Sentyabrda aylıq temperatur iqlim normasından aşağı olub .....                        Azərbaycan, Gürcüstan və Qazaxıstan vahid tarif elan edir - Nəticə nə olacaq? .....                        Azərbaycanda manatla verilmiş kreditlər bahalaşdı .....                        İranlı narkotacirlərlə əlbir olan şəxsdən 20 kq narkotik aşkarlandı - VİDEO .....                        İstanbulda 5 bal gücündə zəlzələ .....                        Spiker Milton Diklə görüşüb - FOTO .....                        Bakı metrosu sentyabrda 19 milyon sərnişin daşıyıb .....                        Ərdoğan uzun illər sonra Davudoğlu və Babacanla bir arada - FOTO .....                        44 günlük müharibənin hesabatı qapalı müzakirəyə çıxarılır .....                       
Tarix : 29-11-2022, 15:33
Hərbi qulluqçularla bağlı qanuna dəyişiklik edildi


Hərbi qulluqçularla bağlı qanuna dəyişiklik edildi

Milli Məclisdə “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanuna təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb və üçüncü oxunuşda qəbul olunub. Bu qanun layihəsinə görə, hərbi qulluqçuların ziyana görə maddi məsuliyyətləri artırılır. Layihəyə əsasən, hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə, əmrlərlə və digər aktlarla nəzərdə tutulmuş xidməti vəzifələrini laqeyd yerinə yetirmələri nəticəsində vurduqları ziyana görə vurulmuş ziyanın miqdarında, lakin bu Əsasnamədə və Azərbaycan Respublikasının qanunvericiliyində maddi məsuliyyətin başqa hüdudlarını nəzərdə tutan hallardan başqa digər hallarda-müddətli hərbi xidmətdə olan hərbi qulluqçular və kursantlar pul təminatının üç aylıq, toplanışlara çağırılmış hərbi vəzifəlilər kündəlik xərcin aylıq, qalan hərbi qulluqçular isə pul təminatının iki aylıq məbləğindən artıq olmayaraq maddi məsuliyyət daşıyacaqlar. Bu Əsasnaməyə uyğun olaraq dövlətə maddi ziyan vurmuş hərbi qulluqçunun xidmət keçdiyi orqan (hərbi hissə) dəyişdiyi halda onun barəsində tərtib olunmuş müvafiq sənədlər maddi məsuliyyət məsələsinin həll edilməsi üçün yeni xidmət yerinə (hərbi hissəyə) göndəriləcək. İndiyə kimi hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər əsgəri nizamnamələrlə, əmrlərlə və digər aktlarla nəzərdə tutulmuş xidməti vəzifələrini laqeyd yerinə yetirmələri nəticəsində vurduqları ziyana görə vurulmuş ziyanın miqdarında, lakin bu Əsasnamədə və Azərbaycan Respublikasının qanunvericiliyində maddi məsuliyyətin başqa hüdudlarını nəzərdə tutan hallardan başqa digər hallarda-müddətli hərbi xidmətdə olan hərbi qulluqçular və kursantlar pul təminatının iki aylıq, toplanışlara çağırılmış hərbi vəzifəlilər kündəlik xərcin aylıq, qalan hərbi qulluqçular isə pul təminatının aylıq məbləğindən artıq olmayaraq maddi məsuliyyət daşıyırdılar. Layihəyə əsasən, bu maddədə nəzərdə tutulmuş hallarda hərbi inşaat dəstələrinin (hissələrinin) hərbi inşaatçıları orta aylıq maaşlarından artıq olmayaraq vurduqları zərər miqdarında maddi məsuliyyət daşımaqları ilə bağlı bənd də ləğv edilir. Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


Paylaş



Bölmə: Hərbi / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!