Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 27-02-2016, 14:46
Prezident AzTv ilə bağlı sərəncam imzaladı


İdarə Heyəti Nazirlər Kabinetinin razılığı olmadan idarə, filial və nümayəndəliklərin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edə bilməyəcək
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin səlahiyyətləri azaldılıb, idarəetmə formasında dəyişikliklər edilib.
Məlumata görə, bu, Azərbaycan prezidenti İham Əliyevin bu gün imzaladığı “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” fərmanında dəyişikliklər edilməsi barədə fərmanında əksini tapıb.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin icra orqanı İdarə Heyətidir. Nizamnaməyə əsasən İdarə Heyətinin tərkibi yeddi nəfərdən ibarət seçilir. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri və onun müavinləri tutduqları vəzifəyə görə İdarə Heyətinin üzvləri hesab edilirlər. İdarə Heyətinin sədri onun işinə rəhbərlik edir. İlkin mərhələdə İdarə Heyətinin sədri və müavin(lər)i vəzifəyə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunurlar. İndiyə qədər İdarə Heyətinin müstəqil şəkildə Cəmiyyətin təsis etdiyi hüquqi şəxslərin, filialların və nümayəndəliklərin vəzifəli şəxslərini təyin etmək və onların əməkhaqqını müəyyən etmək səlahiyyəti olub. Dəyişikliyə əsasən isə artıq İdarə Heyəti “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə Nazirlər Kabinetinin razılığını almalıdır. Eyni zamanda Nazirlər Kabinetinə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, Cəmiyyətin inkişafı strategiyasının müəyyən edilməsi, illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi, Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi səlahiyyətləri verilib.
Qeyd edək ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Nizamnaməsinə əsasən Cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi, Cəmiyyətin sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyətləri Azərbaycan prezidentinə məxsus olub. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” fərmanında dəyişikliklər edilməsi barədə fərmanda da bu səlahiyyətlərin Azərbaycan prezidentinə məxsus olduğu bir daha əksini tapıb.
Butov.az


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!