"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
7-04-2026, 15:42
İsrail konsulluğuna hücum edənlərin kimlikləri açıqlandı


İsrail konsulluğuna hücum edənlərin kimlikləri açıqlandı

Türkiyə Daxili İşlər Nazirliyi İsrail konsulluğuna hücum edənlərin kimliyini açıqlayıb.
Türkiyə DİN-nin yaydığı məlumata görə hücumu həyata keçirən şəxslər-Yunus E.S, Onur. Ç və Enes.Ç olub.
Nazirliyin məlumatına görə, ölü olaraq ələ keçirilən Yunus E. S-nin dini istismar edən terror təşkilatı ilə əlaqələrinin olduğu, yaralı halda ələ keçirilən digər iki terrorçu- Onur Ç. və Enes Ç-nin isə qardaş olduqları və Onur Ç.-nin narkotiklə əlaqədar məhkumluğunun olduğu müəyyən edilib.
Qeyd edək ki, Türkiyənin İstanbul şəhərindəki İsrail konsulluğuna silahlı hücum edilib. 3 nəfər terrorçunun zərərsizləşdirildiyi hücum zamanı 2 polis əməkdaşı yaralanıb.
7-04-2026, 15:39
Əhalinin nəzərinə! - Bu təbiət hadisəsi 5 gün davam edəcək


Əhalinin nəzərinə! - Bu təbiət hadisəsi 5 gün davam edəcək

7-13 aprel tarixlərində geomaqnit qasırğası gözlənilir.
Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, sözügedən tarixlərdə C sinif alışmanın baş verməsi ehtimalı 95%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin yenə də yüksək səviyyələrdə olacağı, həmçinin 10 MeV-dən çox enerji yüklü proton selinin də S1 səviyyəsinə yüksəlməsi ehtimalı var.
Günəş küləyinin sürəti mənfi qütblü Tac Dəliyi Axınlarının təsirilə hal-hazırda normadan yüksək olsa da, 07-09 apreldə nominal qiymətinə geri dönəcəyi gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 15-25%, orta geomaqnit enliklərdə isə 15-1%-dir.
7-04-2026, 15:33
Tehran-Təbriz avtomagistralı bağlandı


Tehran-Təbriz avtomagistralı bağlandı

ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları fonunda paytaxt Tehranı Şərqi Azərbaycan vilayətində yerləşən Təbriz şəhərinə birləşdirən avtomagistral bağlanıb.
Bu barədə İranın Şərqi Azərbaycan vilayətinin fövqəladə hallar idarəsi məlumat yayıb.
Bildirilib ki, magistral yolun 90 kilometrliyində yol xidməti bölməsinin yaxınlığına raketlər düşüb.
Eyni zamanda Şərqi Azərbaycan vilayətinin Bostanabad-Miyana arasındakı köhnə yol raketlərin düşməsi nəticəsində bağlanıb.
Hazırda yolların açılması ilə əlaqədar əməliyyat işləri aparılır. Qeyd olunan yollardan ikinci xəbərdarlığa qədər istifadə olunmaması istənilib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.
7-04-2026, 15:16
İranın Xark adasına hücum edildi


İranın Xark adasına hücum edildi

Amerika–İsrail koalisiyası İranın Xark adasına bir neçə hücum həyata keçirib.
Adanın konkret hansı obyektlərinin hücuma məruz qaldığı isə açıqlanmayıb.
Bunun ardınca İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, əgər Amerika ordusu “qırmızı xətləri” keçərsə, cavab regiondan kənara çıxacaq.
Aprelin 8-nə keçən gecə ABŞ prezidenti Donald Trampın İran üçün Hörmüz boğazını açmaq məqsədilə müəyyən etdiyi müddət başa çatır. Tramp bildirib ki, İranla “bir gecəyə işi bitirmək olar” və “o gecə artıq qarşıdakı gecə ola bilər” (yəni 7-dən 8 aprelə keçən gecə).
Xark adası Fars körfəzinin şimal hissəsində, Buşehr vilayətinin sahillərindən təxminən 25–30 km məsafədə, Hörmüz boğazının şimal-qərbində yerləşir. Onun sahəsi təxminən 20 kvadrat kilometr, uzunluğu 8 km, əhalisi isə təxminən 8 min nəfərdir.
Xark İranın əsas ixrac mərkəzidir: burada yerləşən terminal vasitəsilə ölkənin neft ixracının 90%-i həyata keçirilir. Neft ən böyük yataqlardan boru kəmərləri ilə buraya çatdırılır, adadakı infrastruktur isə supertankerlərin yüklənməsinə imkan verir və 30 milyon barelə qədər xam neftin saxlanmasına şərait yaradır. Bu kompleks 1960-cı illərdə İran Milli Neft Şirkəti tərəfindən Amerikanın Amoco şirkəti ilə əməkdaşlıq çərçivəsində yaradılıb; 1979-cu il İslam inqilabından sonra isə Amerika aktivləri milliləşdirilib.
“The Wall Street Journal” yazıb ki, Vaşinqton Hörmüz boğazını açmaq üçün İranın cənub sahilləri yaxınlığındakı bir və ya bir neçə adanı, o cümlədən Xarkı ələ keçirmək məqsədilə dəniz piyadalarını cəlb edə bilər. Bu adanın mümkün ələ keçirilməsi barədə “Axios” portalı da məlumat yayıb.
7-04-2026, 14:30
Bu il 52 milyon manat ƏDV geri qaytarılıb


Bu il 52 milyon manat ƏDV geri qaytarılıb

Bu ilin yanvar-mart ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində, həmçinin tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilən xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılmış həcmi 51 milyon 747,2 min manat olub.
Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
2026-cı ilin yanvar-mart aylarında xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 2 063,8 min manat təşkil edib.
7-04-2026, 14:21
Prezident Muhsin Şentürkü qəbul edib


Prezident Muhsin Şentürkü qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkü qəbul edib.
Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru qəbula görə minnətdarlığını bildirərək, dövlətimizin başçısı ilə görüşdən şərəf hissi duyduqlarını dedi.
Muhsin Şentürk Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Söhbət zamanı qardaşlıq və strateji mütəffiqlik prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin bütün sahələrdə uğurlu inkişafı məmnunluqla vurğulandı, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələrin olmadığı qeyd edildi.
Görüşdə ölkələrimizin prokurorluq orqanları arasında uğurlu əlaqələrin qurulduğu bildirildi, bu xüsusda Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən səmərəli əməkdaşlığa toxunuldu, təcrübə mübadiləsinin genişləndirilməsinin önəmi vurğulandı.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
7-04-2026, 13:56
İstanbulda İsrail konsulluğuna hücum: 3 nəfər öldürülüb


İstanbulda İsrail konsulluğuna hücum: 3 nəfər öldürülüb

Türkiyənin İstanbul şəhərindəki İsrail konsulluğuna silahlı hücum edilib.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Hadisə nəticəsində 2 polis əməkdaşı yaralanıb.
İsrail konsulluğuna hücumda iştirak edən 3 nəfər öldürülüb.
Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib ki, İstanbulda İsrail Konsulluğu ətrafında baş verənlərlə bağlı Cumhuriyyət baş prokurorluğu tərəfindən istintaq başladılıb.

7-04-2026, 13:29
İran sülhə razıdı - 10 bəndlik PLAN


İran sülhə razıdı - 10 bəndlik PLAN

İran ABŞ-yə müharibənin dayandırılması ilə bağlı 10 bənddən ibarət plan təqdim edib.
Bu barədə "The New York Times" məlumat yayıb.
Bildirilib ki, Tehran uzunmüddətli sülhün təmin olunması üçün bir sıra əsas tələblər irəli sürüb. Bu tələblər arasında İsrailin bütün hücumlarının dayandırılması, o cümlədən “Hizbullah”a qarşı zərbələrin də dayandırılması yer alır.
Eyni zamanda, İran ölkəyə qarşı tətbiq olunan bütün sanksiyaların tam ləğvini və gələcəkdə mümkün hücumların qarşısını almaq üçün təhlükəsizlik zəmanətlərinin verilməsini tələb edir. Plan çərçivəsində ölkənin infrastrukturunun bərpasına dəstək göstərilməsi də əsas şərtlərdən biri kimi qeyd olunur.
Bundan əlavə, İran Hörmüz boğazında təhlükəsiz gəmiçilik rejiminin təmin olunmasını istəyir.
Məlumata görə, rəsmi Tehran qarşılığında Hörmüz boğazından gəmilərin keçidinə yenidən icazə verməyə hazırdır. Bununla yanaşı, hər bir gəmidən təxminən 2 milyon dollar həcmində ödəniş alınması nəzərdə tutulur.
7-04-2026, 13:04
İran üçün şəhid olmağa hazıram! - Pezeşkian


İran üçün şəhid olmağa hazıram! - Pezeşkian

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian "İran üçün fəda" kampaniyasına qoşulduğunu bəyan edib.
Məsud Pezeşkian bu haqda sosial mediada yazıb: “İran üçün canımı fəda etmişəm, edirəm və edəcəyəm”.
“İndiyə qədər 14 milyondan çox qeyrətli iranlı İranı müdafiə etmək üçün canını fəda etməyə hazır olduğunu bəyan edib. Mən də İran üçün canımı fəda etmişəm, edirəm və edəcəyəm”, - Prezident vurğulayıb.
7-04-2026, 12:51
Sabahın havası


Sabahın havası

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 60-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-12° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!