Maksim Medvedev baş məşqçi oldu .....                        Ermənistan Hindistandan qırıcı almaq istəyir .....                        Zaxarovadan azərbaycanlıların öldürülməsinə reaksiya .....                        Paşinyan söyüşləri dayandırır .....                        Kanalizasiyaya düşən Cümşüdün meyiti tapıldı .....                        Polşa prezidentindən Ukraynaya gözlənilməz səfər .....                        Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı .....                        Pakistanda partlayış - 13 nəfər həlak oldu .....                        Narkotikdən istifadə edən sürücü saxlanıldı .....                       
27-11-2022, 20:08
DİN-dən sürücülərə xəbərdarlıq

DİN-dən sürücülərə xəbərdarlıq

Daxili İşlər Nazirliyi (DİN) sabah ölkə ərazisində görmə məsafəsini məhdudlaşdıracağı gözlənilən dumanlı hava xəbərdarlığı ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. DİN-dən verilən məlumata görə, müraciətdə deyilir: "Noyabrın 28-də əsasən gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq ölkə ərazisində magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var. Sürücülərdən sürət həddini hava şəraitinə uyğun nizamlamaları, avtomobillərinin xarici işıq cihazlarının sazlığına əmin olmaları, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmələri tələb olunur. Piyadalardan da məsuliyyətli olmaları, sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalıdırlar".
27-11-2022, 20:06
Makrondan Türkiyəyə mesaj: "Davam etməlidir..."

Makrondan Türkiyəyə mesaj: "Davam etməlidir..."

Fransa prezidenti Emmanuel Makron Türkiyənin Qara Dəniz Taxıl Təşəbbüsü razılaşmasında rolundan danışıb. Fransa prezidenti bildirib ki, Türkiyənin vasitəçiliyi ilə müzakirə edilən Qara Dəniz Taxıl Anlaşmasının 120 gün uzadılması da çox ehtiyacı olan ölkələrə kömək etmək üçündür: "Bu təşəbbüs davam etdirilməlidir". “Twitter”də paylaşdığı videoda sovet rejiminin 1932-1933-cü illərdə Ukraynada milyonlarla insanı aclıqdan ölməyə məcbur etdiyi Qolodomor faciəsinə toxunan E.Makron deyib ki, fevralın 24-dən bəri davam edən Ukrayna-Rusiya müharibəsi dünyanı qida böhranı təhlükəsi ilə qarşı-qarşıya qoyub: "Ölkələr istəmədikləri müharibə üçün bədəl ödəməməlidir. Avropa İttifaqı həmrəylik dəhlizləri ilə indiyədək Ukraynadan 15 milyon ton taxıl alınıb. Birləşmiş Millətlər Təşkilatının himayəsi altında müzakirə edilən Qara Dəniz Taxıl Təşəbbüsünün Türkiyənin vasitəçiliyi sayəsində 120 günlük uzadılması da ən çox ehtiyacı olan ölkələrə kömək etmək məqsədi daşıyır. Fikrimcə, bu təşəbbüs davam etdirilməlidir. Ukraynanın Somaliyə bağışladığı 25 min ton taxılın daşınması üçün Fransa 14 milyon dollar verib. BMT-nin Ümumdünya Ərzaq Proqramı tərəfindən Ukrayna taxılının Yəmən və Sudana sövqiyyatı və paylanması üçün Fransa 6 milyon avroluq əlavə yardım da edib”.
27-11-2022, 20:03
Ərdoğandan taxıl açıqlaması: Bu ölkələrə göndəriləcək

Ərdoğandan taxıl açıqlaması: Bu ölkələrə göndəriləcək

“Enerji böhranı səbəbindən Avropa ölkələri qışı necə keçirəcəklərini düşündükləri bir vaxtda şükürlər olsun ki, biz içimiz rahat şəkildə qışı qarşılayırıq”. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının Konya rayon təşkilatının geniştərkibli toplantısında deyib. Türkiyənin strateji inkişaf planlarının daha sürətlə davam edəcəyini diqqətə çatdıran qardaş ölkənin dövlət başçısı əminliklə bildirib ki, “1915 Çanaqqala” körpüsü gerçəyə çevrildiyi kimi, İstanbul kanalı layihəsi də həyata vəsiqə qazanacaq. Türkiyənin vasitəçiliyi ilə Qara dənizdə gerçəkləşən “taxıl dəhlizi”nin fəaliyyətindən bəhs edən prezident Ərdoğan deyib ki, indi də buğdanı alıb, üyüdüb kasıb ölkələrə göndərəcəklər: "Hasil etdiyimiz unu kasıb ölkələrə göndərmək üçün hazırlıq mərhələsindəyik". Ərdoğanın sözlərinə görə, 2023-cü ilin sonuna kimi Türkiyənin milli pilotsuz döyüş təyyarəsi olan “Kızılelma”nın kütləvi istehsalına başlanacaq.
27-11-2022, 20:02
DİN-dən sosial şəbəkədəki video ilə bağlı açıqlama

DİN-dən sosial şəbəkədəki video ilə bağlı açıqlama

İsmayıllı meşəsində at və eşşəklərin kütləvi şəkildə kəsilməsi ilə bağlı video yayılıb. Videonu çəkən şəxs kəsilən heyvanların ətinin İsmayıllı rayonu ərazisində əhaliyə satılmasını iddia edib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsinin və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının qanunsuz ət kəsiminə qarşı birgə keçirdikləri tədbirlər nəticəsində son aylarda rayon ərazisində 3 fakt aşkarlanıb. Həmin əməli törədən şəxslər məsuliyyətə cəlb olunub, hazırda polis şöbəsinin təhqiqat və istintaq bölməsində müvafiq araşdırmalar davam etdirilir. Rayonda yararsız ətlərin satılması ilə bağlı iddialara və yayılan videoya gəlincə isə bununla bağlı keçirilən monitorinq zamanı qeyd olunan faktlar öz təsdiqini tapmayıb. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırmalar davam etdirilir.
27-11-2022, 18:28

27-11-2022, 15:46

27-11-2022, 14:26

27-11-2022, 14:23
Atası ilə eyni gündə dəfn olunan şəhidin oğlu dünyaya gəldi

Atası ilə eyni gündə dəfn olunan şəhidin oğlu dünyaya gəldi

Sentyabrın 12-dən 13-ə keçən gecə düşmən təxribatı nəticəsində şəhid olan Vadim Qocayevin övladı dünyaya gəlib. Şəhid balasına Zeyd adı verilib. Qeyd edək ki, 1997-ci il təvəllüdlü şəhidimiz Qobustanın Sündü kəndindən idi. Onun bir qardaşı DSX-də xidmət edir, digəri isə əsgərdir. Xatırladaq ki, hərbi qulluqçunun atası Alik Qocayev oğlunun nəşini gətirmək üçün Gəncəyə yollanan zaman infarkt keçirib, hospitala çatdırılsa da, dünyasını dəyişib.

27-11-2022, 14:20
Zəlzələ qurbanlarının sayı 318 nəfərə çatıb

Zəlzələ qurbanlarının sayı 318 nəfərə çatıb

İndoneziyada güclü zəlzələ nəticəsində həlak olanların sayı 318 nəfərə çatıb. Hazırda 14 nəfərin itkin düşdüyü bildirilir. Məlumata görə, təbii fəlakət nəticəsində 7729 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 73 mindən çox insan hələ də evlərinə qayıda bilməyib. Xatırladaq ki, Yava adasında zəlzələ noyabrın 21-də baş verib. Yeraltı təkanların episentri paytaxt Cakartadan cəmi 74 kilometr cənub-şərqdə, ocağı 5 kilometr dərinlikdə yerləşib.
27-11-2022, 14:18
Ermənilər 4 rayonu atəşə tutdular

Ermənilər 4 rayonu atəşə tutdular

Noyabrın 26-sı saat 22:35-dən noyabrın 27-si saat 08:37-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd, Füzuli, Tərtər və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!