30-11-2022, 19:28
Bəsitçay Qoruğunun Əsasnaməsi təsdiqləndiBəsitçay Dövlət Təbiət Qoruğunun Əsasnaməsi və sanitariya-mühafizə zonası təsdiqlənib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Bəsitçay Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonası 317,26 hektarlıq sahədə təsdiq edilib. Sənədə əsasən, Bəsitçay Dövlət Təbiət Qoruğu səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini (Şərq çinarı, Qafqaz dağdağanı, Yunan qozu, Qızılxallı forel və s.) təbii vəziyyətdə qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin gedişini öyrənmək məqsədilə yaradılmış təbiəti mühafizə və elmi tədqiqat idarəsi statusuna malik ərazidir. Qoruq Azərbaycan SSR Nazirlər Sovetinin 1974-cü il 4 iyun tarixli 172 nömrəli Qərarı ilə Zəngilan rayonunun inzibati ərazisində yaradılıb və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 oktyabr tarixli 2971 nömrəli sərəncamı ilə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun inzibati ərazisində fəaliyyəti bərpa edilib. Qoruğun ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu əraziyə xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilir. Məqsədli istifadəsinə və hüquqi rejiminə görə Qoruğun torpaqları təbii qoruq təyinatlı torpaqlara daxildir. Qoruğun torpaqlarından, habelə onun hüdudlarında olan sudan, bitki və heyvanlar aləmindən təsərrüfat məqsədləri üçün istifadə edilməsi qadağandır. Qoruğa ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edəcək. Direktor Qoruğun fəaliyyətinə görə şəxsən məsuliyyət daşıyır.
30-11-2022, 19:26
Goranboyun Baş planı təsdiq edildiNazirlər Kabineti "Goranboy şəhərinin 2039-cu ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərar “Goranboy şəhərinin 2039-cu ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi haqqında “Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 29 iyun 2012-ci il tarixli qanunun tətbiqi barədə” ölkə prezidentinin 4 sentyabr 2012-ci il tarixli fərmanının 4.2-ci bəndinə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifi nəzərə alınaraq qəbul edilib.
30-11-2022, 19:25
NATO ölkələri Çindən asılılığı azaldacaq NATO ölkələri Çindən asılılığı azaltmaq barədə qərar qəbul edib. Bu barədə təşkilatın Baş katibi Yens Stoltenberq məlumat verib. Baş katib digər avtoritar rejimlərdən də asılılığın azaldılmasının zəruri olduğunu vurğulayıb. Stoltenberq deyib ki, NATO ölkələrinin xarici işlər nazirləri Çinin iddialı hərbi inkişafını, texnoloji sıçrayışını nəzərdən keçiriblər. Qeyd edək ki, Rumıniyanın paytaxtı Buxarest şəhərində NATO ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilib.
30-11-2022, 19:23
Estoniya Aİ-dən 156 milyon avro təzminat alacaqEstoniya Aİ-dən 156 milyon avro təzminat alacaq
Estoniya Ukraynaya göstərdiyi hərbi yardıma görə Avropa İttifaqından 156 milyon avro təzminat alacaq. Bu barədə Estoniya Müdafiə Nazirliyinin sözçüsü Tomas Mell bildirib. "Avropa İttifaqı Avropa Sülh Fondu çərçivəsində Ukraynaya hərbi dəstək üçün ümumilikdə 3,1 milyard avro dəyərində 6 yardım paketinin ayrılmasını təsdiqləyib. Bu məbləğdən 156 milyon avro Estoniyaya qaytarılacaq", - nazirlik rəsmisi vurğulayıb. Qeyd edək ki, bundan əvvəl Estoniyaya 135 milyon avro məbləğində kompensasiya ödənilməsi barədə qərar verilib. Tomas Mellin sözlərinə görə, Estoniya bu vəsaitdən öz hərbi potensialını bərpa etmək üçün istifadə edəcək.
30-11-2022, 19:22
Ukrayna səfirliyində partlayış - Yaralı varUkraynanın İspaniyanın paytaxtı Madrid şəhərindəki səfirliyində partlayış olub. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində 1 nəfər yaralanıb. İspaniya mətbuatının yaydığı məlumata görə, xəsarət alan şəxs səfirliyin əməkdaşıdır. Ehtimal olunur ki, diplomatik nümayəndəliyə içərisində kiçik partlayıcı qurğu olan qutu göndərilib. Səfirliyin əməkdaşı qutunu açan zaman partlayış baş verib. Yaralı xəstəxanaya yerləşdirilib. Əraziyə polis əməkdaşları cəlb olunub. Hazırda faktla əlaqədar araşdırma aparılır.
30-11-2022, 19:20
Həbsdə olan qazilə bağlı Ukrayna Ombudsmanına müraciət edildiAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets arasında videokonfrans formatında görüş keçirilib. Ombudsman Aparatından verilən xəbərə görə, görüş zamanı insan hüquqlarının müdafiəsi sahəsində qurumlar arasında qarşılıqlı əlaqələrin inkişafı istiqamətləri müzakirə edilib. Tərəflər həmçinin iki ölkə vətəndaşlarının hüquqlarının səmərəli müdafiəsi sahəsində əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar. Ukraynadakı mövcud müharibə səbəbindən bu ölkənin Azərbaycana gələn vətəndaşlarının hüquqlarının müdafiəsi barədə danışarkən Ombudsman qaçqın və məcburi köçkünlərin, miqrantların hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən fəaliyyət, o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin informasiya əldə etmək hüququ ilə bağlı hazırlanmış bukletlər haqqında həmkarına məlumat verib və həmin bukletlərin eyni zamanda Ukrayna dilinə də tərcümə edildiyini qeyd edib. Beynəlxalq hüquq çərçivəsində ölkələrin ərazi bütövlüyünə hörmətin əsas meyar olduğunu vurğulayan S.Əliyeva regionda davamlı sülh, əmin-amanlıq və inkişafın təmin olunması ilə bağlı ombudsman və milli insan hüquqları təsisatlarının əməkdaşlığının vacibliyini qeyd edib. Bu baxımdan qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi ilə bağlı uzun illərin təcrübəsinə malik olan Azərbaycan Ombudsman təsisatının bu istiqamətdə təcrübələrini bölüşməyə hazır olduğu bildirilib. Görüşdə S.Əliyeva Ukraynada saxlanılan və hazırda barələrində məhkəmə prosesi davam edən Azərbaycan Respublikası vətəndaşları Misir Qasımlı və Sübhan Quliyevin vəziyyətlərindən narahatlığını bildirərək, onların hüquqlarının təmin olunması ilə bağlı məsələni bir daha həmkarının diqqətinə çatdırıb. Azərbaycan Ombudsmanının bununla əlaqədar əvvəlki müraciətləri nəzərə alınaraq qeyd olunan şəxslərin hüquqlarının təmini vəziyyətinin nəzarətdə saxlanıldığı bildirilib. Yekunda iki qurum arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi istiqamətində səylərin artırılacağına dair razılıq əldə edilib. Qeyd edək ki, II Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlı 1 ildir ki, Ukraynada həbsdə saxlanılır.
30-11-2022, 19:18
Prezident bu qanunu təsdiqlədiPrezident İlham Əliyev qadın əməyinin qadağan olunduğu peşələrin sayının azaldılmasına dair Əmək Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. Dəyişikliklə qadağan edilən peşə (vəzifə) və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq ediləcək. Nəticədə, respublikada əmək münasibətlərinin və məşğulluq imkanlarının gender bərabərliyi prinsipləri əsasında qurulmasında, kişi və qadınlara bərabər rəftar və bərabər məşğulluq imkanlarının yaradılmasında əsaslı dönüş yaranacaq, ölkə üzrə qadınların orta əmək haqlarının kişilərin orta əmək haqqına yaxınlaşması təmin ediləcək. Bununla da əməyi qadağan olunan 674 peşə (vəzifə) və iş yeri azaldılaraq 204 müəyyən olunacaq.
30-11-2022, 19:17
İran millisinin baş məşqçisi istefa verdiFutbol üzrə İran millisinin baş məşqçisi Karluş Keyroş istefa verib. Portuqaliyalı mütəxəssis istefa qərarını "Instagram" səhifəsində açıqlayıb. Qeyd edək ki, ötən gün ABŞ yığmasına 1:0 hesabı ilə məğlub olan İran millisi dünya çempionatında mübarizəni dayandırıb.
30-11-2022, 19:15
Şəhid övladının hesabına 5 min manat köçürüləcək12-13 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olan qəhrəmanımız Şair Heydərovun Qusar rayonunda doğulan övladı Yeganənin zəruri xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb. Fonddan verilən məlumata görə, bu məqsədlə 1000 AZN vəsait ananın hesabına köçürülüb. Dünyaya yeni göz açan körpə - Yeganənin adına isə depozit hesabı açılacaq və 5000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Şəhidimizin övladı həmin vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.
30-11-2022, 19:13
Bu dəfə Şuşa və Ağdam atəşə tutulduNoyabrın 30-u saat 14:40-dan saat 15:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Şuşa və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.