Maksim Medvedev baş məşqçi oldu .....                        Ermənistan Hindistandan qırıcı almaq istəyir .....                        Zaxarovadan azərbaycanlıların öldürülməsinə reaksiya .....                        Paşinyan söyüşləri dayandırır .....                        Kanalizasiyaya düşən Cümşüdün meyiti tapıldı .....                        Polşa prezidentindən Ukraynaya gözlənilməz səfər .....                        Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı .....                        Pakistanda partlayış - 13 nəfər həlak oldu .....                        Narkotikdən istifadə edən sürücü saxlanıldı .....                       
22-11-2022, 13:34
Kukla Teatrında yoxlamalar başladı


Kukla Teatrında yoxlamalar başladı

Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Kukla Teatrında yoxlamalar aparır. Nazirliyin araşdırmaları noyabrın 18-dən başlayıb. Yoxlamanın keçirilməsinə rejissor Səidə Haqverdiyevanın mətbuatda səsləndirdiyi iddiaların səbəb olduğu bildirilir. Qeyd edək ki, S.Haqverdiyevanın sözlərinə görə, mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında biletlərin qiymətinin artırılmasını təklif edib. Keçmiş məmur təklifini Kukla Teatrının ötən ilin dekabr ayında keçirilən 90 illik yubleyində səsləndirib. Rejissor bildirib ki, teatrın direktoru Rəşad Əhmədzadə təklifə etiraz edib. Bu isə Elnur Əliyevin xoşuna gəlməyib. Həmin görüşdən sonra teatrın illik plan proqnozu 50 faiz artırılıb.
22-11-2022, 13:32
Qarabağa icazəsiz getmək istədilər - Tutuldular


Qarabağa icazəsiz getmək istədilər - Tutuldular

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisinə müəyyən edilmiş marşurutdan kənar, qanunsuz yollarla daxil olan şəxslər saxlanılıblar. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlərlə Füzuli rayon sakini Xanlar Hüseynov və Beyləqan rayon sakini Arzuman Qabilov Böyük Tağlar kəndində atla hərəkət edərkən saxlanılıblar. Yoxlama zamanı həmin şəxslərin müvafiq icazələrinin olmadığı və nəzarət-buraxılış məntəqələrindən kənar yollarla rayon ərazisinə daxil olduqları müəyyən edilib. Faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.
22-11-2022, 13:30
İran Ukraynanı birgə ekspert qrupu yaratmağa çağırdı


İran Ukraynanı birgə ekspert qrupu yaratmağa çağırdı

İranın BMT-dəki nümayəndə heyəti bəyan edib ki, İslam Respublikası pilotsuz təyyarə (PUA) problemi ilə bağlı yaranmış anlaşılmazlıqları Ukrayna ilə qarşılıqlı əlaqəni davam etdirməklə aradan qaldırıla biləcəyinə inanır. İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəliyi “Vaşinqton Post”a etiraz notası göndərərək, qəzetin Rusiyada pilotsuz təyyarə istehsal xəttinin işə salınması ilə bağlı yeni iddialarını təkzib edib. Qeyd edilib ki, İran Rusiyada belə bir istehsala başlamaq üçün heç bir addım atmayıb. Tehran rəsmiləri Ukraynadakı müharibədə İran pilotsuz təyyarələrini istifadə etdiyinə dair iddiaların araşdırılması üçün Ukrayna səlahiyyətliləri ilə birgə ekspert qrupu yaratılmasını istəyib. İranın nümayəndə heyəti həmçinin qeyd edib: “Qarşılıqlı razılaşmalar əsasında İran İslam Respublikası və Rusiya illərdir ki, Ukraynada müharibə başlamazdan əvvələ gedib çıxan müdafiə, elmi və tədqiqat sahələrində ortaq əməkdaşlıq ediblər. Bundan əlavə, 2020-ci ilin oktyabrında BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsində İranın silah məhdudiyyətlərinin beş illik müddəti başa çatıb və İran öz ehtiyac və prioritetlərinə uyğun olaraq digər ölkələrlə müdafiə sahəsində əməkdaşlıq edə bilər”. İran nümayəndələri bildiriblər ki, İslam Respublikası Ukrayna böhranının başlanğıcından bəri aydın mövqe tutub və ölkələrin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə hörmət edir.
22-11-2022, 13:28
Sərhədçilərin düşdüyü qəzanın təfərrüatı - Yaralıların adları


Sərhədçilərin düşdüyü qəzanın təfərrüatı - Yaralıların adları

Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının düşdüyü qəzanın təfərrüatı və yaralanan hərbçilərin adları məlum olub. DSX-yə məxsus “UAZ”ın çırpıldığı yük maşını işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri ilə məşğul olan “Kalyon RSY” şirkətinə məxsus olub. Belə ki, N saylı hərbi hissənin giziri, 1995-ci il təvəllüdlü Pərviz Qaraşovun idarə etdiyi xidməti avtomobil Cəbrayılın Şükürbəyli kəndində hərəkətdə olarkən şirkətə məxsus olan və Ucar sakini, 1963-cü il təvəllüdlü Etibar Muradovun sürdüyü “Howo” markalı yük maşını qəfil onun qarşısına çıxıb. Nəticədə sərhədçilərin olduğu avtomobildə olan hərbçilər:
- gizir, 1995-ci il təvəllüdlü Pərviz Qaraşov;
- baş çavuş, 1998-ci il təvəllüdlü Elmir Abbasov;
- baş çavuş, 1988-ci il təvəllüdlü Elşən Kərimov;
- baş çavuş, 1985-ci il təvəllüdlü Bəhruz Nəzərov; - gizir, 1992-ci il təvəllüdlü Faiz Mürşüdov;
- kiçik gizir, 2001-ci il təvəllüdlü Asif Dünyamalıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibbi müdaxiləyə baxmayaraq, baş çavuş Abbasov Elmir Sakit oğlunun həyatını xilas etmək mümkün olmayıb. Baş vermiş hadisə ilə bağlı Cəbrayıl Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan isə bildirib ki, Cəbrayıl rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
22-11-2022, 13:25
Ordumuzun mövqeləri atəşə tutuldu


Ordumuzun mövqeləri atəşə tutuldu

Noyabrın 21-i saat 22:10-dan saat 23:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Astaf və Tovuz rayonunun Koxanəbi yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd və Füzuli rayonları istiqamətlərində yerləşən mövqeləri də noyabrın 21-i saat 16:50-dən noyabrın 22-si saat 01:05-dək fasilələrlə atəşə tutulub. Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
22-11-2022, 13:23
Serbiyanı su basdı - Fövqəladə vəziyyət elan edildi


Serbiyanı su basdı - Fövqəladə vəziyyət elan edildi

Serbiyanın cənubundakı Raska bölgəsində güclü leysan yağışları səbəbindən fövqəladə vəziyyət elan edilib. Butov.az xəbər verir ki, İbar çayında suyun səviyyəsinin 66 santimetr qalxdığı və artmaqda davam etdiyi bildirilir. Ölkənin bəzi bölgələrində daşqınlarla mübarizəyə ordu da cəlb olunub. Hərbçilər çayların sahillərində qum torbalarında sədlər qurub, daşqın təhlükəsi ilə üzləşən insanların evlərdən evakuasiyasına kömək ediblər. Məlumata görə, Novi Pazar, Priepol, Tutin və Raska şəhərlərində uzun müddət davam edən leysan yağışları səbəbindən çaylar daşıb, yaşayış evlərini, sənaye obyektlərini və küçələri su basıb.
22-11-2022, 13:21
Saakaşvili haqqında yayılan xəbərləri yalanladı


Saakaşvili haqqında yayılan xəbərləri yalanladı

Mixail Saakaşvili vətəndaşları səhhəti ilə bağlı spekulyasiyalara yol verməməyə çağırıb. Bu barədə sabiq prezidentin sosial şəbəkə hesabında bildirilib. Paylaşımda Saakaşvilinin zəhərlənməsi ilə bağlı xəbərlərin yalan olduğu diqqətə çatdırılıb. Məlum olub ki, Saakaşvilinin adından paylaşımları onun anası edib. Hazırda həbsxanada olan sabiq prezidentin internetə çıxışının olmadığı qeyd edilib.
22-11-2022, 13:19
Çində fabrik yandı - 36 nəfər öldü


Çində fabrik yandı - 36 nəfər öldü

Çinin Henan əyalətində fabrikdə baş vermiş güclü yanğın nəticəsində azı 36 nəfər ölüb. Bu barədə Çinin CGTN telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, hadisə Anyang şəhərində qeydə alınıb. Yanğın zamanı daha iki nəfərin yaralandığı, iki nəfərin isə itkin düşdüyü bildirilir. Yanğının başvermə səbəbi açıqlanmır.
22-11-2022, 13:17
Azərbaycan kubokunda yeni mövsümə start verilir


Azərbaycan kubokunda yeni mövsümə start verilir

Bu gün Azərbaycan kubokunda 2022/23 mövsümünə start veriləcək. Bir oyundan ibarət olan 1/8 final mərhələsi çərçivəsində üç matç baş tutacaq. Günün ən maraqlı görüşü Şamaxıda keçiriləcək. Şəhərin eyniadlı komandası Premyer Liqa klublarının duelində “Turan Tovuz”la görüşəcək. Digər iki qarşılaşmada elita təmsilçiləri I divizion klublarını sınağa çəkəcək. “Səbail” MOİK-in qonağı olacaqsa, “Qəbələ” “Araz Naxçıvan”ı qəbul edəcək. Qeyd edək ki, 1/8 finala sabah keçiriləcək üç görüşlə yekun vurulacaq.

Azərbaycan kuboku
1/8 final mərhələsi
22 noyabr (çərşənbə axşamı)


14:00. MOİK – “Səbail”
Baş hakim: Əli Əliyev
Binə qəsəbə stadionu

14:00. “Şamaxı” – “Turan Tovuz”
Baş hakim: Vüqar Həsənli
Şamaxı şəhər stadionu

15:00. “Qəbələ” – “Araz Naxçıvan”
Baş hakim: Kamranbəy Rəhimov
Qəbələ şəhər stadionu
22-11-2022, 13:14
“Pəncə-Qılınc” əməliyyatında 184 terrorçu məhv edilib


“Pəncə-Qılınc” əməliyyatında 184 terrorçu məhv edilib

Türkiyə Silahlı Qüvvələri son əməliyyat çərçivəsində 184 terrorçunu zərərsizləşdirib. Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar məlumat verib. Nazir bildirib ki, "Pəncə-Qılınc" əməliyyatı çərçivəsində qurudan atəşə dəstək, havadan isə aviasiya vasitələri ilə terrorçulara ağır zərbələr endirilib. Akar qeyd edib ki, əməliyyat nəticəsində terrorçulara məxsus sığınacaqlar, bunkerlər, mağaralar, tunellər, silah-sursat anbarları, guya qərargah və təlim düşərgələrindən ibarət ümumilikdə 89 hədəf ilk mərhələdə məhv edilib. Nazir əməliyyatların son terrorçu zərərsizləşdirilənə qədər davam edəcəyini diqqətə çatdırıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!