Pakistanda güclü yağışlar - 38 nəfər öldü .....                        Yekaterinburqda baş verənlər idarə olunan kampaniyanın tərkib hissəsidir .....                        Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək .....                        Paşinyanla Makron telefonla danışdılar .....                        Yekaterinburqda azərbaycanlıların məhkəməsi – YENİLƏNİB .....                        Deputatlarımız Moskvada keçiriləcək iclasa GETMƏYƏCƏK .....                        Rusiya iç üzünü göstərir - Ədalət Partiyasının sədri .....                        Yekaterinburqda məhkəmə: Ayaz Səfərov da həbs edildi .....                        Belqradda etirazlar - 48 polis yaralandı .....                       
8-12-2022, 15:54
Peskov Rusiya-Ukrayna müharibəsindən danışdı


Peskov Rusiya-Ukrayna müharibəsindən danışdı

Kremlin sözçüsü Dmitri Peskov Rusiya-Ukrayna müharibəsi haqqında danışıb. O, yeni ərazilərin Rusiyaya ilhaqından söhbət getmədiyini bildirib. “Amma qarşıda işğal olunmuş ərazilərin (Rusiya tərəfindən ilhaqı açıqlanan ərazilərin Ukrayna tərəfindən azad olunan hissəsi nəzərdə tutulur) azad olunması üçün görülməli olan işlər var. Xüsusi əməliyyatın əsas məqsədləri kimi denasifikasiya və demilitarizasiya qalmaqdadır”, - deyə Peskov bəyan edib. Kreml rəsmisi hələ Krım və Sevastopol üçün təhlükəsizlik problemlərinin qaldığını vurğulayıb. Qeyd edək ki, bu ilin 24 fevralında Rusiyanın Ukrayna ərazilərinə hücum etməsi ilə başlayan müharibə davam etməkdədir. Rəsmi Moskva Ukraynanın Xerson və Zaporojye vilayətlərini, eləcə də qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
8-12-2022, 15:50
Mətbuat Şurasından İran səfirliyinə müraciət


Mətbuat Şurasından İran səfirliyinə müraciət

Mətbuat Şurası İranın Azərbaycandakı Səfirliyinə müraciət edib. Müraciətdə deyilir ki, bir neçə gün əvvəl Azərbaycan mediasında noyabrın 24-də 14 nəfər İran vətəndaşının qeyri-qanuni yolla Azərbaycan ərazisinə keçməsi və ermənilərin yaşadığı bölgəyə daxil olması barədə məlumat yayıldı. "Bunun ardınca Azərbaycan mediası həmin şəxslərin İran vətəndaşı olmasını təsdiqləyən faktlar, sənədlər də təqdim etdi. Eyni zamanda, sözügedən şəxslərin Qarabağdakı terrorçu ermənilərə təlim keçmək üçün gəldikləri barədə mülahizələrə də mediada geniş yer verildi. Nəhayət, bütün bunlarla bağlı İranın Azərbaycandakı Səfirliyi tərəfindən lazımi açıqlama verilməsi tələbi ilə ortaya haqlı suallar qoyuldu. Səfirliyinin davamlı susqunluğu fonunda mediada noyabrın 30-da Azərbaycanın ermənilərin yaşadığı ərazisinə daha 13 İran vətəndaşının keçdiyinə dair faktlara əsaslanan məlumat yayıldı. Bu hadisə və İrandan Ermənistana silah satışı, sonradan həmin silahların Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazisinə keçirilərək oradakı qeyri-qanuni erməni dəstələrinə çatdırılması məsələsi bu gün də Azərbaycan mediasının əsas mövzularından biri, cəmiyyətimizi dərindən narahat edən məsələlərdir. Yaranmış durumda, istər-istəməz, belə bir qənaət formalaşır ki, İran təcavüzkar Ermənistanın Azərbaycana qarşı hərbi cəhətdən gücləndirməyə və ölkəmizin işğaldan azad olunmuş ərazilərində vəziyyəti gərginləşdirməyə çalışır. Azərbaycan mediasının çoxsaylı müraciətlərinə baxmayaraq, İranın Azərbaycandakı Səfirliyinin indiyədək bu barədə hər hansı münasibət açıqlamadan susqunluq nümayiş etdirməsi dərin təəssüf və narahatlıq doğurur. Ümid edirik ki, Azərbaycan mediası adından ünvanladığımız bu müraciət cavabsız qalmayacaq, İranın Azərbaycandakı Səfirliyi olaraq, qeyd edilən ciddi məsələlərə dair müvafiq rəsmi mövqe bildirəksiniz. Əks təqdirdə, Azərbaycan mediası məlum hadisələrdə İranın neqativ rolunun olmasını həqiqət kimi qəbul etmək məcburiyyətində qalacaq və fəaliyyətini bütünlüklə bu reallığa əsaslanaraq quracaq".
8-12-2022, 15:46
Zaxarovadan ABŞ-la bağlı açıqlama


Zaxarovadan ABŞ-la bağlı açıqlama

“ABŞ Ukraynadakı münaqişəni 2025-ci ilin sonuna qədər uzatmaq istəyir”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib. “Bunu ABŞ-ın imzaladağı sənədlərdən anlamaq mümkündür. ABŞ Ukraynadakı münaqişəni 2025-ci ilin sonuna qədər uzatmaq istəyir. “Raytheon” şirkəti ilə imzalanan müqaviləyə görə, ABŞ bu şirkətə Ukraynanın 3 il ərzində silahlandırılması üçün 1.2 milyard ABŞ dolları ayırıb”, - deyə XİN rəsmisi bildirib.
8-12-2022, 15:41
Sabahın havası


Sabahın havası

Azərbaycanda dekabrın 9-na gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə arabir yağıntılı olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-8° isti olacaq. Bakıda gecə 3-5° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° şaxta olacaq.
8-12-2022, 15:38
Fiziki əngəlli qazilərə ayrılmış məbləğ açıqlandı


Fiziki əngəlli qazilərə ayrılmış məbləğ açıqlandı

I Qarabağ müharibəsi ilə bağlı əlilliyi müəyyən edilmiş 16,7 minədək şəxs üzrə birdəfəlik ödəmə verilib. Bu barədə Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyindən bildirilib. Məlumatda bildirilib ki, 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı davam edir: "Bu il avqustun əvvəlindən başlanan proqram üzrə qeyd olunan kateqoriyaya aid artıq 16 659 şəxs üzrə birdəfəlik ödəmə verilib. Onlardan 1017 nəfərin vərəsəsinə bu ödənişlər həyata keçirilib". Rəsmi məlumata görə, birdəfəlik ödəmə ilə təminat proqramı üzrə bu günədək ödənilən vəsait isə 105,7 milyon manat təşkil edir: "E-sistemlərdə, habelə müvafiq arxivlərdə 1997-ci ilin 2 avqust tarixinədək hərbi xidmət zamanı aldığı xəsarətlə bağlı məlumat mövcud olan şəxslərə birdəfəlik ödəmə e-sistem üzərindən proaktiv qaydada təyin edilərək onların bank hesablarına köçürülüb və bu barədə SMS göndərilib".
8-12-2022, 15:33
Türkiyədə müalicə alan qazilərimizlə bağlı açıqlama


Türkiyədə müalicə alan qazilərimizlə bağlı açıqlama

"YAŞAT" Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə xərclənən vəsait 22 449 998.04 AZN təşkil edir. Bu barədə 7 saylı Bakı “ASAN xidmət” mərkəzində “YAŞAT” Fondunun fəaliyyətinə dair kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransında bildirilib. Bildirilib ki, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 8 870, itkin ailə üzvlərinin 5 və yaralıların 6 819 müraciəti olmaqla ümumilikdə 15 694 müraciət təmin edilib. Ümumilikdə 184 şəxs müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilib, onlardan 177-si ağır yaralı, 7-si isə şəhid ailəsi üzvüdür. Müalicə alanlardan 160-ı ölkəyə geri qayıdıb. Hazırda 23 ağır yaralının və 1 şəhid ailəsi üzvünün müalicəsi Türkiyədə davam etdirilir. “YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən Türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib.
8-12-2022, 15:29
Özbəkistan müqaviləyə “hə” desə də, ittifaqa qoşulmayacaq


Özbəkistan müqaviləyə “hə” desə də, ittifaqa qoşulmayacaq

Özbəkistan Rusiya ilə kommersiya qazı müqavilələri imzalamağa hazırdır, lakin "qaz ittifaqı"na daxil olmaq niyyətində deyil. Bu barədə Özbəkistan rəsmilərinin açıqlamalarında bildirilib. Özbəkistanın baş nazirinin müavini və energetika naziri Jorabek Mirzamaxmudov deyib ki, “Rusiya ilə qaz müqaviləsi bağlansa belə, bu, müttəfiqlik demək deyil”. Onun sözlərinə görə, Moskva və Daşkənd qonşu Qazaxıstan vasitəsilə Rusiya qazının tədarükü ilə bağlı danışıqlar aparır, lakin "bu, texniki müqavilə olacaq". “Tələbi ödəmək, daxili istehlakı təmin etmək və problemi aradan qaldırmaq üçün bu gün biz qaz və elektrik enerjisinin hansısa ittifaq yolu ilə deyil, qonşu ölkələrdən idxalı ilə bağlı danışıqlar aparırıq. Biz burada enerji şəbəkələrimizin ötürülməsi yolu ilə deyil, kommersiya müqaviləsi, alqı-satqı əsasında əməkdaşlıq etmək üçün milli maraqlar əsasında danışıqlar aparırıq”, - deyə Mirzəmaxmudov bildirib. İlk dəfə olaraq Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev noyabrın 28-də Rusiyanın baş naziri Mixail Mişustinlə görüşdə ölkələr arasında “üçlü qaz ittifaqı” yaratmaq təşəbbüsünü açıqlayıb. Daha sonra o, təşəbbüsün Rusiya lideri Vladimir Putinə məxsus olduğunu qeyd edib. “Vladimir Vladimiroviç dedi ki, biz bir növ üçtərəfli birlik yaratmalıyıq. O, bununla bağlı Özbəkistan prezidentinə zəng vurmağa hazırlaşır. Biz də bu mövzunu dərinləşdirməliyik”, - Tokayev bildirib. “Reuters”in qeyd etdiyi kimi, soyuq qış fonunda Özbəkistan yanacaq qıtlığı yaşayır. Ölkə rəhbərliyi əhalinin və iqtisadiyyatın enerji resursları ilə təmin edilməsi sahəsindəki problemləri həll etmək üçün təbii qaz, elektrik enerjisi, kömür və mazutun alınması ilə bağlı digər ölkələrlə danışıqları intensivləşdirməyi qərara alıb.
8-12-2022, 15:25
SEPAH generalı: “Bütün müsəlmanlar bir ailə kimidilər...”


SEPAH generalı: “Bütün müsəlmanlar bir ailə kimidilər...”

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandan müavini, briqada generalı Əli Fədavi bugünkü çıxışında bir müddət öncə ölkənin şimal sərhədlərində - Azərbaycanla qonşuluqda keçirilən hərbi təlimlərdən danışıb. Əli Fədavi bildirib ki, İran prinsipial siyasət yürüdür və region üzrə coğrafi sərhədlərdə hər hansı dəyişikliyi qəbul etmir: “Regionun coğrafiyasında dəyişiklik İran üçün mühüm məsələdir və biz bununla razı deyilik”. İranın Səudiyyə Ərəbistanı ilə münasibətlərilə bağlı suala cavab olaraq general deyib: “Bütün müsəlmanlar bir ailə kimidirlər, biz həmişə demişik ki, ailə daxilində davalar olur, amma ailədaxili çəkişmələrlə ailədən kənar mübahisələr arasında böyük fərq var. Amerika, sionistlər və onların şər yoldaşları İslam dünyasından kənardadırlar və təbii ki, bizim davranışımız əvvəlki kimi olmayacaq”.
8-12-2022, 15:22
Ölkə başçısı Albaniyanın baş naziriylə görüşdü


Ölkə başçısı Albaniyanın baş naziriylə görüşdü

Dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü olub. Əvvəlcə rəsmi foto çəkdirilib. Qonağı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:
- Xoş gəlmisiniz. Sizi bir daha görməyimə çox şadam. Əvvəla, Albaniyaya səfərim zamanı mənə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə təşəkkür edirəm. Razılığa gəldiyimiz kimi, biz fəal dialoqu davam etdirəcəyik. Sizin səfəriniz artıq razılaşdırılmış məsələlərin gedişatını izləmək xarakteri daşıyır. Hər iki tərəfdən bütün tapşırıqlar verilib. Heyətlərimiz fəal şəkildə işləyirlər. Mənim rəsmi səfərimin nəticələri olduqca müsbətdir. Bizim əlaqələrimiz güclənir və yeni imkanlar yaranır. Sizə məlumat verdiyim kimi, biz Tiranada səfirlik açırıq və bu da əməkdaşlığımızın vacib bir əlamətidir. Praktiki nöqteyi-nəzərdən bu, bizə ölkənizdə gedən proseslərlə daha yaxından tanış olmaq imkanı verəcək. Eyni zamanda, bu, bizə ikitərəfli gündəliyimizdə daha da səmərəli olmağa imkan yaradacaq. Bir daha xoş gəlmisiniz. Albaniyanın Baş nazir Edi Rama deyib:
-Təşəkkür edirəm cənab Prezident. Bu, mənim üçün şərəfdir. Mən də təşəkkürümü ifadə etmək istəyirəm. İcazə verin deyim ki, məsələlərin gedişatı ilə bağlı təəssüratım heyrətamizdir. İndi ölkəmizdə Azərbaycan səfirliyinin açılması çox vacib bir məsələdir. Qalan digər məsələlərə gəldikdə isə Siz dediyiniz kimi, biz işi davam etdirməliyik. Təşəkkür edirəm.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyanın Baş naziri Edi Rama ilə işçi səhər yeməyi əsnasında geniş tərkibdə görüşü olub. Daha sonra dövlətimizin başçısı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çəkdiyi rəsm əsərini və Leyla Əliyevanın əsərlərinin kataloqunu qonağa hədiyyə edib. Sonda xatirə şəkli çəkdirilib.


8-12-2022, 15:18
Avropa İttifaqından ölkəmizə ayrılan vəsait


Avropa İttifaqından ölkəmizə ayrılan vəsait

Avropa İttifaqı (Aİ) iqtisadi investisiya planı çərçivəsində Azərbaycana iki milyard avro ayırıb. Bu barədə Avropa İttifaqının Bakı ofisindən məlumat verilib. Mənbənin sözlərinə görə, investisiyalar Azərbaycan iqtisadiyyatının diversifikasiyasına, yeni iş yerlərinin açılmasına və kəndlərin inklüziv inkişafına kömək edəcək. "İqtisadi və investisiya planı üzrə yüksək səviyyəli işçi qrupunun yaradılması Aİ ilə Azərbaycan arasında sıx tərəfdaşlığın bariz göstəricisidir. Bu plan artıq Azərbaycan xalqına nəzərəçarpacaq faydalar verməkdədir. Əvvəllər ayrılmış 90 milyon avroluq vəsait çərçivəsində ölkədə iri sərmayə layihələri, xüsusən də Gəncədə küçələrin işıqlandırılmasının yaxşılaşdırılması həyata keçirilir, bütün ölkə üzrə kiçik biznes üçün alternativ maliyyə mənbələri yaradılır. İşçi qrupumuz Azərbaycana iqtisadi investisiya planının həyata keçirilməsindən daha çox fayda əldə etməsinə kömək edə biləcək", - deyə Aİ-nin məlumatında bildirilir. Qeyd edək ki, iqtisadi və investisiya planı Aİ-nin "Şərq tərəfdaşlığı" siyasətinin əsasını təşkil edir. Bu təşəbbüs həm də bütün dünyada davamlı və etibarlı rəqəmsal, enerji və nəqliyyat əlaqələrinin yaradılması üçün Aİ-nin "Global Gateway" strategiyasını dəstəkləyir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!