Pakistanda güclü yağışlar - 38 nəfər öldü .....                        Yekaterinburqda baş verənlər idarə olunan kampaniyanın tərkib hissəsidir .....                        Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək .....                        Paşinyanla Makron telefonla danışdılar .....                        Yekaterinburqda azərbaycanlıların məhkəməsi – YENİLƏNİB .....                        Deputatlarımız Moskvada keçiriləcək iclasa GETMƏYƏCƏK .....                        Rusiya iç üzünü göstərir - Ədalət Partiyasının sədri .....                        Yekaterinburqda məhkəmə: Ayaz Səfərov da həbs edildi .....                        Belqradda etirazlar - 48 polis yaralandı .....                       
16-11-2022, 17:53
Ərdoğan: "Rusiyanın açıqlamasına hörmət etməliyəm”


Ərdoğan: "Rusiyanın açıqlamasına hörmət etməliyəm”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gecə Polşaya düşən raketlərlə bağlı jurnalistlərin sualına cavab verib. Ərdoğan "Rusiyanın açıqlamasına hörmət etməliyəm” deyib: “Rusiyanın "Bu işin bizimlə heç bir əlaqəsi yoxdur" deməsi bizim üçün vacibdir. Baydenin raketlərin Rusiya istehsalı olmadığını deməsi onların Rusiya ilə heç bir əlaqəsi olmadığını göstərir. Məsələnin araşdırılması vacibdir”. Qeyd edək ki, dünən axşam saatlarında Polşanın Ukrayna ilə sərhədindəki kəndə raket atılıb və 2 dinc sakin həlak olub. ABŞ-dan verilən yeni açıqlamada raketin Kiyevin Rusiya raketlərini vurmaq üçün atdığı raketlərdən biri olduğu bildirilib.
16-11-2022, 17:51
Ərdoğan G20 sammitində mətbuat konfransı keçirib


Ərdoğan G20 sammitində mətbuat konfransı keçirib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyada keçirilən G20 Liderlərinin Zirvə toplantısından sonra media mərkəzində mətbuat konfransı keçirib. Ərdoğan İstanbuldakı son terror hadisəsi ilə bağlı “İŞİD-lə mübarizə bəhanəsi ilə terror təşkilatına dəstək verənlər tökülən hər damla qanda da ortaqdır” deyib. Prezident terrorla mübarizə ilə bağlı “Türkiyənin ədalətli mübarizəsi üçün bütün dost və müttəfiqlərimizin səmimi dəstəyini gözləyirik” söyləyib: “Terror təhlükəsini mənbəyində aradan qaldırmaq strategiyamızı qətiyyətlə həyata keçirməyə davam edəcəyik”. Ərdoğan çıxışında bu ifadələrdən istifadə edib: “Nə edirlərsə etsinlər, kimin arxasında gizlənirlərsə etsinlər, terrorçular onları gözləyən acı taledən qaça bilməyəcəklər”. ABŞ-dan F-16-ların tədarükü ilə bağlı danışarkən Ərdoğan, "cənab Bayden müsbət irəliləyişlərin olduğunu söylədi" deyib. Prezident taxıl dəhlizi ilə bağlı "danışıqlarımız davam edir və inanıram ki, bir problem yoxdur" söyləyib.

16-11-2022, 17:48
ABŞ: Polşaya düşən raket Ukrayna tərəfindən atılıb


ABŞ: Polşaya düşən raket Ukrayna tərəfindən atılıb

Ötən gecə Polşa ərazisinə düşən raket, ilkin məlumatlara görə, Ukrayna hərbçiləri tərəfindən Rusiya raketini vurmaq üçün buraxılıb. Bu barədə “Associated Press” ABŞ rəsmilərinə istinadən məlumat yayıb. "İlkin məlumatlar göstərir ki, Polşanı vuran raket Ukrayna qüvvələri tərəfindən yaxınlaşan Rusiya raketinə atılıb", - agentliyin açıqlamasında deyilir. Dünən axşam saatlarında Polşanın Ukrayna ilə sərhədindəki kəndə raket atılıb və 2 dinc sakin həlak olub. ABŞ-dan verilən yeni açıqlamada raketin Kiyevin Rusiya raketlərini vurmaq üçün atdığı raketlərdən biri olduğu bildirilib.
16-11-2022, 16:49
Kadırov Zelenskiyə hədə-qorxu gəldi: "Kiyevə qədər gedəcəyik”


Kadırov Zelenskiyə hədə-qorxu gəldi: "Kiyevə qədər gedəcəyik”

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya ilə münaqişənin gərginliyini azaltmaq üçün təqdim etdiyi “sülh formulu”nu tənqid edib və Kiyev rəhbərliyinə əks şərtlər irəli sürüb. Kadırovun sözlərinə görə, Kiyev hakimiyyəti indi heç bir tələb irəli sürmək iqtidarında deyil. Çeçenistan rəhbəri vurğulayıb ki, Rusiyanın şərtlərinə gəlincə, onlar "daha realdır". “Söhbət “Luqansk və Donetsk xalq respublikaları”nın, eləcə də Krım, Xerson və Zaporojye vilayətlərinin Rusiya kimi tanınmasından gedir. Bundan əlavə, Ukrayna hakimiyyəti rusdilli əhaliyə qarşı vəhşiliklərdə iştirak etmiş bütün “faşist cinayətkarları və şeytanları” ekstradisiya etməli, əks halda onlar rəsmən mühakimə olunmalıdırlar”. Ramzan Kadırov əlavə edib ki, birdən qeyri-mümkün bir şey baş verərsə və bu şərtlərə əməl edilmədən “xüsusi əməliyyat” başa çatarsa, Çeçenistanda onun da daxil olduğu könüllülər olacaq ki, onlar “Banderanın faşistlərini və şeytanlarını hər damla qana görə cavablandıracaq”. "Biz “Azovçular” kimi bütün bu şər ruhların sağ qalacağı danışıqların əleyhinəyik. Biz danışıqların qəti əleyhinəyik. Nasistləri məhv edəcəyik, Türkiyəyə qaçanları ömürlük həbs cəzası ilə geri qaytaracağıq. Bəli, Ukrayna silahlı qüvvələrini, digər xidmətlərin əməkdaşlarını başa düşə bilərik - onlar dövlət qulluqçularıdır. Amma nasizm, satanizm - nə qədər ki, belə cərəyanlar var, hansı danışıqlardan danışmaq olar, mən ümumiyyətlə təsəvvür edə bilmirəm”, - Kadırov bildirib. Çeçenistan rəhbəri deyib ki, “xüsusi əməliyyat nəzərdə tutulduğu kimi, tam başa çatdırılmalıdır”. "Cinayətkarları məhv edərək, sona qədər gedib Kiyevə çatmalıyıq. Heç kim inanmasa belə, Uca Tanrının adından belə bir niyyətimiz var və biz bunu həyata keçirəcəyik", - o əlavə edib.
16-11-2022, 16:46
Zelenski NATO-nu Rusiyaya cavab verməyə çağırdı


Zelenski NATO-nu Rusiyaya cavab verməyə çağırdı

Rusiyanın terroru təkcə dövlət sərhədlərimizlə məhdudlaşmır, Rusiya raketləri Polşanı da vurdu. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib. Prezident qeyd edib ki, Rusiya nə qədər cəzasızlıq hiss etsə, bir o qədər çox təhlükəli olacaq. "NATO ərazisinə raket zərbələri endirildi. Bu, Rusiyanın kollektiv təhlükəsizliyə raket hücumudur. Bu, çox əhəmiyyətli bir eskalasiyadır. Biz hərəkət etməliyik", - Zelenski dünya güclərinə səslənib. Xatırladaq ki, Rusiya ordusu bu gün Ukraynaya 100-ə yaxın raket atıb. Raketlərdən ikisi Polşanın Ukrayna ilə sərhəddə yerləşən Prjevoduv şəhərinə düşüb. Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilir.
16-11-2022, 16:44
“Rusiyanın sülh danışıqlarına cavabı budur” - Nazir


“Rusiyanın sülh danışıqlarına cavabı budur” - Nazir

Ukraynanın Rusiya raketləri ilə kütləvi şəkildə atəşə tutulmasının qarşısı ancaq Ukrayna silahlarının və prinsiplərinin gücü ilə alına bilər. Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib. “Hazırda Rusiya raketləri bütün Ukraynada insanları öldürür və infrastrukturu məhv edir. Budur Rusiyanın sülh danışıqlarına cavabı”, - deyə XİN başçısı bildirib. O, həmçinin deyib: “Terroru ancaq silahlarımızın və prinsiplərimizin gücü ilə dayandırmaq olar”. Xatırladaq ki, noyabrın 15-də irimiqyaslı raket hücumu zamanı Ukraynaya onlarla raket atılıb. Rusiya ordusu bu gün Ukraynaya 100-ə yaxın raket atıb. Raketlərdən ikisi Polşanın Ukrayna ilə sərhəddə yerləşən Prjevoduv şəhərinə düşüb. Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilir.
16-11-2022, 16:41
Rusiya Polşaya raket atılması barədə açıqlama yaydı


Rusiya Polşaya raket atılması barədə açıqlama yaydı

Rusiya tərəfi Polşa ərazisinə raket düşməsi ilə bağlı xəbərlərə münasibət bildirib. Məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. "Polşa KİV-lərinin və rəsmilərinin Rusiya raketlərinin Prjevoduv ərazisinə düşməsi ilə bağlı açıqlamaları məqsədli təxribatdır”, - açıqlamada deyilir. Bildirilib ki, Rusiya tərəfindən Polşa-Ukrayna sərhədindəki hədəflərə hücum həyata keçirilməyib. Xatırladaq ki, Rusiya ordusu bu gün Ukraynaya 100-ə yaxın raket atıb. Raketlərdən ikisi Polşanın Ukrayna ilə sərhəddə yerləşən Prjevoduv şəhərinə düşüb. Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilir.
16-11-2022, 16:37
Estoniyadan Polşaya dəstək: Müdafiəyə hazırıq!


Estoniyadan Polşaya dəstək: Müdafiəyə hazırıq!

Estoniya Xarici İşlər Nazirliyi (XİN) Polşaya dəstək nümayiş etdirib. Bu barədə Estoniya XİN "Twitter" hesabında məlumat paylaşıb. “Polşadan gələn son xəbərlər narahatlıq doğurur. Polşa və digər müttəfiqlərlə sıx məsləhətləşmələr aparırıq. Estoniya NATO ərazisinin hər qarışını müdafiə etməyə hazırdır. Biz yaxın müttəfiqimiz Polşa ilə tam həmrəyik”, - paylaşımda deyilir. Xatırladaq ki, Rusiya ordusu bu gün Ukraynaya 100-ə yaxın raket atıb. Raketlərdən ikisi Polşanın Ukrayna ilə sərhəddə yerləşən şəhərinə düşüb. Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilir.
16-11-2022, 16:29
Polşa Ukrayna ilə sərhəddə qırıcıları havaya qaldırdı


Polşa Ukrayna ilə sərhəddə qırıcıları havaya qaldırdı

Polşa Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr havaya qaldırılıb. Bu barədə Polşa mətbuatı məlumat yayıb. Təyyarələr Polşa-Ukrayna sərhədində patrol uçuşları həyata keçirir. Bundan əlavə, NATO-ya məxsus pilotsuz uçuş aparatları da Polşa-Ukrayna sərhədində uçuşlar edir. Qeyd edək ki, Rusiya bu gün Ukraynaya 100-ə yaxın raket atıb. Raketlərdən ikisi Polşa ərazisinə düşüb. Hadisə nəticəsində mülki şəxslərin həlak olduğu bildirilir. Polşa hökuməti hadisədən sonra təcili iclas çağırıb.
16-11-2022, 16:28
Qətnaməyə etiraz edən senator Azərbaycanı dəstəklədi


Qətnaməyə etiraz edən senator Azərbaycanı dəstəklədi

Fransa Senatında Azərbaycan əleyhinə qətnaməyə qarşı çıxan yeganə senator Natali Qule olub. Natali Qule Azərbaycanı hədəfə alan qətnamənin əleyhinə səs verib və ölkəmizin haqlı mövqeyini dəstəkləyib. Qeyd edək ki, bu gün Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib. Sənədin lehinə 295, əleyhinə 1 senator səs verib. Qətnamənin müəllifləri Bruno Retaio, Patrick Canneri, Herve Marsey və Elian Asasidir. Daha sonra Kristian Kambo və Gilbert-Lyuk Devinaz da onlara qoşulub. Qətnamədə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklifi yer alıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!