6-12-2022, 19:15
Rusiyayla Türkmənistan arasında yeni sənəd imzalandıRusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkmənistanın XİN başçısı Reşit Meredov arasında görüş keçirilib. R.Meredovun Moskvaya səfəri çərçivəsində nazirlər sənəd imzalama mərasimində iştirak ediblər. Belə ki, iki ölkənin Xarici İşlər Nazirlikləri arasında 2023-2024-cü illəri əhatə edən əməkdaşlıq proqramı sənədi diplomatlar tərəfindən imzalanıb. Qeyd edək ki, oxşar sənəd Azərbaycanın XİN başçısı Ceyhun Bayramovun Rusiyaya səfəri zamanı Rusiya və Azərbaycan XİN arasında da imzalanmışdı.
6-12-2022, 19:09
Nazirlər hərbi təlimi canlı izlədilərAzərbaycanın müdafiə naziri general-polkovnik
Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərində keçirilən təlimdə icra olunan tapşırıqları xüsusi quraşdırılmış monitorlar vasitəsilə canlı izləyiblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Sonda bütün istiqamətlər üzrə icra olunan tapşırıqlar videobağlantı vasitəsilə qoşulan komandir heyəti ilə birgə təhlil edilib.
6-12-2022, 19:03
Ərdoğan - “Bizi heç kim ayıra bilməz..”Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə hərbi təlimlərindən sonra Azərbaycan əsgərlərinə müraciət ünvanlayıb. Ərdoğan “Qardaş Yumruğu” təlimlərini yüksək qiymətləndirdiyini söyləyib. “Bizi heç kim ayıra bilməz. Türkiyə-Azərbaycan qardaşlığı bundan sonra da güclənərək davam edəcək. Türkiyə olaraq azərbaycanlı qardaşlarımızı candan sevirik” - Ərdoğan telefon vasitəsilə təlim iştirakçılarına müraciətində deyib. “Siz dosta güvən verdiniz, düşmənləri qorxutdunuz. Tək millət iki dövlət anlayışı ilə bu hərbi təlimləri uğurla başa çatdırdınız. Çətin ərazi və hava şərtlərində keçirilən hərbi təlimlər iki ölkə ordusunun güclənməyinə töhfə verəcək. Sizi bağrımıza basırıq”, - deyə Ərdoğan söyləyib.
6-12-2022, 19:00
Zelenski müharibə bölgəsində səfərdədirUkrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibənin getdiyi cəbhə bölgəsində səfərdədir. Zelenski bu barədə “Telegram” kanalında yazıb. “Bu gün Ukraynanın şərqi ən çətin istiqamətdir. Müdafiəçilərimizlə birlikdə burada - Donbasda olmaqdan qürur duyuram. İnanıram ki, gələn dəfə Donetskdə, Luqanskda görüşəcəyik. Əminəm ki, Krımda da”, - Zelenski qeyd edib.
6-12-2022, 18:58
Türkiyəli nazirdən Zəngəzurla bağlı açıqlamaTürkiyənin milli müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı Zakir Həsənovla birgə hərbi təlimləri izlədikdən sonra vacib açıqlamalar verib. Nazir Zəngəzur dəhlizinin açılmasının vacib olduğunu diqqətə çatdırıb. “Liderlərimizin davamlı sülh və əmin-amanlıq üçün səyləri hamı tərəfindən dəstəklənməlidir. Biz, Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olması istiqamətində səmimi səyləri dəstəkləyirik. Bizim ən səmimi arzumuz regionda dəmir yolu və avtomobil əlaqələrinin bərpası, xüsusilə də Zəngəzur marşrutunun açılması, regionda hərtərəfli normallaşmanın təmin edilməsidir", - Türkiyənin müdafiə naziri vurğulayıb.
6-12-2022, 18:55
Akar Türkiyə-Azərbaycan qardaşılığından danışdıTürkiyənin milli müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı Zakir Həsənovla birgə hərbi təlimləri izlədikdən sonra vacib açıqlamalar verib. Nazir çıxışında Türkiyə-Azərbaycan qardaşlığının önəmini vurğulayıb. “Türkiyə və Azərbaycan iki qardaş ölkədir. Hər cür təhdid və təhlükəyə qarşı kədərdə də, sevincdə də birlikdəyik. 30 ildir Ermənistan işğalı altında olan torpaqlarınızı işğaldan azad etdiyiniz vaxt bütün dünya bir daha bizim aramızdakı qardaşlığın ən gözəl nümunəsini gördü və dərk etdi”, - nazir deyib. “44 günlük şərəfli mübarizənin nəticəsi olaraq təkcə Ermənistana qarşı deyil, bu torpaqda ədalətsizliyə, qanunsuzluğa, çarəsizliyə göz yumanlara qarşı da böyük qələbə qazandınız, türkün gücünü göstərdiniz”, - deyə Akar sözlərinə əlavə edib.
6-12-2022, 18:51
Erməni deputatdan etiraz aksiyalarıyla bağlı məlumatErmənistan parlamentində müzakirələrdən sonra müxalifət qüvvələri ölkədə yeni etiraz aksiyalarına start verilməsini gündəmə gətirib. Bu barədə müxalif “Hayastan” fraksiyasının üzvü Artur Xaçatryan danışıb. “Vəziyyət ümidsiz deyil, baxmayaraq ki, vətəndaşların bir qismi arasında apatiya var, onu dəyişmək olar”, - deyə Xaçatryan söyləyib. Ölkədə etiraz aksiyalarının keçiriləcəyini vurğulayan deputat dəqiq tarix barədə məlumat verməyib.
6-12-2022, 18:47
“Qardaş yumruğu” təlimindən görüntülərAzərbaycan və Türkiyə ordularının iştirakı ilə keçirilən "Qardaş yumruğu" birgə təlimində tanklar, artilleriya batareyaları, təyyarələr, helikopterlər və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilib. Birgə təlim iki ölkə Silahlı Qüvvələrinin əməkdaşlığını və qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq məqsədi daşıyır. Dekabrın 6-da soyuq və qarlı havada həyata keçirilən təlim çərçivəsində ilk olaraq artilleriya batareyaları ilə müəyyən edilmiş hədəflərə atəş açılıb. Hədəflər dəqiqliklə vurulduqdan sonra tank atışlarına başlanılıb. Sonra T-72 və T-90 tankları müəyyən edilən hədəfləri məhv etdikdən sonra ikinci dəfə artilleriya batareyaları atəş açıb. Artilleriya atəşindən sonra isə zirehli bölmələrin hücumları başlayıb. Təlimin növbəti hissəsində yaralılar helikopterlə təxliyyə olunub, eyni zamanda panton körpülərlə çaydan keçmə əməliyyatı icra edilib, artilleriya batareyalarının köçürülməsi həyata keçirilib. Bütün bu proses Hərbi Hava Qüvvələri elementlərinin hava dəstəyi ilə reallaşdırılıb. "Qardaş yumruğu" təlimi planda nəzərdə tutulan hədəflərin tutulması ilə uğurla başa çatıb.
6-12-2022, 18:39
İrəvan Bakıdan sülh müqaviləsiylə bağlı təkliflər alır - Aqacanyan“Azərbaycandan sülh müqaviləsi ilə bağlı təkliflər almışıq”. Bunu Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Eduard Aqacanyan deyib. “İrəvan yaxın vaxtlarda Bakıdan sülh müqaviləsi ilə əlaqədər təkliflər alıb. İlin sonuna qədər iki ölkə liderlərinin və ya XİN başçılarının görüşünün keçirilməsi istisna deyil”, - deyə deputat söyləyib.
6-12-2022, 18:34
Peskovdan Ukraynayla bağlı açıqlamaRusiya Prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov ölkəsinin Ukrayna ilə danışıqlar aparıb-aparmayacağı məsələsinə münasibət bildirib. Peskov bunun üçün perspektivlərin olmadığını deyib. “Hazırda biz Ukrayna ilə danışıqların perspektivini görmürük. Vəziyyətin həlli üçün Rusiyanın apardığı xüsusi əməliyyatın (Rusiya tərəfi Ukrayna ilə müharibəni belə adlandırır) məqsədlərinə çatması vacibdir”, - deyə sözçü bəyan edib. Qeyd edək ki, bu ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumundan sonra başlayan müharibə davam etməkdədir.