Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                       
Tarix : 27-11-2022, 20:06
Makrondan Türkiyəyə mesaj: "Davam etməlidir..."


Makrondan Türkiyəyə mesaj: "Davam etməlidir..."

Fransa prezidenti Emmanuel Makron Türkiyənin Qara Dəniz Taxıl Təşəbbüsü razılaşmasında rolundan danışıb. Fransa prezidenti bildirib ki, Türkiyənin vasitəçiliyi ilə müzakirə edilən Qara Dəniz Taxıl Anlaşmasının 120 gün uzadılması da çox ehtiyacı olan ölkələrə kömək etmək üçündür: "Bu təşəbbüs davam etdirilməlidir". “Twitter”də paylaşdığı videoda sovet rejiminin 1932-1933-cü illərdə Ukraynada milyonlarla insanı aclıqdan ölməyə məcbur etdiyi Qolodomor faciəsinə toxunan E.Makron deyib ki, fevralın 24-dən bəri davam edən Ukrayna-Rusiya müharibəsi dünyanı qida böhranı təhlükəsi ilə qarşı-qarşıya qoyub: "Ölkələr istəmədikləri müharibə üçün bədəl ödəməməlidir. Avropa İttifaqı həmrəylik dəhlizləri ilə indiyədək Ukraynadan 15 milyon ton taxıl alınıb. Birləşmiş Millətlər Təşkilatının himayəsi altında müzakirə edilən Qara Dəniz Taxıl Təşəbbüsünün Türkiyənin vasitəçiliyi sayəsində 120 günlük uzadılması da ən çox ehtiyacı olan ölkələrə kömək etmək məqsədi daşıyır. Fikrimcə, bu təşəbbüs davam etdirilməlidir. Ukraynanın Somaliyə bağışladığı 25 min ton taxılın daşınması üçün Fransa 14 milyon dollar verib. BMT-nin Ümumdünya Ərzaq Proqramı tərəfindən Ukrayna taxılının Yəmən və Sudana sövqiyyatı və paylanması üçün Fransa 6 milyon avroluq əlavə yardım da edib”.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!