"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 19-01-2025, 22:07
Sovetlər niyə dinləri aradan qaldıra bilmədilər?


Sovetlər niyə dinləri aradan qaldıra bilmədilər?

Din-cəhalət, kriminal birlikdir.

Çünki, dinləri ifşa etmək üçün onları xırdalıqlarınadək incələməlidilər ki, xalq dinlərin əsil mahiyyətini tam, ətraflı bilsin, onun yalan olmasına şübhə yeri qalmasın, eləcə qadağan etdilər. Belə ki, bu incələmə hamı üçün əlçatan olmalı idi. Bununçünsə dinlərin, təriqətlərin əsas kitabları, tezisləri onların izahlı ifşaedici şərhləri ilə çap edilməli və tədris edilməli idi. Dinin mahiyyəti tam açıqlanmadığından, dini kitabları yığışdırmaqla, dinlə maraqlanmağı, dini ayinlərin icrasını qadağan etməklə, dinçiləri tutmaqla, Sovetlər özləri də bilmədən, istəmədən, dinin yüz illərdir beyinlərə yeritdiyi yalanların şüur altında, bilincaltı qalıb qorunmasına, qapalı, mövhumi bir ümid yeri, qüvvə kimi şübhəli qalmasına və yenidən ortaya çıxmasına şərait yaratdılar.
Sovetlərin dinləri aradan qaldıra bilməməsinin ikinci əsas səbəbi öz vətəndaşlarını varlı edə bilməməsi idi. Partnamenqlaturadan başqa əksər kəsim kasıb yaşayırdı. Kasıblıq-yaşamını yaxşılaşdırmağı vəd edən aldadıcı, şirin vədlərə inanmaq üçün münbit psixoloji ortam-şərait yaradır. Belə ortamda-şəraitdə hər cür aldadıcı vədlər, o cümlədən dinlər, təriqətlər, sektalar, pirlər, şirnikləndirici görüşlər sürətlə yayıla bilir, sanki din dələduzluğuna geniş qapı açılır. Kasıb, çətinliyi olan öz yaşamını yaxşılaşdırmaq üçün əlacsızlıqdan belə vədlərə sadəcə möhtacdır, ümidlidir...bu isə, dələduzluğu stimullaşdıran sosial baza deməkdir. Dini vədlər varlının vecinə deyil, çünki o vəd olunanları, hələ bir az da artığını real həyatda yaşayır, ona görə də varlının dindarlığı üzəvarıdır, sadəcə çoxluqdan dışlanmamaq üçündür.
Bunlardan başqa, Sovetlər də, bütün başqa hakimiyyətlər kimi, bir müddət sonra dinləri öz məqsədlərinə maşa kimi istifadə üçün, Daşkəntdə, islam dinli oxul (məktəb), mədrəsə açdı ki, bu da mollalığın yasaqlığını faktiki aradan qaldırmış oldu. Keçmiş Sovetlər ərazisində Ərəb İslam dininin yayılmasının üçüncü əsas səbəbi bu idi.
Dördüncü səbəb - SSRİ-nın (Sovet Sosialist Respublikalar İttifaqı) dağılmasından sonra, onu təşkil edən müttəfiq respublikalarda dünyəvi bilimin, yəni elmi biliklərin öyrənildiyi oxullarda, yəni məktəblərdə bilgi öyrənməsinin səviyyəsinin çox aşağı düşməsi idi. Buna paralel, insanların aşağı düşüncəli kəsimində cəhalətin, yəni dinlərin yayılmasına münbit ortam-şərait yaranmış oldu...Çünki, cəhalət-din əsassız düşüncələr kimi daha çox bu yönlü qavramda kasıb, çətinliyi olan, aşağı səviyyəli insanlar arasında asanlıqla yayılır. Adam oxumuş, savadlı, elmi dərəcəli də ola bilər, ancaq bu yönlü, yəni dinlərin içəriyini (mahiyyətini) bilmək qavramında aşağı səviyyəli olduğundan-bilmədiyinin cahilidir, yəni dindardır.
Oxullarda-məktəblərdə bilik öyrədilməsinin səviyyəsinin aşağı düşməsi isə - büdcədən az pul ayrılması üzündən oxulların maddi-texniki bazasının yetərincə olmaması, müəllimlərə az maaş verilməsi, ölkədə köhnə idarəçilik üsulunun qismən, yarımçıq dəyişməsi, öyrətməkdə (tədrisdə) köhnə idarəçilik üsulunun yeni yaranan ictimai münasibətləri düzgün tənzim edə bilməməsi, yeni yaranan tələbatın yetərincə ödənməməsi, bu tələbatın ödənməsi üçün yeni üsulların, yəni repititor-ayrıca hazırlaşmaq üçün daha bilikli müəllim yanına gedilməsi, özəl, həm də bəzən keyfiyyətsiz öyrətmə (tədris) müəsisələrinin yaranması ilə sonuclandı.
Vaxtilə dünyəvi-layiq yaşam tərzini yaşayan İranın, Əfqanıstanın, hətta Türkiyənin yenidən geriçi ərəb islam həyat tərzinə qayıtması, yuxarıda göstərilən şərtlərin-siyasi idarəçilik sistemindəki boşluqlar üzündən islam dini-şəriət yaşam tərzinə qaytarılması ilə bağlıdır. Ərəb islam geriliyinə qayıtma əsasən içdən kütlənin bilinc altındakı hələ tam çözülməmiş, ifşa edilməmiş, qiymətləndirilməmiş cəhalət düşüncəsi ilə bağlıdırsa, başqa yöndən müsəlman Şərqini, daim xammal mənbəyi kimi gerilikdə saxlanması, inkişafdan uzaq görməsi məqsədilə Avropanın, ABŞ-ın imperiya maraqları üçün öz uzantılarını-agentlərini buna təhrik etməsilə, əksəri müsəlman olan ölkələrdə hakimiyyətə gətirməsilə bağlıdır.
İmperialistlər deyir: “Türkleri savaşaraq, asker ve silah kullanarak asla yenemezsiniz. Türklerin sadece din adamlarını ele keçirip, onları kullanın! Onlar zaten devleti yıkarlar!” (Uinston Çörçill, İngiltete Baş Bakanı, FB, Dilber Hesenbeyli, 06.09.2015.)
1915-ci il Çanaqqala savaşında düşmən üçün keçilməzliyin səbəbi – türkün özünü qoruma instikti, dünyəvi düşüncəyə əsaslanan şüuru idisə, 1919-da Osmanlı Dövlətinin çökməsinin birinci əsas səbəbi isə - idarəçiliyin, yaşamın dünyəvilik üzərindən deyil, Ərəbin İslam cəhaləti üzərindən qurulması idi…
İmperialist ABŞ deyir: “Müsülman ülkelerinde demokrasi ve layiklik olmasına izin verməyiz. Egitim sisteminin ve ülke idaresinin din temelleri üzərində kurulması gerekyor. Başlarındakı çoban ele getirince, ölkeyi biz yöneteriz. Bu doğrultuda tedbirler almak zorundayız.” (ABŞ 37-ci prezidenti, Riçard Nikson, FB, “Vatanseverlerin sesi.”,05.01.2017.)
İranda ayətulla Xomeyninin, Türkiyədə fetoçuların-Fətulla Gülənçilərin, Əfqanıstanda radikal islamçı talibançıların Avropa, ABŞ tərəfindən hakimiyyətə gətirilməsi bu deyilənlərə aydın sübutdur.
Böyük Atatürk deyir: “Kuran, arapoğlu Muhammedin uydurduğu bir safsafadir!” (M.K.Atatürk. Kaynak: Kazım Karabekir anlatyor.Uğur Mumçu, 5)
“Yoksulluk ve sefaleti yenmek için önce cehaleti yenmek gerekir.” (Qazi Mustafa Kamal Atatürk,TC ilk türkçü prezidenti)
“Cehalet yenilmesi gereken en böyük düşmandır.”, “Size seslenyorum, unutmayın ki, en böyük savaş, cehalete ve gerilige karşı yapılan savaşdır.” (Qazi Mustafa Kamal Atatürk, FB, Atatürk felsefemiz, 27.05.2016.)
“Ahlaksız bir Arabın dini görüşlerinden oluşan İslam artık ölmüştür. Belki, çöldeki köçebe kabilelerine uyğun olmuş ola bilir, ama gelişmekte olan modern bir ülke için degil. Dine ihtiyac duyan bir yönətici korkakdır. Hiç bir korkak yönətici olmamalıdır.” (basım, Tekin Yayınevi, İstambul, 1993. FB, Sevda Ələkbərova, 30.09.2023.)
Adətən, dini-şəriət quruluşlarında hakim ideologiya tərəfindən orta-azad düşüncə təbəqəsinə yaşam haqqı tanınmadığından bu kəsim üzdə olmur, gizlinə çəkilir, toplum iki yerdə qütbləşir- 1) aldadan hakim dələduzlar, 2) aldanan məhkum inanclı kütlə. Bu quruluş, yaşam tərzi dini bitiklərə, yəni dini kitablara əsaslanır. Yeri gəlmişkən, Avropa xristian dini idarəçiliyindən, yaşam tərzindən 235 il qabaq imtina edərək, sürətli qalxınma-intibah yoluna keçərək, bu günə-ən üstün yaşam tərzinə gəlmişdir. Bu gün Avropada yaşam insanların arzusudur.
Sovetlərin dinləri tam aradan qaldıra bilməməsinin səbəblərindən biri də, Sovetin özünün həm də din effektli olmasıydı, baxmayaraq özü dinlərə qarşı idi. Belə ki, Sovetlərdə hakim ideologiya Kommunist Partiyasının, əslində isə onun birinci katibinin-şəxsinin qərarı, fikri idi, fərqli fikirlilər qəddarcasına təqib olunur, daşıyıcıları öldürülürdü. Bütün siyasi repressiyalar buradan qaynaqlanırdı. Başqa sözlə, Kommunist Partiyasının, onun birinci katibinin-şəxsinin fikri sorğulanmaz, ehkam kimi qəbul olunurdu, bu isə insanı, toplumu inkişafdan saxlayan dini xarakterli, əsas amildir. Yeri gəlmişkən, Sovetlərin çökməsinə əsas səbəb də elə bu oldu. Çünki, bu diktat, ehkamçılıq xalqın içindən gələn dəyərli təklifləri, təşəbbüsləri bloklamaqla ölkəni inkişafdan saxlayır, partlayışa gətirəcək gərginlikdə saxlayırdı, necə ki, gətirdi də...
Sonuc: İnsanlığı sarmış pisliklərdən, gerilikdən, kasıblıqdan qurtarmaq üçün öncə yanlış düşüncə olan dinlərdən, görüşlərdən qurtulmaqla-bilimə-elmə, yəni mədəniyyətə, yeni texnologiyaya, inkişafa sarılmaq gərəkdir. Bu məqsədə çatmaq üçünsə, insanlar əsaslandırılmış bilklərlə bilgiləndirilməli, orta və ali oxullarda (məktəblərdə) Siyasi Nəzəriyyələr Tarixi fənni keçilməklə, dinlərin, başqa yanlış görüşlərin içəriyi-mahiyyəti açılmalı, ziyanverici xarakterləri, məqsədləri ifşa edilməklə, obyektiv qiymətləndirilməlidir. Biz yaxşılığa doğru dəyişmək üçün öncə bizim düşüncəmizi yanlış formalaşdıran dinlərdən, görüşlərdən qurtulmalı, arınmalıyıq.

(Məmməd)Xan ƏZİZXANLI,
keçmiş prokuror, əmək veteranı.
22.12.2024.


Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!