26 siyasi partiya Nazirliyə hesabat verdi .....                        MİQ imtahanı niyə pullu oldu? - NAZİRLİKDƏN CAVAB .....                        Türkiyə-Ermənistan sərhədində işlər başa çatır - Açılış olacaq .....                        Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası dəyişdi .....                        Buna görə kişilərə 14 gün ödənişli məzuniyyət veriləcək .....                        Suriyadan 5 Azərbaycan vətəndaşı vətənə gətirildi .....                        Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq .....                        Gecə və növbəli işdə çalışanlar nəzərə alınacaq .....                        Əməkhaqqında tutulmalarla bağlı yeni normalar təsdiqləndi .....                       
Tarix : 30-11-2022, 19:28
Bəsitçay Qoruğunun Əsasnaməsi təsdiqləndi


Bəsitçay Qoruğunun Əsasnaməsi təsdiqləndi

Bəsitçay Dövlət Təbiət Qoruğunun Əsasnaməsi və sanitariya-mühafizə zonası təsdiqlənib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Bəsitçay Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonası 317,26 hektarlıq sahədə təsdiq edilib. Sənədə əsasən, Bəsitçay Dövlət Təbiət Qoruğu səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini (Şərq çinarı, Qafqaz dağdağanı, Yunan qozu, Qızılxallı forel və s.) təbii vəziyyətdə qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin gedişini öyrənmək məqsədilə yaradılmış təbiəti mühafizə və elmi tədqiqat idarəsi statusuna malik ərazidir. Qoruq Azərbaycan SSR Nazirlər Sovetinin 1974-cü il 4 iyun tarixli 172 nömrəli Qərarı ilə Zəngilan rayonunun inzibati ərazisində yaradılıb və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 oktyabr tarixli 2971 nömrəli sərəncamı ilə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun inzibati ərazisində fəaliyyəti bərpa edilib. Qoruğun ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu əraziyə xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilir. Məqsədli istifadəsinə və hüquqi rejiminə görə Qoruğun torpaqları təbii qoruq təyinatlı torpaqlara daxildir. Qoruğun torpaqlarından, habelə onun hüdudlarında olan sudan, bitki və heyvanlar aləmindən təsərrüfat məqsədləri üçün istifadə edilməsi qadağandır. Qoruğa ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edəcək. Direktor Qoruğun fəaliyyətinə görə şəxsən məsuliyyət daşıyır.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!