Bəzi bölgələrə qar yağır .....                        Bakı yolları yenilənəcək - AAYDA .....                        İran səmasında gərginlik: ABŞ-nin 3 döyüş təyyarəsi vuruldu .....                        İranın ABŞ təyyarələrinə qarşı yeni müdafiə sistemi .....                        Zelenski İstanbulda - Ərdoğanla görüş yekunlaşdı .....                        Qasım Süleymaninin qardaşı qızı və nəvəsi HƏBS EDİLDİ .....                        Kreml Paşinyanla münasibətləri davam etdirmək istəmir - İDDİA .....                        Ermənistan təhlükəsizliyinin təminatçısı Azərbaycandır - Simonyan .....                        Savaş və bölgəmizin taleyi .....                       
Tarix : 22-02-2017, 20:29
Milli Məclisdə İndoneziya parlamentinin deputatları ilə görüş keçirilib

Milli Məclisin İndoneziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin ölkədə səfərdə olan İndoneziya parlamentinin deputatları ilə görüşü keçirilib.

Butov.az xəbər verir ki, Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Milli Məclisin deputatı, işi qrupunun rəhbəri Bəxtiyar Əliyev Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasını nəzərə çatdırıb, Bakıda IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqdan söz açıb. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, Azərbaycanın münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllinə tərəfdar olduğunu vurğulayıb.

İndoneziya parlamentinin nümayəndə heyətinin rəhbəri Meutya Viada Hafid xalqlar arasındakı münasibətləri yüksək qiymətləndirib, IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün İndoneziyadan 200 atletin Azərbaycana gələcəyini bildirib. Parlamentarlar arasında qarşılıqlı səfərlərin intensiv hal almasının zəruri sayan M. V. Hafid Xocalı faciəsinin bütün dünyanı sarsıdan bir soyqırım olduğunu, Azərbaycan torpaqlarına təcavüzü pislədiklərini, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini söyləyib. Nümayəndə heyətinin rəhbəri Dağlıq Qarabağ probleminin ədalətli, beynəlxalq hüquq normalarına uyğun həllini tapacağına ümidvar olduğunu söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!