Samuxda 34 yaşlı şəxsi dayısı bıçaqladı .....                        İstehlak bazarlarında mallara qarşı qaydalar .....                        Nazirliyinin yeni strukturu - 13 şöbə, 4 sektor .....                        54 yaşlı sürücü sükan arxasında öldü .....                        Evin damını təmir edən şəxs yıxılaraq öldü .....                        Hərbi Prokurorluğun qarşısında maşın yandı .....                        Ağac aşdı, üç nəfər öldü .....                        Gəncədə tələbə dəm qazından boğularaq ölüb .....                        Əhaliyə XƏBƏRDARLIQ edildi .....                       
2-04-2026, 17:30
Türkiyə 11 gəmisini Hörmüzdən çıxara bilmir


Türkiyə 11 gəmisini Hörmüzdən çıxara bilmir

Türkiyə Hörmüz boğazında yaranmış gərginlik fonunda öz gəmilərinin təhlükəsizliyini təmin etmək üçün diplomatik səylərini gücləndirib. Rəsmi Ankara gəmilərin təhlükəsiz keçidini təmin etmək məqsədilə İranla danışıqlar aparır.
Hazırda Türkiyəyə məxsus 11 gəmi üçün boğazdan keçid imkanları axtarılır. Bununla yanaşı, daha 14 gəmi açıq dənizdə gözləmə vəziyyətindədir və onların təxliyəsi hələlik həyata keçirilməyib. Məlumata görə, ekipaj üzvləri ilə mütəmadi əlaqə saxlanılır və vəziyyət nəzarətdə saxlanılır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məsələ ilə bağlı bildirib ki, Ankara ölkəni regiondakı hərbi qarşıdurmadan kənarda saxlamaq əzmindədir. Onun sözlərinə görə, Türkiyə gərginliyin daha da artmasının qarşısını almaq üçün diplomatik kanallardan istifadə etməyə davam edəcək.
Eyni zamanda, Ankara İran və ABŞ arasında mümkün dialoq üçün vasitəçi rolunu qorumağa çalışır. Bu addım regionda sabitliyin təmin olunmasına yönəlmiş mühüm təşəbbüs kimi qiymətləndirilir.
Qeyd edək ki, Hörmüz boğazı dünya üzrə neft daşımalarının təxminən 20 faizinin keçdiyi strateji marşrut hesab olunur. Fevralın 28-dən etibarən boğazın bağlanması qlobal enerji bazarlarında ciddi dalğalanmalara səbəb olub və beynəlxalq ticarətə təsir göstərməkdə davam edir.
2-04-2026, 17:24
Türkiyə İranı kölgədə qoyacaq ballistik raketlər hazırlayır


Türkiyə İranı kölgədə qoyacaq ballistik raketlər hazırlayır

Türkiyə 2026-cı ildə havadan buraxılan ballistik raketlərin sınaqlarını həyata keçirməyi planlaşdırır.
Bu barədə Türkiyənin “Roketsan” şirkətinin baş direktoru Murat İkinci məlumat verib.
Onun sözlərinə görə, 2026-cı il ərzində bir sıra yeni raket sistemlərinin genişmiqyaslı sınaqları keçiriləcək, eyni zamanda həmin sistemlərin seriyalı istehsalına başlanılması nəzərdə tutulur.
Xatırladaq ki, ötən il Türkiyə ilk hipersəsli ballistik raketi TAYFUN BLOK-4 təqdim edib.
Raketin uzunluğu 10 metr, çəkisi isə 7 200 kiloqramdır. O, Türkiyə müdafiə sənayesinin ən uzunmənzilli (3 min kilometr) sistemidir. “Roketsan” tərəfindən istehsal edilən raket hava hücumundan müdafiə sistemləri, komanda və idarəetmə mərkəzləri və hərbi obyektlər kimi strateji hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Həmin raketlər əsas komponentlər üzrə İran istehsalı olan ballistik raketlərdən üstündür.
2-04-2026, 16:47
Hava yenidən pisləşəcək - XƏBƏRDARLIQ


Hava yenidən pisləşəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə aprelin 4-ü gündüzdən 6-dək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Kəlbəcər, Laçın, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Goranboy, Naftalan, Tovuz, Füzuli, Zəngilan, Cəbrayıl, Şəki, Oğuz, Qəbələ, Göyçay, İsmayıllı, Şamaxı, Qobustan, Ağsu, Xızı, Hacıqabul, Salyan, Neftçala, Şirvan, Yevlax, Mingəçevir, Ağdam, Tərtər, Bərdə, Cəlilabad, Yardımlı, Masallı, Lerik, Astara, Lənkəran, Xaçmaz, Şabran, Siyəzən, Qusar, Qubada sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Qazax, Ağstafada isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
2-04-2026, 16:20
Azərbaycanda TikTok istifadəçilərinə yeni qayda tətbiq olundu


Azərbaycanda TikTok istifadəçilərinə yeni qayda tətbiq olundu

“TikTok” platformasında Azərbaycanla bağlı yenilik tətbiq edilib.
Artıq paylaşım edən istifadəçilərə Azərbaycan qanunvericiliyinin tələblərini nəzərə almaq tövsiyə olunur.
Bildirilib ki, sosial şəbəkədə cəmiyyətə açıq şəkildə hörmətsizlik ifadə edən paylaşımlar edən bir sıra şəxslər məsuliyyətə cəlb olunub.
Qeyd edək ki, qanunvericiliyə edilən son dəyişikliklərə əsasən, sosial şəbəkələrdə cəmiyyətə qarşı açıq hörmətsizlik ifadə edən paylaşımların edilməsi qadağandır.
2-04-2026, 16:12
SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü


SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü

SEPAH-ın “Fatehin” xüsusi bölməsinin komandanı, briqada generalı Məhəmməd Əli Fətəlizadə hava zərbəsi nəticəsində öldürülüb.
Bu barədə məlumatı “Defa Press” yayıb.
Məlumata görə, o, aprelin 1-də İrana qarşı davam edən ABŞ–İsrail zərbələri zamanı öldürülüb.
Qeyd edək ki, “Fatehin” bölməsinin üzvləri yüksək səviyyəli hərbi hazırlıq keçib və əvvəllər Suriyada müharibədə iştirak ediblər.
2-04-2026, 15:54
Makrondan Trampa sərt reaksiya: reallıqdan uzaqdır


Makrondan Trampa sərt reaksiya: reallıqdan uzaqdır

Fransa prezidenti Emmanuel Makron Amerika lideri Donald Trampın digər ölkələrin Hörmüz boğazını açmaq üçün hərbi gücdən istifadə etməsi çağırışına sərt reaksiya verib.
Makron jurnalistlərə açıqlamasında Hörmüz boğazını hərbi əməliyyat yolu ilə zorla azad etmək ideyasının reallıqla uzlaşmadığını bildirib.
“Boğazdan kommersiya gəmilərinin təhlükəsiz keçməsi üçün atəşkəs və İranla danışıqların yenidən başlaması tələb olunacaq. Ticarət gəmilərini hərbi qüvvələr təskinlik missiyasının bir hissəsi kimi müşayiət edə bilər. Trampın dəstək tələbinə gəldikdə, Fransa ABŞ və İsrailin İrana qarşı münaqişəsində iştirak etməyəcək. Ciddi olmaq istəyəndə hər gün əvvəl dediklərimizin əksini söyləmirik", - deyə o bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Traamp televiziya çıxışında müttəfiqlərini İran müharibəsi ilə bağlı onu dəstəkləmədiklərinə görə tənqid edib və onları boğazı açmağa çağırıb.
2-04-2026, 15:03
Köç karvanı Kəlbəcərə çatdı - Açarlar sakinlərə verildi


Köç karvanı Kəlbəcərə çatdı - Açarlar sakinlərə verildi

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 2-də Kəlbəcər şəhərinə çatıb.
Beləliklə, bu gün 27 ailə olmaqla, 113 nəfər keçmiş məcburi köçkün doğma yurda - Kəlbəcər şəhərinə qovuşub.

2-04-2026, 14:58
Ermənistan KTMT-yə qayıtmayacaq - Paşinyan


Ermənistan KTMT-yə qayıtmayacaq - Paşinyan

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini bərpa etməsini gözləmək real deyil.
Bu sözləri Ermənistanın Baş naziri Nikol Pashinyan Rusiya Prezidenti Vladimir Putin ilə Moskvada keçirilən son danışıqlardan sonra brifinqdə deyib.
Ermənistan tərəfinin Moskvadakı danışıqlardan sonra KTMT-ylə bağlı mövqeyini dəyişib-dəyişmədiyi ilə bağlı suala cavab olaraq deyib ki, geriyə keçmişə daim boylanmağa ehtiyac yoxdur.
Paşinyan Rusiya liderinə KTMT məsələsinin kifayət qədər müzakirə olunmuş hesab edilməsini və digər mövzulara keçməyi təklif etdiyini bildirib.
Onun sözlərinə görə, mövcud məsələlər üzrə hər kəsin öz həqiqəti var. “Biz daim eyni nöqtəyə baxmamalı, müzakirə edib ölçüb-biçməməliyik. Biz hər şeyi yaxşıca düşünmüşük və müəyyən nəticələrə gəlmişik. Dünən bu nəticələri qarşılıqlı hörmət şəraitində bölüşdük”, - Paşinyan vurğulayıb.
2-04-2026, 14:50
Bakı–Quba yolunda “Bentley” aşdı - Xəsarət alan var


Bakı–Quba yolunda “Bentley” aşdı - Xəsarət alan var

Bakı–Quba yolunda qəza baş verib.
Aprelin 1-də saat 06:00 radələrində “Bentley” markalı avtomobil Bakı–Quba yolunda hərəkətdə olarkən sürücü idarəetməni itirib, nəqliyyat vasitəsi yolun kənarındakı dəmir mühəccərlərə çırpılıb. Qəza nəticəsində sürücü xəsarət alıb: "İlkin ehtimala görə, hadisəyə səbəb nəqliyyat vasitəsinin yüksək sürətlə idarə edilməsi olub. Belə ki, idarəetmədən çıxan avtomobil dəfələrlə aşaraq təxminən 500 metr məsafədə sürüklənmişdir. Bu cür ağır hadisələr zamanı təhlükəsizlik kəməri istifadə olmadıqda sürücü və ya sərnişinlər zərbənin təsiri ilə ya avtomobildən kənara atılır, ya nəqliyyat vasitəsinin altında qalır, ya da salon daxilində sükan, şüşə və digər sərt hissələrə çırpılır ki, bu da əksər hallarda ölümlə nəticələnir. Məhz bu hadisədə isə təhlükəsizlik kəməri qoruyucu rolu oynayaraq sürücünü oturacaqda sabit saxlayıb və onun həyatını xilas edib.
Bu səbəbdən təhlükəsizlik kəmərindən istifadə etmək və bunu nəqliyyat vasitəsində əyləşən hər kəsdən tələb etmək sadəcə qayda deyil, bu, insanın öz həyatına, ailəsinə və yaxınlarına verdiyi dəyərin göstəricisidir.
Bir daha sürücülərə və sərnişinlərə müraciət edirik ki, sükan arxasına əyləşdiyiniz ilk andan etibarən təhlükəsizlik kəmərini taxın. Qısa məsafə, aşağı sürət və ya “heç nə olmaz” düşüncəsi heç kimi qaydalara riayət etməkdən uzaqlaşdırmasın. Çünki qaydalar insan həyatını qorumaq üçün var".
2-04-2026, 14:37
İşdən çıxan 57 yaşlı prokuror vəfat etdi – FOTO


İşdən çıxan 57 yaşlı prokuror vəfat etdi – FOTO

Uzun illər prokurorluq orqanlarında yüksək vəzifələrdə çalışmış 57 yaşlı İlqar Orucov vəfat edib.
O, onkoloji xəstəlikdən əziyyət çəkirmiş.
Qeyd edək ki, İ.Orucov bir müddət əvvəl prokurorluq orqanlarını tərk edib. Onun atası Aydın Orucov da Ağsuda tanınmış şəxslərdən olub.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!