Pakistanda güclü yağışlar - 38 nəfər öldü .....                        Yekaterinburqda baş verənlər idarə olunan kampaniyanın tərkib hissəsidir .....                        Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək .....                        Paşinyanla Makron telefonla danışdılar .....                        Yekaterinburqda azərbaycanlıların məhkəməsi – YENİLƏNİB .....                        Deputatlarımız Moskvada keçiriləcək iclasa GETMƏYƏCƏK .....                        Rusiya iç üzünü göstərir - Ədalət Partiyasının sədri .....                        Yekaterinburqda məhkəmə: Ayaz Səfərov da həbs edildi .....                        Belqradda etirazlar - 48 polis yaralandı .....                       
7-12-2022, 17:37
Azərbaycanla yanaşı, bu ölkələrin də qazı Avropaya daşına bilər


Azərbaycanla yanaşı, bu ölkələrin də qazı Avropaya daşına bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın TANAP layihəsinin önəmini yüksək qiymətləndirib. Kalın bu barədə Türkiyə-Qazaxıstan münasibətlərinin 30 illiyinə həsr olunmuş tədbirdə danışıb. “TANAP vasitəsilə bizim inşa etdiyimiz enerji koridoru bu gün sadəcə Azərbaycan qazının Avropaya daşınmasında yox, eləcə də Türkmənistan və bəlkə gələcəkdə Qazaxıstan qazının da Avropaya nəql edilməsində mühüm rol oynayacaq”, - Kalın bildirib. Ərdoğanın sözçüsü Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli zirvə toplantısının dekabrın ortalarında keçiriləcəyini vurğulayıb. Kalın bu toplantının Türk dünyasında əlaqələrin inkişafı üçün kritik mərhələlərdən biri olduğunu diqqətə çatdırıb.
7-12-2022, 17:15
Prezident yeni nəqliyyat infrastrukturundan danışdı


Prezident yeni nəqliyyat infrastrukturundan danışdı

Bu gün biz Ulu Öndərin siyasətinə sadiq qalaraq yeni nəqliyyat infrastrukturu obyektlərini yaradırıq. Bunu Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində deyib. “Bax, bu tankerin yaradılmasının təməli 9 il bundan əvvəl gəmiqayırma zavodunun istismara verilməsi ilə qoyulmuşdur. O qərarı da mən qəbul etmişdim, bunu biz həll etdik. O vaxt bəziləri hesab edirdi ki, buna ehtiyac yoxdur. Onsuz da biz başqa ölkələrdən gəmilər, tankerlər alırıq. Amma mən bilirdim ki, bunun böyük əhəmiyyəti olacaq. İndi heç kimdən asılı deyilik, həm peşəkar komanda var, həm təcrübə var. Deməli, burada bütün inşaat işləri yerli mütəxəssislər tərəfindən aparılır. Biz hər il bir neçə tanker, quru yük gəmisi, “Ro-Ro” gəmisi, bərə inşa edə bilirik. Bu gəminin sizin adınıza olması hesab edirəm ki, çox ədalətlidir. Düzdür, bu, nadir bir haldır, bəlkə də deyə bilərəm ki, yeganə bir haldır, insanın sağlığında gəmiyə onun adı verilir. Amma bu ədalətlidir. Bilirsiniz ki, mənim sizə çox böyük hörmətim var - həm mütəxəssis kimi, əfsanəvi neftçi kimi, gözəl insan kimi. Bax, bu gün sizin bizimlə bərabər burada olmağınız bir çoxlarını ruhlandırır ki, elə bu yaşda da adam gümrahdır. Sağlamlığı da yerindədir və öz nikbinliyi ilə hamımızı daha gözəl işlər görməyə ruhlandırır”, - dövlət başçısı vurğulayıb.
7-12-2022, 17:09
Rusiya görüşün keçirilməsində köməyə hazırdır - Peskov


Rusiya görüşün keçirilməsində köməyə hazırdır - Peskov

“Rusiya İlham Əliyev və Nikol Paşinyan arasında görüşün keçirilməsinə kömək etməyə hazırdır”. Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. Qeyd edək ki, Belçikanın paytaxtı Brüsseldə keçirilməsi planlaşdırılan görüş Ermənistan tərəfinin Fransa prezidenti Emmanuel Makronun da iştirakında təkid etməsindən sonra baş tutmamışdı. Ermənistan parlamentinin sədri Alen Semonyan görüş üçün məkan barədə təkcə Brüssellə məhdudlaşmadığını bildirmişdi.
7-12-2022, 16:59
Lavrov Avropa ölkələrini tənqid etdi


Lavrov Avropa ölkələrini tənqid etdi

“Avropa İttifaqı da çoxqütblü dünyanın qütblərindən biri ola bilər”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. “Avropa İttifaqı hələlik çoxqütblü dünyanın qütblərindən biri olmaq üçün bütün xüsusiyyətlərini qoruyur, o, qütblərdən biri ola bilər. Amma Avropanın bu proseslərdə iştirak edə bilməsi üçün dərk edilməlidir ki, ABŞ-ın hər dediyinə 100 faiz “eşidirəm” cavabını demək mütləq deyil”, - Lavrov söyləyib. Nazir NATO rəsmilərinin Qorbaçov və Yeltsinə şərqə doğru genişlənməmək barədə verdiyi vədləri unutduğunu qeyd edib.
7-12-2022, 16:27
Belarusiyada ölüm cəzası tətbiq ediləcək


Belarusiyada ölüm cəzası tətbiq ediləcək

Belarusda dövlətə xəyanətə görə məmurlar və hərbçilər üçün ölüm cəzası tətbiq ediləcək. Bu barədə Respublika Milli Assambleyasının Nümayəndələr Palatasının mətbuat xidməti bildirib. Müvafiq qanun layihəsi deputatlar tərəfindən birinci oxunuşda qəbul edilib. Qeyd olunur ki, qanun layihəsinin hazırlanmasında məqsəd ekstremist xarakterli cinayətlərin qarşısının alınması üçün tədbirlər görməkdir. Belarus Avropada ölüm cəzasının hələ də tətbiq olunduğu yeganə ölkə olaraq qalır. 1996-cı ildə keçirilən referendumda edam cəzasının qanunvericiliyə salınması qərarı ölkə sakinləri tərəfindən dəstəkləndi. Respublikada ölüm hökmü xüsusilə ağır cinayətlərə görə verilir.
7-12-2022, 16:25
Çavuşoğlu taxıl anlaşmasından danışdı


Çavuşoğlu taxıl anlaşmasından danışdı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya, Ukrayna və Türkiyə arasında BMT-nin də iştirakı ilə imzalanan taxıl anlaşmasından danışıb. Nazir bu mövzuya Ankarada səfərdə olan Rumıniyanın baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niko Popesko ilə keçirdiyi birgə mətbuat konfransında toxunub.“Türkiyənin vasitəçiliyinin davam etməsi və ikitərəfli münasibətlərlə bağlı təmaslarımız davam edir. Hazırda taxılla bağlı razılaşma problemsiz şəkildə yerinə yetirilir. Rusiya ilə sadəcə Ukrayna məsələsində yox, Liviya məsələsində, eləcə də regional mövzularda müzakirələrimiz davam edir. Suriya mövzusunda da üçtərəfli Astana formatında işlər görülür”, - deyə nazir vurğulayıb. Çavuşoğlu qeyd edib ki, həftə sonuna doğru Rusiya XİN başçısının müavini Verşinin Türkiyəyə səfər edəcək.
7-12-2022, 16:21
Rusiyayla münasibətlər avtomatik düzəlməyəcək - NATO


Rusiyayla münasibətlər avtomatik düzəlməyəcək - NATO

NATO-nun baş katibi Yens Stoltenberq hərbi alyansın Rusiya ilə münasibətlərindən danışıb. O, münasibətlərin normallaşmasının avtomatik baş verməyəcəyini vurğulayıb. “Ukraynadakı münaqişənin başa çatması avtomatik olaraq NATO-nun Moskva ilə münasibətlərinin normallaşmasına gətirib çıxarmayacaq”, - deyə Stoltenberq söyləyib. Qeyd edək ki, bu ilin 24 fevral tarixində Rusiyanın Ukrayna ərazilərinə hücum etməsindən sonra başlayan müharibə hələ də davam etməkdədir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Moskvanın bu addımı Qərb ölkələrinin kəskin etirazına səbəb olub.
7-12-2022, 16:12
Sabahın hava proqnozu - 12 dərəcə şaxta


Sabahın hava proqnozu - 12 dərəcə şaxta

Sabah Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 4-6° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 8-12° şaxta, gündüz 2-7° şaxta olacaq. Gecə və səhər dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.
7-12-2022, 16:09
Yeni cərimələr tətbiq olunacaq


Yeni cərimələr tətbiq olunacaq

Maliyyə institutları tərəfindən yeni texnologiyaların tətbiq edilməsinə dair tələblərin pozulmasına görə cərimələr müəyyənləşib. Bu barədə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsində öz əksini tapıb. Qanuna əsasən, tələblərin pozulmasına görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə ediləcək.
7-12-2022, 16:05
Rusiyada növbəti səfərbərlik dalğası gözlənilir


Rusiyada növbəti səfərbərlik dalğası gözlənilir

Rusiya prezidenti Vladimir Putin rusları Ukraynada müharibə üçün yeni səfərbərlik elanına hazırlayır. Bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutunun analitiklərinin məlumatında qeyd olunub. Bildirilib ki, nə ümumi səfərbərlik, nə də Ukraynaya rəsmi müharibə elan etmək “dünyanın ikinci ordusu”na kömək etməyəcək. Məlumata görə, Rusiyanın Müdafiə Nazirliyi dinc dövrdə iki illik çağırış dövrü ərzində eyni vaxtda 130 mindən çox olmayan çağırışçıya təlim keçə bilər. Beləliklə, peşəkar şəkildə mobilizasiya üçün ən azı üç ay lazım olacaq. Qeyd edək ki, bundan əvvəl Ukrayna Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski bildirib ki, hazırda cəbhəyə gələn “mobillər" Putinin qismən səfərbərlik əmrindən dərhal sonra cəbhəyə göndərilənlərdən daha yaxşı hazırlanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!