29-11-2022, 15:44
Bu il 470 min ev internetlə təmin olunub2024-cü ilin sonunadək Azərbaycanın bütün ərazisi fiber-optik rabitə ilə təmin olunacaq. Bunu bu gün jurnalistlərə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Onun sözlərinə görə, ölkənin bütün şəhər və kəndləri, o cümlədən ən ucqar kəndlər genişzolaqlı internetlə təmin olunacaq. "2022-ci il ərzində Azərbaycanda 470 min ev təsərrüfatı internetlə təmin olunub", - nazir əlavə edib.
29-11-2022, 15:42
Bir gün dərsə gəlməmək 10 manatdır - Direktorun səs yazısıAzərbaycanda daha bir məktəb direktorunun səs yazısı yayılıb. Sosial şəbəkələrdə yayılan iddialara görə, Ağsunun Xəlilli kənd orta məktəbinin diektoru Oqtay Şıxıyev məktəbin İsmayıl adlı məllimindən bir gün dərsə gəlmədiyi üçün 10 manat tələb edib. Məsələ ilə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdri Anar Osmanov Lent.az-a açıqlamasında bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır:"Ötən gün yoldaşı həmin məktəbin müəllimi olan bir xanım tərəfindən bu video bizə göndərildi. Biz hazırda bununla bağlı araşdırmaya başlamışıq. Nəticə barədə məlumat veriləcək".
29-11-2022, 15:40
Əlilliyə görə pensiya yeni qayda ilə ödəniləcəkƏlilliyə görə pensiyanın ödənilməsi ilə bağlı yeni layihə hazırlanaraq aidiyyəti qurumlara təqdim olunub. Bunu Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov "Sosial saat" verilişində deyib. Qurum rəsmisi qeyd edib ki, layihəyə əsasən həmin şəxslərə təyin olunan pensiyanın məbləğinin əmək qabiliyyətinin itirilmə faizinə uyğun ödənilməsi mexanizmi müəyyən ediləcək. "Əlilliyin müəyyən edilməsi meyarlarında da dəyişiklik edilib. Artıq əlillik dərəcələrlə deyil əmək qabiliyətinin itirilmə faizi ilə müəyyən ediləcək", - deyə o əlavə edib.
29-11-2022, 15:38
Tokayevlə Makronun görüşü keçirilibQazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Fransa prezidenti Emmanuel Makron arasında görüş keçirilib. Görüş Tokayevin Fransa paytaxtı Parisə rəsmi səfəri çərçivəsində baş tutub. Rəsmi qarşılama mərasimindən sonra liderlərin ikitərəfli görüşü başlayıb. Yelisey sarayında keçirilən görüşdə iqtisadi-ticari, investisiya və humanitar sahələrdə strateji tərəfdaşlığın inkişaf perspektivlərinin müzakirə edildiyi bildirilib.
29-11-2022, 15:37
Qeyri-sabit hava şəraiti sabah da davam edəcəkNoyabrın 30-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 9°-dək isti, Bakıda gecə 6-8° isti, gündüz 9°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaq.
29-11-2022, 15:35
Putin Qazaxıstan və Özbəkistanla birgə ittifaq yaradırÖtən gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiya paytaxtı Moskvaya səfəri zamanı həmkarı Vladimir Putinlə müzakirə etdiyi məsələlərdən biri məlum olub. Putin Tokayevə Rusiya, Qazaxıstan və Özbəkistandan ibarət üçtərəfli ittifaq yaradılmasını təklif edib. Qazaxıstan tərəfi bu gün ittifaqın qazla bağlı olduğunu açıqlayıb. Bildirilib ki, bu barədə müzakirələr davam etdirilir. Məlumata görə, rəsmi Daşkəndin təklifə necə münasibət bəslədiyi Rusiyanın baş naziri Mixail Mişustinin Özbəkistana dekabrın əvvəlində planlaşdırılan səfəri zamanı müzakirə ediləcək.
29-11-2022, 15:33
Hərbi qulluqçularla bağlı qanuna dəyişiklik edildiMilli Məclisdə “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanuna təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb və üçüncü oxunuşda qəbul olunub. Bu qanun layihəsinə görə, hərbi qulluqçuların ziyana görə maddi məsuliyyətləri artırılır. Layihəyə əsasən, hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə, əmrlərlə və digər aktlarla nəzərdə tutulmuş xidməti vəzifələrini laqeyd yerinə yetirmələri nəticəsində vurduqları ziyana görə vurulmuş ziyanın miqdarında, lakin bu Əsasnamədə və Azərbaycan Respublikasının qanunvericiliyində maddi məsuliyyətin başqa hüdudlarını nəzərdə tutan hallardan başqa digər hallarda-müddətli hərbi xidmətdə olan hərbi qulluqçular və kursantlar pul təminatının üç aylıq, toplanışlara çağırılmış hərbi vəzifəlilər kündəlik xərcin aylıq, qalan hərbi qulluqçular isə pul təminatının iki aylıq məbləğindən artıq olmayaraq maddi məsuliyyət daşıyacaqlar. Bu Əsasnaməyə uyğun olaraq dövlətə maddi ziyan vurmuş hərbi qulluqçunun xidmət keçdiyi orqan (hərbi hissə) dəyişdiyi halda onun barəsində tərtib olunmuş müvafiq sənədlər maddi məsuliyyət məsələsinin həll edilməsi üçün yeni xidmət yerinə (hərbi hissəyə) göndəriləcək. İndiyə kimi hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər əsgəri nizamnamələrlə, əmrlərlə və digər aktlarla nəzərdə tutulmuş xidməti vəzifələrini laqeyd yerinə yetirmələri nəticəsində vurduqları ziyana görə vurulmuş ziyanın miqdarında, lakin bu Əsasnamədə və Azərbaycan Respublikasının qanunvericiliyində maddi məsuliyyətin başqa hüdudlarını nəzərdə tutan hallardan başqa digər hallarda-müddətli hərbi xidmətdə olan hərbi qulluqçular və kursantlar pul təminatının iki aylıq, toplanışlara çağırılmış hərbi vəzifəlilər kündəlik xərcin aylıq, qalan hərbi qulluqçular isə pul təminatının aylıq məbləğindən artıq olmayaraq maddi məsuliyyət daşıyırdılar. Layihəyə əsasən, bu maddədə nəzərdə tutulmuş hallarda hərbi inşaat dəstələrinin (hissələrinin) hərbi inşaatçıları orta aylıq maaşlarından artıq olmayaraq vurduqları zərər miqdarında maddi məsuliyyət daşımaqları ilə bağlı bənd də ləğv edilir. Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
29-11-2022, 15:31
Komitə sədri azərbaycanlı milyonçulara çağırış etdi“Sentyabrın 1-də Xankəndiyə gələn Ruben Vardanyanın bir vaxtlar Qarabağdan İrəvana yüksək vəzifələrə gedən sabiq nazirlərdən özünə kabinet formalaşdırması göstərir ki, bölgəyə qaranlıq gündəliklə gələn bu adam sərvətini yeni separatizm hərəkatına qoyur”. Bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. "Onun dünya ermənilərinə nümunəyə çevrilməsi təhlükəlidir. Bizi xaricdə yaşayan milli iş adamlarımızın azad olunan torpaqlara humanitar yardım deyil, öz biznes maraqlarına uyğun sərmaye qoymaması da narahat etməlidir. Azərbaycanlı milyonçular xarici vətəndaşlıqlarını Qarabağ üçün qurban verərdilərmi? Vardanyanla müqayisə və yarış naminə deyil, azad ərazilərə investisiya qoyub qazanmaqdan ötrü onlar qayıdışa hazırdılarmı? Hökm deyil ki, nazir vəzifəsinə gəlsinlər, bəlkə, dövlət onlara yerli hakimiyyətdə vəzifə də tapşırar. Bəllidir ki, Qarabağ və azərbaycanlı genetikalı yüzlərlə milyonçu var, lakin bölgə mənsubiyyətinə görə deyil, Vətən müharibəsində olduğu kimi “Böyük qayıdış”da da bir millət kimi hərəkət etmək daha önəmlidir”, - deyə komitə sədri çağrış edib.
29-11-2022, 15:27
“Nazirliklərə müraciət etməyin faydası yoxdur” – Fazil Mustafa“Mən artıq millət vəkili olaraq bir çox nazirliklərə heç müraciət belə etmirəm”. Bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa bildirib. "Çünki edilən bu müraciətlərin heç bir faydası yoxdur. Artıq biz deputatlar ölkənin maraqlarını təmsil edən məsələlərdə heç nəyi həll etmək səlahiyyətində deyilik. Qurumlar tərəfindən ölkə prezidentinə dəstək verilməlidir. Bu gün hətta qurumların nöqsanları aşkara çıxarmalıdır".
29-11-2022, 15:17
"Koroğlu"da vətəndaşı soydularMetropolitendə Polis Şöbəsinə metronun “Koroğlu” stansiyasında bir qadının çantasından içərisində 200 manat pulu, bank kartı və açarları olan cüzdanının oğurlanması barədə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəcəb Mehdiyev müəyyən olunaraq saxlanılıb. Rəsmi məlumata görə, faktla bağlı araşdırma aparılır.