Pakistanda güclü yağışlar - 38 nəfər öldü .....                        Yekaterinburqda baş verənlər idarə olunan kampaniyanın tərkib hissəsidir .....                        Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək .....                        Paşinyanla Makron telefonla danışdılar .....                        Yekaterinburqda azərbaycanlıların məhkəməsi – YENİLƏNİB .....                        Deputatlarımız Moskvada keçiriləcək iclasa GETMƏYƏCƏK .....                        Rusiya iç üzünü göstərir - Ədalət Partiyasının sədri .....                        Yekaterinburqda məhkəmə: Ayaz Səfərov da həbs edildi .....                        Belqradda etirazlar - 48 polis yaralandı .....                       
8-12-2022, 15:13
ABŞ Türkiyəyə bu mövzuyla bağlı müsbət qərar verib


ABŞ Türkiyəyə bu mövzuyla bağlı müsbət qərar verib

Türkiyənin ABŞ-dan “F-16”lar alması ilə bağlı rəsmi Vaşinqtondan yeni açıqlamalar verilib. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays danışıb. Onun sözlərinə görə, ABŞ Türkiyəyə “F-16”lar tədarük etməkdə maraqlıdır. “Türkiyə bizim NATO-da önəmli müttəfiqlərimizdən biridir. Həmçinin təhlükəsizliklə bağlı əsas tərəfdaşlarımızdandır. ABŞ Türkiyənin müdafiə ehtiyaclarını qarşılamaq mövzusunda maraqlıdır”, - Prays deyib. ABŞ rəsmisi, həmçinin Türkiyənin terror təhdidinə qarşı mübarizəsinə də toxunub: “Heç bir NATO ölkəsi öz ərazilərində Türkiyə qədər terror təhdidinə məruz qalmayıb. Bu təhdidlə mübarizə üçün lazım olanları təmin etmək bizim üçün də əhəmiyyət kəsb edir”. Qeyd edək ki, ABŞ Türkiyəyə "F-16" təyyarələri satmaq barədə müsbət qərar verib. Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu bu addımı təqdir etdiklərini açıqlayıb.
8-12-2022, 15:11
Suitilərin ölümüylə bağlı tədbir görüləcək


Suitilərin ölümüylə bağlı tədbir görüləcək

Xəzər dənizinin Dağıstan sahillərində suitilərinin kütləvi ölümü ilə bağlı operativ qərargah yaradılacaq. Bu barədə Dağıstan Nazirlər Kabinetinin Teleqram kanalında məlumat dərc olunub. “Qərargahda “Rosprirodnadzor”, “Rosrıbolovstvo”, Xəzər Bioloji Resurslar İnstitutunun nümayəndələri, həmçinin bələdiyyələrin rəhbərləri və alimlər yer alacaqlar. Bununla bağlı sərəncam yaxın vaxtlarda imzalanmalıdır”, – məlumatda qeyd edilib.
8-12-2022, 15:08
Prezidentə 20 ilədək həbs cəzası verilə bilər


Prezidentə 20 ilədək həbs cəzası verilə bilər

Perunun ötən gün devrilmiş eks-prezidenti Pedro Kastilyo üsyan təşkil etməkdə ittiham olunur. Bu barədə “El Comercio” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, Kastilyo polis tərəfindən saxlanılıb və bir sıra cinayətlərdə ittiham olunaraq 10 sutka müddətinə istintaq təcridxanasına yerləşdirilib. İttihamlardan ən ciddisi üsyan təşkil etmək cəhddir. Peru Cinayət Məcəlləsinə əsasən, buna görə onu 10 ildən 20 ilədək həbs cəzası gözləyir. Bundan başqa, keçmiş dövlət başçısı vəzifə səlahiyyətlərindən sui-istifadə və ictimai asayişi pozmaqda da ittiham olunur.
8-12-2022, 15:03
Parlament ölkə başçısının həbsinə qərar verdi


Parlament ölkə başçısının həbsinə qərar verdi

Peru parlamenti ölkə başçısı Pedro Kastilio haqqında impiçment qərarı çıxarıb. Qərarı 101 deputat dəstəkləyib, 6 deputat əleyhinə səs verib, 10 deputat bitərəf qalıb. Daha öncə qanunverici orqanın buraxıldığını və komendant saatının tətbiq edildiyini açıqlayan Prezident impiçment qərarından sonra axtarışa verilib. Yerli mətbuat artıq onun həbs edildiyini bildirir. Məlumata görə, ölkənin birinci vitse-prezidenti Dina Boluartenin respublika rəhbəri vəzifəsinin icrasına başlaması üçün andiçmə mərasimi keçiriləcək. ABŞ Dövlət Departamenti artıq Kastillonu Peru prezidenti kimi tanımadıqlarını bəyan edib.

8-12-2022, 14:59
İsveçrənin yeni prezidenti bəlli oldu


İsveçrənin yeni prezidenti bəlli oldu

İsveçrənin daxili işlər naziri Alen Berse 2023-cü ildə ölkəyə rəhbərlik edəcək. Onun ölkəyə rəhbərlik etməsinə parlament qərar verib. Belə ki, parlamentdə keçirilən səsvermədə Versen 140 səs toplayıb. O, səlahiyyətlərinin icrasına yanvarın 1-də başlayacaq.
8-12-2022, 14:57
Stoltenberq mandatını uzatmaq niyyətində deyil


Stoltenberq mandatını uzatmaq niyyətində deyil

NATO-nun baş katibi Yens Stoltenberq mandatını uzatmaq niyyətində deyil. Bu barədə Stoltenberq “Financial Times” qəzetinə müsahibəsində bildirib. Stoltenberqin səlahiyyət müddəti oktyabrın 1-də bitməli idi, lakin Ukraynadakı hərbi əməliyyatlar fonunda onun mandatı daha 12 ay uzadılıb. Jurnalist Stoltenberqdən onun səlahiyyət müddətinin növbəti dəfə uzadılmasının mümkün olub-olmadığını soruşub. O cavabında deyib: “Gələn ilin sentyabr ayının sonuna kimi işimə diqqət yetirməkdən başqa heç bir planım yoxdur. Bu, mənim yeganə planımdır”. NATO-nun baş katibi həmçinin əmin olduğunu bildirib ki, alyans ölkələri onun yerinə layiqli namizəd tapa biləcəklər.
8-12-2022, 14:53
Daha 17 suiti cəsədi aşkarlandı..


Daha 17 suiti cəsədi aşkarlandı..

Xəzər dənizinin Dağıstan sahillərində suitilərin kütləvi ölüm hallarının aşkarlanması ilə əlaqədar Xəzərin Azərbaycan bölməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən genişmiqyaslı monitorinqlər keçirilib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, monitorinqlər zamanı dənizin Xaçmaz rayonu ərazisində İstisu qəsəbəsi, Tikanlıoba, Seyidli və Nabran kəndi istiqamətlərində ümumilikdə 17 suiti cəsədi aşkar olunub. Suitilərin ölüm səbəbinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birgə cəsədlərdən nümunə götürüləcək və nəticələr barədə məlumat veriləcək.
8-12-2022, 14:49
Keçmiş prezidentdən ölkəsinə dəstək


Keçmiş prezidentdən ölkəsinə dəstək

İranın keçmiş prezidenti Məhəmməd Hatəmi ölkədə keçirilən etiraz aksiyalarını dəstəkləyib. Bu barədə o, özünün "Instagram" hesabında paylaşım edib. Sabiq islahatçı lider qeyd edib ki, "Qadın, həyat, azadlıq!" şüarı ilə cəmiyyət daha yaxşı gələcəyə doğru hərəkətini göstərir. 1997-2005-ci illərdə İran prezidenti olmuş Hatəmi hazırkı hakimiyyəti sərt tənqid edib.
7-12-2022, 17:46
Sabah üç astronomik hadisə gözlənilir


Sabah üç astronomik hadisə gözlənilir

Dekabrın 8-də eyni vaxtda üç astronomik hadisə baş verəcək. Sabah səhər saatlarında bədirlənmiş Ay, Mars qarşıdurması və bədirlənmiş Ay tərəfindən Marsın tutulması baş verəcək. Hər üç hadisə Bakı vaxtı ilə 8:00-dən 9:00-a qədər olacaq. Bakı vaxtı ilə saat 8:10-da Ay tam fazaya daxil olacaq, 8:35-də Yerdən 82,2 milyon km uzaqlıqda olan Mars Günəşlə qarşıdurma nöqtəsində, 9:35-də isə Yerdən 82,2 milyon km uzaqlıqda olan Mars Günəşə əks nöqtədə olacaq. Mars qarşıdurmaları təxminən iki ildən bir baş verir.
7-12-2022, 17:41
İran prezidentindən davam edən etirazlara münasibət


İran prezidentindən davam edən etirazlara münasibət

İran Prezidenti İbrahim Rəisi ölkədə 3 aya yaxındır davam edən etirazlara münasibət bildirib. Bu barədə “İRNA” agentliyi məlumat yayıb. “Etirazlar konstruktiv, üsyan isə destruktivdir. Etirazları dinləmək lazımdır”, - deyə Rəisi bildirib. İran prezidenti ölkədə inflyasiyanın aşağı düşəcəyini və əhaliyə iqtisadi vəziyyətinin yaxşılacağını vəd edib: “Bu gün diktator deyirlər. Diktator kimdir? ABŞ qətiyyən güclü İran görmək istəmir. Onlar İranı işğal etdikləri Liviya, Əfqanıstan, Suriya kimi görmək istəyirlər. İran bu ölkələrdən fərqlidir. İran xalqı ABŞ-ın bu təxribatını reallaşdırmasına imkan verməyəcək”, - deyə prezident söyləyib. Qeyd edək ki, sentyabr ayında 22 yaşlı Məhsa Əminin hicab qaydasını pozmaq ittihamı ilə polis tərəfindən saxlanılmasından sonra müəmmalı ölümü İranda böyük etirazlara səbəb olub. Polis gənc qızın ürək çatışmazlığından vəfat etdiyini, ailəsi isə Əmininin heç bir xəstəliyinin olmadığını və döyülərək öldürüldüyünü bəyan edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!