Rusiya ilə Ukrayna razılaşa biləcək? -Türkiyədən AÇIQLAMA .....                        Makronun 40 min avroluq heykəli oğurlandı .....                        Müharibə zamanı Ermənistanın hədəfə aldığı mülki obyektlər .....                        Tələbə dənizdə boğulub öldü .....                        Kreml 30 günlük atəşkəsə niyə razılaşmır? .....                        28 Mayı 3 qardaşa layiq şəkildə qeyd etdik - Ərdoğan .....                        Ərdoğan Putinlə Zelenskini görüşdürmək istəyir .....                        Rusiya və Ukrayna razılaşdı .....                        İstanbul danışıqlarının nəticəsi mənfi olmayıb .....                       
Tarix : 22-11-2022, 13:28
Sərhədçilərin düşdüyü qəzanın təfərrüatı - Yaralıların adları


Sərhədçilərin düşdüyü qəzanın təfərrüatı - Yaralıların adları

Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının düşdüyü qəzanın təfərrüatı və yaralanan hərbçilərin adları məlum olub. DSX-yə məxsus “UAZ”ın çırpıldığı yük maşını işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri ilə məşğul olan “Kalyon RSY” şirkətinə məxsus olub. Belə ki, N saylı hərbi hissənin giziri, 1995-ci il təvəllüdlü Pərviz Qaraşovun idarə etdiyi xidməti avtomobil Cəbrayılın Şükürbəyli kəndində hərəkətdə olarkən şirkətə məxsus olan və Ucar sakini, 1963-cü il təvəllüdlü Etibar Muradovun sürdüyü “Howo” markalı yük maşını qəfil onun qarşısına çıxıb. Nəticədə sərhədçilərin olduğu avtomobildə olan hərbçilər:
- gizir, 1995-ci il təvəllüdlü Pərviz Qaraşov;
- baş çavuş, 1998-ci il təvəllüdlü Elmir Abbasov;
- baş çavuş, 1988-ci il təvəllüdlü Elşən Kərimov;
- baş çavuş, 1985-ci il təvəllüdlü Bəhruz Nəzərov; - gizir, 1992-ci il təvəllüdlü Faiz Mürşüdov;
- kiçik gizir, 2001-ci il təvəllüdlü Asif Dünyamalıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibbi müdaxiləyə baxmayaraq, baş çavuş Abbasov Elmir Sakit oğlunun həyatını xilas etmək mümkün olmayıb. Baş vermiş hadisə ilə bağlı Cəbrayıl Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan isə bildirib ki, Cəbrayıl rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!