Pakistanda güclü yağışlar - 38 nəfər öldü .....                        Yekaterinburqda baş verənlər idarə olunan kampaniyanın tərkib hissəsidir .....                        Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək .....                        Paşinyanla Makron telefonla danışdılar .....                        Yekaterinburqda azərbaycanlıların məhkəməsi – YENİLƏNİB .....                        Deputatlarımız Moskvada keçiriləcək iclasa GETMƏYƏCƏK .....                        Rusiya iç üzünü göstərir - Ədalət Partiyasının sədri .....                        Yekaterinburqda məhkəmə: Ayaz Səfərov da həbs edildi .....                        Belqradda etirazlar - 48 polis yaralandı .....                       
5-12-2022, 22:25
Dövlət rüsumuyla bağlı dəyişiklik təsdiqləndi


Dövlət rüsumuyla bağlı dəyişiklik təsdiqləndi

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında”
qanuna dəyişiklikləri təsdiqləyib. Dəyişikliyə əsasən, Azərbaycanda tütün məmulatlarının istehsalçıları və idxalçıları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə qoşulma barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərdiyi bildirişi aldıqları tarixdən bir ay müddətində həmin məmulatlara tətbiq edilməsi üçün alınmış məcburi nişanlamaya görə bu Qanunun 20-3.2.1-ci maddəsində nəzərdə tutulan dövlət rüsumunu ödəməkdən azaddırlar. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu maddənin birinci cümləsində nəzərdə tutulan müddəti hər dəfə bir aydan çox olmamaq şərtilə 5 dəfə uzada bilər. Orqan (qurum) deyərkən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzərdə tutulur.
5-12-2022, 22:23
Rusiya ilə ticarət dövriyyəmiz arta bilər


Rusiya ilə ticarət dövriyyəmiz arta bilər

Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4 milyard dollara çata bilər. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib. “Cari ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 3 milyard ABŞ dolları olub. Hesab edirəm ki, iki ölkə arasındakı ticarət dövriyyəsi 4 milyard dollar rekord həddinə çata bilər”, - deyə Lavrov bildirib.
5-12-2022, 22:16
Rusiya XİN: “3+3” formatında yeni görüş hazırlanır


Rusiya XİN: “3+3” formatında yeni görüş hazırlanır

Cənubi Qafqaz üzrə “3+3” formatında yeni görüş hazırlanır. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqların yekunlarına dair mətbuat konfransında deyib. "Mən üç Cənubi Qafqaz respublikasını və onların üç qonşusunu - Rusiya, İran, Türkiyəni nəzərdə tuturam. Bu, vaxtilə Azərbaycan prezidentinin təşəbbüsü idi və bunun əsasında ilk görüş olub. İndi də daha belə tədbir hazırlayırıq, konkret tarixləri və gündəliyi razılaşdıracağıq",- deyə XİN başçısı bildirib.
5-12-2022, 22:10
Lavrov sülh müqaviləsindən danışdı


Lavrov sülh müqaviləsindən danışdı

Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması haqda Rusiyanın təklifi hər kəsə məlumdur. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib. Lavrov deyib ki, sülh müqaviləsi Alma-Ata Bəyannaməsi əsasında imzalanacaq. "Tərəflər sülh müqaviləsinin Alma-Ata Bəyannaməsi əsasında imzalanması barədə razılığa gəliblər",- deyə Rusiya XİN başçısı vurğulayıb.
5-12-2022, 22:06
Ceyhun Bayramovdan Laçın dəhliziylə bağlı açıqlama


Ceyhun Bayramovdan Laçın dəhliziylə bağlı açıqlama

Laçın dəhlizindən qeyri-humanitar məqsədlər üçün istifadə qadağandır. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib. “Ermənistan Laçın dəhlizindən sui-istifadə ilə bağlı üçtərəfli bəyanatın şərtlərini pozmaqda davam edir. 2022-ci ilin avqust ayından etibarən Ermənistanda 2021-ci ildə istehsal olunan 2700-dən çox mina aşkar edilərək zərərsizləşdirilib. Bir həftədən bir qədər əvvəl minaların təmizləndiyi növbəti belə ərazi Rusiya sülhməramlı kontingentinin komandirinə, Rusiya-Türkiyə monitorinq mərkəzinin rəhbərlərinə, eləcə də səfirliklərin Azərbaycanda təmsil olunan bir sıra hərbi attaşelərinə təqdim edilib. Üçtərəfli bəyanatın pozulmasının davam etdirilməsi və faktiki olaraq Azərbaycana qarşı hərbi əməliyyatların davam etdirilməsi, Laçın dəhlizindən qeyri-humanitar məqsədlər üçün istifadə olunması qadağandır”, - nazir qeyd edib.
5-12-2022, 21:59
ABŞ-dan Polşaya hərbi dəstək


ABŞ-dan Polşaya hərbi dəstək

ABŞ Polşaya 700-ə yaxın döyüş maşını, o cümlədən Abrams tankları təhvil verib. Bu barədə "Wyborcza" qəzeti məlumat yayıb. "Qdinya limanında ABŞ ordusunun 1-ci piyada diviziyası üçün hərbi texnika boşaldılır. Maşınlar arasında "M1 Abrams" tankları da var. "İntegrity" gəmisinin göyərtəsində 700-ə yaxın müxtəlif tipli texnika, o cümlədən M1A2 Abrams tankları gəlib", - məlumatda deyilir. Bildirilib ki, bu qədər amerikan hərbi texnikasının Polşaya gəlişi "Atlantic Resolve" proqramının icrası çərçivəsində baş verir. O, 2014-cü ildə başlayıb və Amerikanın Avropadakı mövcudluğunu gücləndirməyə yönəlib. Əməliyyat çərçivəsində ABŞ ordusunun bəzi hissələri Avropaya NATO-nun şərq cinahında yerləşən ölkələrində yerləşdirilən ayrıca bölmələr göndərir.
5-12-2022, 21:54
Kürdlər Naxçıvanla sərhədə köçürülür


Kürdlər Naxçıvanla sərhədə köçürülür

İranın Kürdistan adlanan ərazisinə, Naxçıvanla sərhədə kürdlərin köçürülməsi prosesi intensiv şəkildə davam edir. Bunu Cənubi Azərbaycanın milli fəalı, “Günaz TV”nin rəhbəri Əhməd Obalı Sosial Tədqiqatlar Mərkəzində "İran yeni baxış bucağında" mövzusunda keçirilən ekspert müzakirəsində deyib. Onun sözlərinə görə, İran PKK yaranandan bəri bu terror təşkilatı ilə əlaqədə olub: "İranın daxilindəki dəyişiklikdən Türkiyə də nigarandır. Çünki İranda bir çox millətlərin nümayəndələri yaşayır. Bu gün Qərbi Azərbaycanda türk zolağı yaranmaqdadır". "Azərbaycanın qərb sərhədi Türkiyə, bir hissəsi İraq ilə sərhədədək uzanır. Türkiyə-Azərbaycan münasibətləri sürətlə inkişaf edir və bu sevindiricidir. Türk dünyası xəyalı artıq reallaşır. Türk dünyası Cənubi Azərbaycan olarsa, tamamlanacaq. Biz türkiyəli qardaşlarımızdan dəstək gözləyirik. Azərbaycandan ciddi motivasiya alırıq", - Əhməd Obalı qeyd edib.
5-12-2022, 21:27
Beyləqanda baş vermiş hadisənin yeni detalları


Beyləqanda baş vermiş hadisənin yeni detalları

Xəbər verdiyimiz kimi, dekabrın 2-də Beyləqan rayonunun Tatalılar kəndində bir ailənin 4 üzvü qətlə yetirilib. Həmin gün kənd sakini, 27 yaşlı Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılıb. Belə ki, F.Cəlilzadə mübahisə zəminində qonşuları - 1971-ci il təvəllüdlü Tərgül Quliyevanı, onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nadir Quliyevi və oğlanları - 1996-cı il təvəllüdlü Amin Quluzadəni və 2002-ci il təvəllüdlü Xəyal Quluzadəni güllələyərək amansız cinayətə əl atıb. Hadisə ilə bağlı danışan Tatalılar bələdiyyə sədri Nurəddin Həsənalıyevin sözlərinə görə, belə hadisənin nə zamansa baş verəcəyi gözlənilən idi. Onun sözlərinə görə, hazırda kənddə vəziyyət polis nəzarəti altındadır: “Təəssüf, ağır cinayət oldu. Sözün düzü, bu cür hadisənin baş verməsi əslində gözlənilən idi, çünki ailələr arasında illərdir ki, ədavət hökm sürürdü. Biz dəfələrlə kənd camaatı ilə birgə yığışıb bu söz-söhbətə son qoymağa çalışsaq da, nəticəsiz olurdu. Fuadın atasına Nadir Quliyevi yaba ilə yaraladığına görə, 10 ildən çox iş verilmişdi. 6 ildən sonra azadlığa çıxdı. Bundan sonra yenə də ailələrin söz-söhbəti bitmədi, ədavət apardılar, biz onları barışdıra bilmədik”. Bələdiyyə sədri kənd sakinlərinin Quliyevlər ailəsinin dəfnində iştirak etmədiyini bildirib: “Öldürülən şəxslər Cəlilzadə ailəsi ilə düşmənçiliyi davam etdirirdi, onları dava-dalaşa təhrik edirdilər. Bir toyuğun başını kəsməyə adamın ürəyi gəlmir, o ki, qaldı bir ailəni güllələməyə. Cəlilzadə ailəsi təhlükəsizlik baxımından kənddən uzaqlaşdırılıb. Baş verə biləcək insidentin qarşısını almaq üçün kəndə polis əməkdaşları cəlb olunur, onlar hər şeyi nəzarətdə saxlayırlar”. “Ailənin 2 oğlu Bakıda fəhlə işləyirdi. Bu hadisədən sonra kəndə qayıtdılar. Onların və dayılarının razılığı ilə Tərgül Quliyeva və oğlanları qonşu Eyvazalılar kəndində dəfn olundu, Nadir Quliyev isə öz kəndində torpağa tapşırılıb”, - Nurəddin Həsənalıyev söyləyib. Qeyd edək ki, bir ailənin 4 üzvünü qətlə yetirməkdə şübhəli bilinən Fuad Cəlilzadənin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

5-12-2022, 21:05
Prezident Putinin köməkçisini qəbul edib


Prezident Putinin köməkçisini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitini qəbul edib. İqor Levitin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş edib. Görüşdə Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin, o cümlədən iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə edilib, nəqliyyat-infrastruktur sahələrində həyata keçirilən birgə işlərin önəmi qeyd olunub. Söhbət zamanı ikitərəfli və regional müstəvidə nəqliyyat, tranzit, logistika, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi imkanlarının genişləndirilməsi və Zəngəzur dəhlizi ilə bağlı məsələlər müzakirə edilib.
5-12-2022, 20:56
Bu bölmə üzrə xərclər artırılır


Bu bölmə üzrə xərclər artırılır

Gələn ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik bölməsi üzrə xərclər artırılır. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılmış “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb. Qanun layihəsinin yeni redaksiyasına əsasən, 2023-cü il dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə ayrılan vəsait 11 milyon 117 min 500 manat artırılaraq, 5 milyard 331 milyon 211 min 93 manat təşkil edəcək. Qanun layihəsinin əvvəlki redaksiyasında 2023-cü il dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə ayrılan vəsait 5 milyard 320 milyon 93 min 593 manat təşkil edirdi. Qanun layihəsinin yeni redaksiyasına əsasən, artırılan vəsait bu bölmə üzrə milli təhlükəsizlik xərclərinə yönəldiləcək. Beləliklə, dövlət büdcəsindən milli təhlükəsizlik xərclərinə ayrılan vəsait 375 milyon 354 min 411 manat olacaq. Əvvəl bu, 364 milyon 236 min 911 manat təşkil edirdi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!