Rusiya kəşfiyyat şəbəkələrinə qarşı açıq əməliyyat mərhələsi başlayıb .....                        Pakistanda güclü yağışlar - 38 nəfər öldü .....                        Yekaterinburqda baş verənlər idarə olunan kampaniyanın tərkib hissəsidir .....                        Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək .....                        Paşinyanla Makron telefonla danışdılar .....                        Yekaterinburqda azərbaycanlıların məhkəməsi – YENİLƏNİB .....                        Deputatlarımız Moskvada keçiriləcək iclasa GETMƏYƏCƏK .....                        Rusiya iç üzünü göstərir - Ədalət Partiyasının sədri .....                        Yekaterinburqda məhkəmə: Ayaz Səfərov da həbs edildi .....                       
9-12-2022, 17:13
Aİİ-yə üzv ölkələr arasında 15 sənəd imzalandı


Aİİ-yə üzv ölkələr arasında 15 sənəd imzalandı

Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən Avrasiya İqtisadi İttifaqı (Aİİ) sammiti yekunlaşıb. Aİİ-yə üzv ölkələrin dövlət başçılarının toplantısının sonunda 15 sənəd imzalanıb. Kremldən verilən məlumata görə, imzalanan sənədlərlə əldə olunan razılaşmalar müxtəlif sferaları əhatə edir. Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqının sammitində Rusiya, Qazaxıstan, Belarus və Qırğızıstan prezidentləri, habelə Ermənistanın baş naziri iştirak edib.
9-12-2022, 17:10
Ərdoğandan etirazçı çıxış


Ərdoğandan etirazçı çıxış

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Egey dənizindəki adaların silahlandırılmasına etirazını bildirib. Prezident bu barədə “TRT World Forum”da çıxışı zamanı danışıb. “Biz hələ “F-16” məsələsini həll edə bilməmişik. Egey dənizində, Aralıq dənizində Yunanıstanı hesabsızca dəstəkləyərək təcavüzçü və təxribatçı cəhdlərə cəsarət verənlərə “eyvallah” demədik, deməyəcəyik. NATO-da bərabərik, amma adaları silahla doldurursunuz, təyyarələrlə doldurursunuz”, - deyə Ərdoğan vurğulayıb. Qeyd edək ki, 1924-cü ildə imzalanan Lozanna, eləcə də 1947-ci ildə imzalanan Paris müqavilələrinə əsasən, Yunanıstanın Egey dənizində Türkiyə sahillərinə yaxın ərazidə yerləşən adaları hərbiləşdirməsi qadağan edilib.
9-12-2022, 17:08
Qriqoryandan sülh müqaviləsiylə bağlı açıqlama


Qriqoryandan sülh müqaviləsiylə bağlı açıqlama

Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan Azərbaycanla Ermənistan arasında imzalanması ehtimal olunan sülh müqaviləsi ilə bağlı yeni məlumatlar açıqlayıb. Qriqoryan bu barədə Ermənistan parlamentinin iclasında danışıb. “Azərbaycanla sülh müqaviləsinin sadəcə 1 maddəsi razılaşdırılıb. Bu, Vyana Konvensiyasına uyğun olaraq, ölkələr arasında diplomatik əlaqələrin qurulması ilə bağlıdır. Başqa məsələlərdə dəqiq razılaşma yoxdur”, - deyə Qriqoryan bildirib. Onun sözlərinə görə, sülh müqaviləsinin mətni indiyə qədər 3 dəfə redaktə olunub: “Hazırda müqavilənin üzərində Ermənistan tərəfi işləyir”.
9-12-2022, 17:06
Baş nazir ərzaq bahalaşmasından danışdı


Baş nazir ərzaq bahalaşmasından danışdı

Cari ilin ötən dövründə Azərbaycanda ikirəqəmli inflyasiya əsasən, ərzağın 60%-dən çox bahalaşması hesabına formalaşıb. Bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, qlobal inflyasiya mühiti üzrə əsas risklər, xarici xərc amilləri inflyasiyanı artıran əsas səbəblərdir: “Son dövrlərdə müşahidə olunan regional və qlobal geosiyasi gərginlik, Rusiya və Ukrayna arasında hərbi münaqişə və bununla əlaqədar tətbiq olunan genişmiqyaslı iqtisadi sanksiyalar, qlobal istehsal-təchizat zəncirində qırılmalar, yüksək enerji qiymətləri, həmçinin daşınma və logistika xərclərinin yüksəlməsi dünya ərzaq qiymətlərinin bahalaşmasına, ərzaq qıtlığına, əksər ölkələrdə inflyasiyanın ikirəqəmli səviyyəyə çatmasına səbəb olub". Baş nazir vurğulayıb ki, yüksək inflyasiya fonunda qlobal artım sürətinin zəifləməsi dünya iqtisadiyyatını tənəzzül ilə üz-üzə qoyur: "Cənab Prezidentin qeyd etdiyi kimi, qlobal vəziyyətin necə olacağını öncədən təxmin etmək çətin məsələdir. Yalnız bu aydındır ki, dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq. Bir sözlə qlobal inflyasiya mühiti üzrə əsas risklər, xarici xərc amilləri inflyasiyanı artıran əsas səbəblərdir. Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycan da inflyasiya təzyiqləri ilə üzləşir. Cari ilin ötən dövründə idxal qiymətlərinin illik artım tempi 22 % təşkil etmiş və ölkəmizdə də orta illik inflyasiya ikirəqəmli olub (13,8 %)”.
9-12-2022, 17:02
Zelenski ölkə böhranından danışdı


Zelenski ölkə böhranından danışdı

“13 milyondan tondan artıq kənd təsərrüfatı məhsulunu 40-dan çox ölkəyə çatdırmışıq”. Bunu Ukrayna prezidenti Volodimir Zelenski Türkiyədə keçirilən “TRT World Forum” tədbirinə ünvanlandığı müraciətində deyib. “Bizim cəsur əsgərlərimizin Rusiyaya ilə müharibədəki gücü, eləcə də diplomatiyamızın gücü sayəsində Qara dənizdəki üç limandan ixracatı bərpa etməyi bacardıq. Burada Türkiyə və BMT ilə birgə fəaliyyətimizlə aclıq böhranının qarşısını aldıq”, - deyə Zelenski bildirib. O, fəaliyyətin Afrika ölkələri tərəfindən hiss olunduğunu xüsusi vurğulayıb.
9-12-2022, 16:54
Ukrayna xalqı Qərbin qurbanına çevrilib - Putin


Ukrayna xalqı Qərbin qurbanına çevrilib - Putin

Rusiya prezidenti Vladimir Putin deyib ki, hazırda çoxqütblü dünyanın inkişafında dəyişikliklər baş verir. Putin bunu Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və MDB-yə üzv dövlətlərin müdafiə nazirlərinin iclasının iştirakçılarına video müraciətində deyib. "Bu gün yeni kəskin çağırışlar yaranır, geosiyasi dəyişikliklər baş verir. Gözümüzün qarşısında həqiqətən çoxqütblü dünya nizamının konturları yaranır: Asiya, Afrika, Latın Amerikasında yeni inkişaf mərkəzləri formalaşır. Tarixin bu obyektiv proseslərinə müqavimət göstərmək sadəcə mümkün deyil”, - Putin qeyd edib. Rusiya prezidenti Ukrayna ilə aparılan müharibəyə də toxunub. Deyib ki, Qərb bütün vasitələrlə öz dominantlığını qorumağa çalışır, Ukrayna xalqı isə bu istəklərin qurbanına çevrilir. "Biz Ukraynada bu cür hərəkətlərin ağır nəticələrini görürük. Bir neçə ildir ki, Qərb həyasızcasına Ukraynanın resurslarını mənimsədi və istismar etdi, bu ölkəni faktiki olaraq müstəmləkəyə çevirdi. İndi də Ukraynanı silah və sursatla təmin etməklə, muzdlular göndərərək, onu intihar yoluna sövq edir”. Rusiya lideri bildirib ki, alternativ inkişaf modellərini saxlamaq üçün Qərb qeyri-qanuni sanksiyalar tətbiq edir, “rəngli inqilablar” texnologiyalarından istifadə edir və hərbi münaqişələri qızışdırır. Putin ŞƏT və MDB çərçivəsində daimi məlumat mübadiləsinin və hərbi-texniki əməkdaşlığın qurulmasının vacibliyini qeyd edib. O, həmçinin birgə sülhməramlı missiyaların müstəsna əhəmiyyətini qeyd edib.
9-12-2022, 16:50
Rusiya İran istehsalı yeni PUA-lar alıb


Rusiya İran istehsalı yeni PUA-lar alıb

Rusiya İran istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) yeni partiyasını alıb. Bu barədə Britaniya Müdafiə Nazirliyi Twitter-də kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb. İddia olunur ki, Rusiya bir neçə yüz “Shahed-131” və “Shahed-136” pilotsuz uçan aparatlarından ibarət əvvəlki ehtiyatını tükəndirib və çox güman ki, indi əlavə PUA-lar alıb. Kəşfiyyat qeyd edir ki, 2022-ci il dekabrın 6-da Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı 17 pilotsuz uçan aparatın, o cümlədən 14 “Sahed-136”nın vurulması barədə məlumat verib.
9-12-2022, 16:46
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda dekabrın 10-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5°, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 772 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında havanın arabir yağıntılı olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6°, gündüz 6-10° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacaq.
9-12-2022, 16:44
Ölkədə ərzaqla bağlı problem mövcud deyil - Əli Əsədov


Azərbaycanda ərzaqla bağlı problem mövcud deyil - Əli Əsədov

“Dünyada yaşanan qlobal ərzaq problemlərinə baxmayaraq, Azərbaycanda ərzaqla bağlı hər hansı problem mövcud deyil”. Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov bildirib. “Dünyada ərzaq böhranı hər kəsə məlumdur. Amma ölkədə ərzaq təminatı ilə bağlı problem yoxdur və olmayacaq. Bunun üçün dövlət tərəfindən müəyyən proqramlar hazırlanıb”. Baş nazir qeyd edib ki, ərzaq qiymətinin artımının qarşısını almaq üçün zəruri işlər görülür və görüləcək. “Bunun üçün əhalinin real gəliri, alıcılıq qabiliyyəti nəzərə alınır”, - baş nazir vurğulayıb.
9-12-2022, 16:41
“Sosial müavinətlər haqqında” qanun yeniləndi


“Sosial müavinətlər haqqında” qanun yeniləndi

Milli Məclis “Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib. Qanun layihəsi parlamentin dekabrın 9-da keçirilən iclasının gündəliyinə daxil edilib. Dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislər Əmək Məcəlləsinin 21-1-ci maddəsi nəzərə alınmaqla, bu ərazilərdə işləmək üçün azı bir il müddətinə bağlanılmış əmək müqaviləsi olduqda, ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 2023-cü il yanvarın 1-dən 5 il müddətinə birdəfəlik müavinət alacaqlar. Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!