19-11-2022, 16:15
ABŞ Ukraynaya daha çox yardım vəd edirABŞ prezidenti Co Bayden administrasiyası Ukraynaya yardım üçün maliyyənin artırılmasına hazırlaşır. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. Onun sözlərinə görə, ABŞ Ukraynaya daha çox kömək edəcək: "Hazırda Konqres ilə gələcəkdə əlavə maliyyələşdirmə ilə bağlı işlər aparılır. Bu maliyyə ABŞ-ın Ukraynaya göstərəcəyi yardım üçün lazımdır". Xatırladaq ki, ABŞ prezidenti Co Bayden administrasiyası Konqresdən təcili yardım üçün daha 37,7 milyard dollar ayırmağı xahiş edib.
19-11-2022, 16:14
Xaçınçaya 200 min balıq körpəsi buraxıldıQarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə növbəti balıq buraxılışı Ağdam rayonu ərazisində keçirilib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə Ağdam rayonunda yerləşən Xaçınçay su anbarına çəkikimilərdən 200 000 ədəd balıq körpəsi buraxılıb. “Bu il işğaldan azad olunmuş ərazilərdəki təbii su hövzələrinə ümumilikdə 600 000-dən çox çəkikimi, 8000 qızılxallı forel körpəsi buraxılıb”, - deyə Firuddin Əliyev qeyd edib. Xidmət rəisi balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında bütün balıq yetişdirən müəssisələri yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına dəstək verməyə, vətəndaşları isə balıq ehtiyatlarının artımının qarşısını alan hərkətlərdən, əsasən də qanunsuz balıq ovundan çəkinməyə çağırıb.
19-11-2022, 16:11
Avropa ölkəsi Ukraynaya yardım ayrılmasına qarşı çıxdıMacarıstan Avropa İttifaqının (Aİ) Ukraynaya 18 milyard avroluq yeni maliyyə yardımını dəstəkləmir. Bu barədə Macarıstanın Baş naziri Viktor Orban məlumat verib. Baş nazirin sözlərinə görə, o, Ukraynanın maraqlarını Macarıstanın maraqlarından üstün tutmaq niyyətində deyil. Orban hesab edir ki, yardımın məbləği Avropa İttifaqına üzv ölkələr arasında “ədalətli və mütənasib şəkildə” bölüşdürülməlidir. "Ukrayna ilə bağlanmış ikitərəfli sazişə əsasən, Macarıstan hər il milli büdcədən 60-70 milyard forint məbləğində vəsait ayıracaq”, - baş nazir deyib.
18-11-2022, 20:37
Ordumuzun mövqeləri atəşə tutulduNoyabrın 18-i saat 12:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu və Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, saat 17:10-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atəşə tutulub. Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
18-11-2022, 18:59
Ordumuzun mövqeləri atəşə tutulduNoyabrın 18-i saat 12:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu və Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, saat 17:10-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atəşə tutulub. Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
18-11-2022, 18:56
44 günlük müharibədə ölən ermənilərin yeni sayı - Senator şok rəqəm açıqladıNoyabrın 16-da ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri Robert Menendezin rəhbərliyi ilə Qafqaz üzrə dinləmələr keçirilib. Dinləmələr zamanı ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş məsləhətçisi Filip Riker çıxış edib. Senatın komitə rəhbəri, ermənipərəst Robert Menendez məruzəçilərə regiondakı vəziyyət, eləcə də 44 günlük müharibə və onun nəticələri ilə bağlı bəzi kəskin suallar verməklə onları dolayısı ilə qısnamaya məruz qoyub. Senator Menendezin sualları daha çox anti-Azərbaycan xarakterli olub. O, məruzəçilərdən Ermənistanın xeyrinə istədiyi cavabları ala bilmədiyinə görə bu dinləməni indiyə qədər keçirdiyi “ən pis dinləmələrdən biri" adlandırıb. "Ancaq bu, mənə nəyisə başa düşməyə imkan verdi. Onlardan biri odur ki, ABŞ Azərbaycanı dəstəkləyir", - deyə ermənipərəst senator vurğulayıb. O, Azərbaycana qarşı bəzi kəskin ittihamlar da səsləndirib. Qeyd edək ki, Robert Menendez məruzəçilərlə polemika apararkən 44 günlük müharibə ilə bağlı bir maraqlı fakt da üzə çıxıb. Ermənipərəst senator deyib ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsində 6500 erməni hərbçi öldürülüb. Bu, Ermənistanın itkilərinə dair rəsmi şəxsin dilindən səslənən ilk belə böyük rəqəmdir. Çünki İrəvan rəsmiləri, o cümlədən baş nazir Nikoil Paşinyan indiyə kimi ermənilərin 44 günlük müharibədəki itkilərindən danışarkən həmişə 3900-4000 rəqəmini səsləndiriblər. Xatırladaq ki, Robert Menendez ABŞ Konqresindəki erməni lobbisinin üzvüdür və ermənipərəst həmkarlarının anti-Azərbaycan və antitürk siyasətini dəfələrlə dəstəkləyib. Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri kimi o, erməni lobbisinin maraqlarını ABŞ-da yeritmək, o cümlədən Azərbaycanın ünvanına qeyri-konstruktiv tənqid səsləndirmək, “Ermənistanın və Qarabağ ermənilərinin qanunsuz blokadaya alınması“ ilə bağlı Türkiyə və Azərbaycanın ünvanına sağlam təfəkkürə zidd olan ittiham səsləndirmək üçün çox iş görüb.

18-11-2022, 18:52
Prezident hərbi texnikalarla bağlı fərman imzaladıPrezident İlham Əliyev “Bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” 28 mart 2000-ci il tarixli fərmanda dəyişiklik edib. Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda döyüş təyinatlı hərbi texnikanın, hərbi silah və sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların istehsalı və satışı ilə dövlət müəssisələri və yaxud səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətləri, habelə Nazirlər Kabinetinin razılığı ilə dövlət müəssisələrinin iştirak etdiyi birgə müəssisələr məşğul ola bilər.
18-11-2022, 18:50
Rusiya Azərbaycana qaz tədarük etməyə başlayıbRusiyanın “Qazprom” şirkəti Azərbaycana qaz tədarükünün başlandığını elan edib.
Butov.az-ın məlumatına görə, “Qazprom” özünün "Telegram" kanalında bildirib ki, yeni alqı-satqı müqaviləsi çərçivəsində Azərbaycana qaz tədarükü noyabrın 15-dən başlayıb. Çatdırılmalar 2023-cü ilin mart ayına qədər davam edəcək. Müvafiq sənəd Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə imzalanıb. Tədarükün ümumi həcminin 1 milyard kubmetr səviyyəsində olacağı gözlənilir. Qeyd olunur ki, Azərbaycanın öz qaz ehtiyatları var və onu fəal şəkildə ilk növbədə Türkiyəyə, sonra isə tranzit olaraq Avropaya ixrac edir. Rusiya yanacağının respublikaya tədarükü, Moskvanın əvvəllər svop satışı ilə bağlı razılaşdığı qazın İrana ixracının həcminin artması və ya sonrakı tranziti ilə izah oluna bilər.
18-11-2022, 18:48
İran Fransa avtomobillərinin idxalına qadağa qoyduİran Fransa avtomobillərinin idxalına qadağa qoyub. Bu barədə yerli mətbuat məlumat yayıb. İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin sözçüsü Omid Kalibaf bu qərarın Fransa avtomobil istehsalçılarının əvvəlki illərdəki qeyri-peşəkar davranışlarına cavab olaraq qəbul edildiyini bildirib. Fransanın “Renault”, “Peugeot” və “Citroen” kimi firmalarının istehsal etdiyi nəqliyyat vasitələrinin idxalına qadağa qoyulduğunu qeyd edən Kalibaf, "bu müddət ərzində Fransız avtomobillərinin idxalı üçün heç bir lisenziya vermədik. Diqqətimizdə Yapon, Koreya, Çin və Fransa istehsalı olmayan Avropa avtomobilləridir”, - deyib. “İran onlara (fransızlara) İranın avtomobil sənayesi və bazarına sanksiyalarla təzyiq göstərməyə imkan verməyəcək”, - Kalibaf bildirib. İranın "İran Khodro" və "Saipa" kimi avtomobil istehsalçıları daha çox “Peugeot”, “Renault” və “Citroen” kimi fransız şirkətləri ilə birgə istehsal edirdilər. ABŞ-ın 2018-ci ildə tətbiq etdiyi sanksiyalar İranın ən böyük məşğulluq sahələrindən biri olan avtomobil sənayesini də hədəf alıb. Xarici şirkətlər, xüsusilə “Peugeot”, “Renault” və “Citroen” kimi fransız avtomobil istehsalçıları ABŞ-ın genişmiqyaslı birtərəfli sanksiyaları səbəbindən İrandakı fəaliyyətlərini dayandırıblar. Buna görə də hissələrin tədarükündə problemlərlə üzləşən İran daxili həll yollarına üz tutub.
18-11-2022, 18:46
Ömürlük məhkumlar videogörüş keçirə biləcəklərAzərbaycanda ömürlük məhkumlar həftədə bir dəfə videogörüş keçirə biləcəklər. Bununla bağlı Prezident İlham Əliyevin Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun imzalayıb. Dəyişikliklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər həftədə iki dəfə, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər isə həftədə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışmaq və ya videogörüş keçirmək hüququna malik olacaqlar. Şəhərlərarası telefon danışıqlarının haqqı məhkumun şəxsi vəsaiti hesabına və ya yaxın qohumları tərəfindən ödəniləcək. Texniki imkanlar olmadıqda bir telefon danışığı və ya videogörüş bir qısa müddətli görüşlə əvəz edilə ediləcək. Həmçinin cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar arasında yaxın qohumlar istisna olmaqla videogörüşlərə icazə verilməyəcək.