Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
7-04-2026, 19:37
ABŞ İrana qarşı nüvə silahından istifadə edəcək?


ABŞ İrana qarşı nüvə silahından istifadə edəcək?

ABŞ İrana qarşı nüvə silahından istifadə ediləcəyi ilə bağlı iddiaları təkzib edib.
Bu barədə “Middle East Eye” nəşri Ağ Evə istinadən xəbər yayıb.
Bldirilib ki, ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın mövcudluğuna bu gecə son qoyacağını bildirib.
7-04-2026, 19:13
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Milli Məclisdə olub


Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Milli Məclisdə olub

Milli Məclisin sədri Sahibə Qafarova aprelin 7-də qurumlararası əməkdaşlıq məsələlərinin müzakirəsi məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına uyğun, dostluq və qardaşlıq əsasında inkişaf etdiyi qeyd olunub. Həmçinin, strateji müttəfiqlik xarakteri daşıyan dövlətlərarası münasibətlərdən bəhs edilərək, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında dövlət başçıları arasındakı qardaşlıq münasibətlərinin xüsusi rolu vurğulanıb.
Söhbətdə iki ölkənin qanunverici orqanları arasındakı münasibətlərə diqqət yönəldilərək, parlamentarilər, o cümlədən İşçi qrupları arasında səmərəli əməkdaşlığın mövcudluğundan məmnunluq ifadə olunub. Həmçinin, Azərbaycan və Türkiyə parlamentlərinin müxtəlif parlament əməkdaşlıq platformalarındakı birgə fəaliyyətinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu platformalar regionda sülh, sabitlik və əməkdaşlığa töhfə verirlər.
İki qardaş ölkənin müvafiq qurumları arasında səmərəli əməkdaşlıqdan söz açan Spiker Sahibə Qafarova 2021-ci ildə hər iki ölkənin Baş prokurorluqları arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini xüsusi vurğulayıb. Eyni zamanda, çoxtərəfli əməkdaşlıq çərçivəsində yaradılmış Türk Dövlətləri Təşkilatının Baş Prokurorları Şurasının fəaliyyətini yüksək qiymətləndirib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk iki ölkə arasında əlaqələrin ölkə başçılarının müəyyən etdiyi ikitərəfli əməkdaşlıq gündəliyinə uyğun inkişaf etdiyini və bütün istiqamətləri əhatə etdiyini bildirib.
Dünyada və regionda cərəyan edən proseslərə toxunan qonaq Türkiyə və Azərbaycan liderlərinin rolundan bəhs edərək, onların həm xalqları və dövlətləri üçün, həm də beynəlxalq sülh, əmin-amanlıq və əməkdaşlığın təmin olunmasında etibarlı lider və vasitəçi rolunu vurğulayıb.
Görüşdə qonağa Azərbaycan Respublikası Milli Məclisi ilə Baş Prokurorluq arasındakı səmərəli əməkdaşlıq barədə də məlumat verilib.
7-04-2026, 18:47
“Anadolu Ankası - 2026” beynəlxalq təliminə start verilib


“Anadolu Ankası - 2026” beynəlxalq təliminə start verilib

Türkiyə Respublikasının Konya şəhərində müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə “Anadolu Ankası - 2026” (“Anatolian Phoenix - 2026”) beynəlxalq axtarış-xilasetmə təliminə start verilib.
Müdafiə nazirliyindən verilən məlumata görə, təlimin məqsədi müxtəlif ölkələrin axtarış-xilasetmə qüvvələri arasında qarşılıqlı fəaliyyətin və operativ uyğunluğun artırılması, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, şəxsi heyətin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, qəza vəziyyətlərində ekipaj üzvlərinin axtarılması və xilas edilməsi, suda və quruda, eləcə də çətin relyef şəraitində xilasetmə əməliyyatlarının effektiv icrası, pilotların təhlükəsiz təxliyəsi, havadan dəstəyin təmin edilməsi və aviayönləndiricilərin fəaliyyətinin təkmilləşdirilməsi üzrə bacarıqların inkişaf etdirilməsidir.
Qeyd edək ki, 17 aprel tarixinədək davam edəcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, aviayönləndiricilər, texniki heyət və aviasiya vasitələri təmsil edir.
7-04-2026, 17:36
Bakı Təhsil İdarəsində yeni müavinlər - Kollektivə təqdim olundular


Bakı Təhsil İdarəsində yeni müavinlər - Kollektivə təqdim olundular

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırovun müvafiq əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunmuş Fəttah Fəttayev və Turanə Məcidli kollektivə təqdim edilib.
Tədbirdə MÜTDA-nın direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, MÜTDA-nın və İdarənin struktur bölmə rəhbərləri iştirak ediblər.
Tədbirdə Eşqi Bağırov yeni təyinat münasibətilə müdir müavinlərini təbrik edib, paytaxtın təhsil həyatında baş verən yeniliklərdən danışıb. E.Bağırov təhsilin inkişafı, təhsilin keyfiyyətinin artırılması məqsədilə reallaşdırılan tədbirləri nəzərə çatdıraraq yeni təyinatların paytaxt təhsilinin uğurlarının artırılmasına töhfə verəcəyinə inandığını bildirib.
Yeni müdir müavinləri onlara göstərilən etimada görə minnətdarlıqlarını ifadə edib, üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəklərini söyləyiblər.
Qeyd edək ki, bu təyinata qədər Fəttah Fəttayev Bakı şəhəri 214 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru, Turanə Məcidli isə BŞTİ-nin Ümumi təhsilin təşkili sektorunun müdiri vəzifəsində çalışıblar.
7-04-2026, 17:26
Ərdoğan konsulluğa hücumdan danışdı


Ərdoğan konsulluğa hücumdan danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İsrail konsulluğuna edilən silahlı hücumla bağlı danışıb.
Prezident hücumu qınayıb.
"Beşiktaşdakı qorxaq hücumu qınayıram. Yaralı polislərimizin tezliklə sağalmasını arzulayır, İstanbul polis qüvvələrinə və xalqımıza başsağlığı verirəm. Terrorizmin bütün formalarına qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik. Vaxtında təxribatların Türkiyənin təhlükəsizlik mühitinə zərər verməsinə imkan verməyəcəyik".
7-04-2026, 17:20
Baş nazir hökumət üzvlərini topladı - Nefti müzakirə etdilər


Baş nazir hökumət üzvlərini topladı - Nefti müzakirə etdilər

Bu gün İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib.
Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.
Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycanda neft-qaz və neft-kimya sənayesinin strateji inkişafı, o cümlədən, neft emalı və neft-kimya ilə bağlı strateji məqsədlər, gələcək inkişaf perspektivləri, uzunmüddətli dövrə neft məhsullarına ölkə daxili tələbatın dayanıqlı təmin olunması və digər cari məsələlər ətraflı müzakirə olunub.
Gündəlikdə olan məsələ ilə bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəf təqdimatla çıxış edib. İclasda İqtisadi Şuranın və AİH-in Müşahidə Şurasının üzvləri və dəvət olunanlar AİH-nin İdarə Heyətinin sədri və Baş icraçı direktoru iştirak ediblər.
İclasın yekununda müvafiq qərarlar qəbul olunaraq AİH-in İdarə Heyətinə, SOCAR və aidiyyəti qurumlara tapşırıqlar verilib.
7-04-2026, 17:15
Daha bir ölkə İrana qarşı müharibəyə qoşulmağa hazırdır


Daha bir ölkə İrana qarşı müharibəyə qoşulmağa hazırdır

Pakistan regional eskalasiya halında Səudiyyə Ərəbistanının tərəfini tutacağını bəyan edib.
Bu barədə Pakistanın təhlükəsizlik mənbələrinə istinadən məlumat yayılıb. Bildirilir ki, İranın Səudiyyə Ərəbistanına qarşı daha güclü hücumları baş verərsə, İslamabad Ər-Riyadı dəstəkləyəcək.
Mənbələrin məlumatına görə, bu mövqe regionda mümkün gərginliyin artması fonunda formalaşıb və tərəflər arasında təhlükəsizlik əməkdaşlığının mövcudluğu ilə izah olunur.
Qeyd edilib ki, nüvə silahına malik olan Pakistanla Səudiyyə Ərəbistanı arasında strateji qarşılıqlı müdafiə mexanizmi mövcuddur. Bu çərçivədə tərəflərdən birinə qarşı hər hansı təcavüz hər ikisinə qarşı yönəlmiş addım kimi qiymətləndirilir.
7-04-2026, 17:11
Mərkəzi Bankın departament rəhbəri işdən çıxdı


Mərkəzi Bankın departament rəhbəri işdən çıxdı

Azərbaycan Mərkəzi Bankının (AMB) Satınalmalar departamentinin rəhbəri Ayaz Nağıyev işdən çıxıb.
Onun yerinə təyinat olmayıb.
Qeyd edək ki, A.Nağıyev bu vəzifəyə 2024-cü ildə təyin edilmişdi. O, daha əvvəl “Azərsun Holdinq” MMC, “Central National Gottesman Inc”, “PAŞA Bank” ASC-də Satınalma üzrə rəhbər vəzifələrdə fəaliyyət göstərib.
7-04-2026, 17:06
İran ABŞ ilə bütün danışıqları dayandırıb


İran ABŞ ilə bütün danışıqları dayandırıb

İran ABŞ ilə bütün diplomatik kanalları və dolayı danışıqları dayandırıb.
Bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Mənbələrə görə, Donald Trampın son təhdidləri, gərginliyin daha da artması fonunda verilib.


7-04-2026, 16:54
Hava küləkli olacaq - XƏBƏRDARLIQ


Hava küləkli olacaq - XƏBƏRDARLIQ

Aprelin 8-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Naxçıvan MR, Kəlbəcər, Laçın, Gədəbəy, Göygöl, Zəngilan, Gəncə, Tovuz, Cəbrayıl, Ağstafa, Şəki, Oğuz, Qəbələ, Göyçay, İsmayıllı, Şamaxı, Ağsu, Xızı, Hacıqabul, Salyan, Şirvan, Biləsuvar, Cəlilabad, Neftçala, Xaçmaz, Şabran, Siyəzən, Qusar, Quba, Lənkəranda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Goranboy, Mingəçevir, Qobustanda isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!