Paşinyan: Karapetyan Baş nazirliyə namizəd ola bilməz .....                        Tütün qaçaqmalçılığı məhkəməsində gözlənilməz QƏRAR .....                        Hava limanında həyəcan: Uçuşa hazırlaşan təyyarə təcili boşaldıldı .....                        Luvr muzeyində su sızması - Əsərlər zədələndi .....                        Bakıda daha bir narkokuryer saxlanıldı - VİDEO .....                        Ermənistan Avropa müşahidəçilərinin sərhəddə qalmasını istəyir .....                        “Mançester Yunayted”in baş məşqçisi ayın ən yaxşısı seçildi .....                        Rusiyanın “kölgə donanması”na zərbə: 91 gəmiyə sanksiya .....                        İlham Əliyev Münxendə Robert Kalinaka ilə görüşdü .....                       
Tarix : 23-11-2016, 19:13
Dövlət Gömrük Komitəsi saxta yumurta və düyü idxalı barədə məlumatlara münasibət bildirib

Dövlət Gömrük Komitəsi son günlər bir sıra kütləvi informasiya vasitələrində Çindən Azərbaycana saxta yumurta və düyü idxal edilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar açıqlama yayıb.

Butov.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, son günlər bir sıra kütləvi informasiya vasitələrində Çin Xalq Respublikasından Azərbaycana saxta yumurta və düyü idxal edilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır.

“Dövlət Gömrük Komitəsi bildirir ki, 2016-cı il ərzində Çin Xalq Respublikasından Azərbaycana, ümumiyyətlə yumurta idxalı qeydə alınmayıb və bu ölkədən Azərbaycana saxta yumurta idxal edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. 2016-cı ildə Azərbaycana Çin Xalq Respublikasının istehsalı olan cəmi 2 ton düyü idxal edilib. Belə ki, Çin Xalq Respublikasından Rusiyaya göndərilən düyü məhsulunun cəmi 2 tonu Rusiya şirkəti tərəfindən standartlara uyğun qablaşdırılaraq Azərbaycana ixrac edilib ki, həmin məhsul da hər iki dövlətin qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada gömrük nəzarətindən keçirilib və gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədlər qanunvericiliyin tələblərinə tam cavab verir”, - deyə məlumatda vurğulanıb.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!