən imtina etməyə, cavabsız buraxmağa və jurnalistə informasiyanın verilməsinə məhdudiyyət qoymağa görə yeni cəzalar tətbiq olunur.
İnzibati Xətalar Məcəlləsinin 382-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə 200 manatdan 300 manata qədər cərimə tətbiq ediləcək.
Maddənin ikinci hissəsində isə qeyd edilir ki, qanunla qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiyanın verilməsinə məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtina etməyə görə 300 manatdan 500 manata qədər cərimə nəzərdə tutulur.
Lakin ölkəmizdə Media Ombudsmanın bugünki fəaliyyətsizliyi fonunda jurnalist sorğularına cavab verməməyə görə cərimələrin tətbiq olunma mexanizmi sual doğurur.
Media eksperti Ələsgər Məmmədli Modern.az-a açıqlamasında bildirib ki, jurnalist sorğusuna cavab verməməyə görə əvvəl qüvvədə olan 40 manatdan 70 manatdək olan cərimələr tətbiq olunmayıb:
“Yəni kütləvi şəkildə jurnalistlərin sualları cavabsız qalıb və bunu tətbiq edən mexanizm olmayıb. Bu gündən sonra da cərimələrin artırılması heç bir effektiv nəticə verməz. Çünki praktikada bunu tətbiq edən struktur, eyni zamanda ayrı-seçkilik etmədən, jurnalist, QHT kimi dövlət qurumunu da cərimələmək vərdişi olmasa, bu mənasız şey olacaq. Cərimələrin artırılması bunları həll etməyəcək”.
Ekspert həmçinin Media Ombudsmanın bu prosesdə də passiv olacağını vurğulayıb.
“İnformasiya Məsələləri üzrə Ombudsman İnstititu ləğv edildi və bu səlahiyyət İnsan Hüquqları üzrə Ombudsmana verildi. Ona bu səlahiyyət 2012-ci ildə verilsə də, artıq 4-cü ilə keçir, bu müddət ərzində o, heç bir iş görmədi və bildirdi ki, Nazirlər Kabineti bununla bağlı ştat verməyib və o, bu işlə məşğul ola bilmir.
Hüquqi səlahiyyət onda olsa da, tətbiq edilməyən məsələdir. Təəssüf edirəm ki, 2005-ci ildə qanun qəbul olunub, artıq 11-ci ilə keçib. Bu illər ərzində İnformasiya Məsələləri üzrə Ombudsman insitutu yaradılmadı, daha sonra müvəkkil olmadı. Xüsusən informasiya əlçatımlılığı ilə bağlı yaranan problemlər, dövlət qurumlarının şəffaflığı, informasiya təminatını yerinə yetirməməsinə nəzarəti icra edən heç bir qurum, struktur yoxdur”


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!