15-11-2022, 18:28
İlham Əliyev albaniyalı həmkarını Azərbaycana dəvət edibPrezident İlham Əliyev albaniyalı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib. Bu barədə Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla mətbuata bəyanatlarla çıxış edərkən bildirib.
15-11-2022, 18:26
Erməni hərbçi xidmət yoldaşını güllələdiErmənistan silahlı qüvvələrinin hərbçisi xidmət yoldaşı tərəfindən açılan atəş nəticəsində ölüb. Məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb. Hadisə noyabrın 15-də hərbi hissələrdən birində baş verib. Belə ki, 2002-ci il təvəllüdlü Vaqe Ovsepyan hərbçi yoldaşı tərəfindən öldürülüb. Faktla bağlı araşdırma aparılır.
15-11-2022, 18:23
Patruşev Qərbə meydan oxudu: Putinin tapşırıqları icra ediləcək!Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib ki, Ukraynaya Qərbdən hərbi yardım göstərməsinə baxmayaraq, Moskva “xüsusi hərbi əməliyyat”ın tapşırıqları yerinə yetirəcək.
Butov.az xəbər verir ki, Patruşev Bryanskda Rusiyanın mərkəzi hissəsində təhlükəsizlik məsələləri ilə bağlı keçirilən iclasda belə deyib: "Kollektiv Qərbin Ukrayna rejiminə göstərdiyi hərbi yardıma baxmayaraq, Rusiya prezidentinin müəyyən etdiyi xüsusi hərbi əməliyyatın tapşırıqları yerinə yetiriləcək". Nikolay Patruşev bildirib ki, "Ukraynanın neonasizmdən azad edilməsi dünyada sabitlik və təhlükəsizliyin bərpasının başlanğıcı olacaq". “Bu gün Rusiya kollektiv Qərbin dəstəyi ilə dirçələn neonasist Kiyev rejiminə və qızışmış rusofobiyaya qarşı mübarizə aparır, Ukraynadakı rusdilli əhalini soyqırımından qoruyur və BMT-nin fundamental prinsipləri əsasında beynəlxalq hüququ müdafiə edir”. Təhlükəsizlik Şurasının katibi bildirib ki, Ukraynaya verilən öldürücü silahlar, eləcə də Kiyev uğrunda döyüşən xarici muzdlular Rusiya ordusu üçün prioritet hədəflərdir. Patruşev deyib ki, Ukraynanın kəşfiyyat və təxribat qrupları Rusiyanın mərkəzi hissəsində, xüsusən də sərhədyanı rayonlarda güclənib. “Son vaxtlar sərhədyanı rayonlarda vəziyyət Ukrayna tərəfinin reaktiv reaktiv sistemlərdən, artilleriya və pilotsuz uçuş aparatlarından istifadə etməklə yaşayış məntəqələrinin sistemli şəkildə atəşə tutulması ilə xarakterizə olunur". Patruşevin sözlərinə görə, radikal və ekstremist strukturların terror aktları törətmək niyyəti ilə Rusiya ərazisinə soxulmaq cəhdləri xeyli güclənib.“Həyat təminatı obyektlərinin, o cümlədən nəqliyyat və yanacaq-energetika komplekslərinin fəaliyyətinə qəsdən müdaxilə faktları var”, - o əlavə edib.
15-11-2022, 18:21
MEDİA 15 KİV-i reyestrə daxil etmədiİndiyədək Media Reyestrinə 160-dan çox müraciət daxil olub, 100-ə yaxın media subyekti Reyestrə daxil edilib, 15 müraciət barəsində imtina qərarı qəbul olunub, 40-a yaxın müraciətə isə baxılmaqdadır. Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva deyib. Onun sözlərinə görə, Media subyektlərinin müraciətlərinə “Media haqqında” Azərbaycan Respublikası Qanununun 74.1-ci və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması Qaydaları”nın 6.5-ci bəndinə uyğun olaraq baxılır və nəticəyə uyğun olaraq müvafiq qərar qəbul edilir. “İndiyədək Media Reyestrinə 160-dan çox müraciət daxil olub, 100-ə yaxın media subyekti Reyestrə daxil edilib, 15 müraciət barəsində imtina qərarı qəbul olunub, 40-a yaxın müraciətə isə baxılmaqdadır. Qeyd edək ki, Media Reyestrinə daxil edilmiş media subyektlərinə elektron formada Media Reyestri şəhadətnaməsi təqdim olunur və onların şəxsi kabinetlərində yerləşdirilir. Şəhadətnaməni kağız daşıyıcıda əldə etmək üçün istənilən vaxt Agentliyə müraciət oluna bilər”, - Səidə Şəfiyeva vurğulayıb.
15-11-2022, 18:18
Müharibədən sağ gəlmişdi, qəzada öldüOğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Xaçmaz kəndi ərazisində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 1993-cü il təvəllüdlü Səxavət Arif oğlu Atakişiyevin idarə etdiyi VAZ-2107 markalı avtomobil hərəkətdə olan zaman traktorla toqquşub. Nəticədə S.Atakişiyev dünyasını dəyişib. Qeyd edək ki, Səxavət Arif oğlu Atakişiyev 44 günlük müharibədə iştirak edib. O, prezidentin sərəncamı ilə "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.
15-11-2022, 18:15
Ərdoğan Azərbaycana təşəkkür etdiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda törədilən terror aktı ilə əlaqədar rəsmi Ankaraya verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib. Bu barədə dövlət başçısı tviterdə paylaşım edib. “İstiqlal prospektində törədilmiş terror aktını pisləyən, kədərimizi bölüşən, başsağlığı verən bütün ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür edirəm”, - Ərdoğan bildirib. Onun paylaşımında Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, Çin, Ukrayna, İsrail və başqa ölkələrin bayraqları əksini tapıb. Qeyd edək ki, noyabrın 13-də Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində terror aktı törədilib. Nəticədə 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.
15-11-2022, 18:12
İlham Əliyev Albaniyaya getdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Albaniya Respublikasına dövlət səfərinə gedib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Tirana şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlətimizin başçısını Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri xanım Belinda Balluku və digər rəsmi şəxslər qarşılayıblar.
15-11-2022, 18:09
Ermənilərin sərhəddəki alçaq təxribatları davam edirErməni tərəfi sərhəddə alçaq təxribatlara əl atır. Dəvət olunmuş avropalı müşahidəçilərin hərəkət marşrutundan xəbərdar olan Ermənistan Silahlı Qüvvələrinin komandanlığı Qarabağın işğalı illərində etdikləri hiylələri təkrarlayırlar. Müşahidəçilərin gəlişinə az qalmış erməni hərbçiləri komandanlığın əmri ilə və həmçinin təxribat törətmək məqsədi ilə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tuturlar. Bu barədə “Caliber” “Telegram” kanalı məlumat yayıb. Məlumatda qeyd olunur ki, missiya nümayəndələri gələnə kimi Azərbaycan tərəfi də təbii ki, cavab atəşi açır. “Müşahidəçilər ancaq Azərbaycan hərbçilərinin açdığı atəşi qeydə ala bilirlər. Bunun cavab atəşi olduğunu isə erməni təxribatçıları, təbii ki, onlara deməyəcək. Təkrar edirik! Şərəfsiz Ermənistan ordusu işğal illərində də bu ucuz taktikaya əl atıb. O zaman onlar ATƏT müşahidəçilərini yanıltmağa çalışırdılar. Bu “hiylələr”in 27 sentyabr 2020-ci ildə nə dərəcədə kömək etdiyini hamımız yaxşı xatırlayırıq. Bu hiylələr bu dəfə də onlara kömək etməyəcək. Erməni tərəfini bir daha xəbərdar etmək lazımdır. Odla oynamağın nə ilə nəticələndiyini artıq bilirsiniz. Özünüzü riskə atmayın”, - deyə kanal qeyd edib.
15-11-2022, 17:48
Türk dövlətlərinin hərbçiləri təlimə başlayıbAzərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan və Qırğızıstan ordularının əsgərləri Türkiyənin İsparta şəhərində hərbi təlimlər keçirir. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. "Türk dövlətlərinin qardaş hərbçiləri İspartada bir araya gəlib. Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Azərbaycan, Qazaxıstan və Qırğızıstan ordularının hərbçiləri “21-ci Məskunlaşmış Məhəllələrdə Terroristlərlə Mübarizə Əməliyyat Kursu” çərçivəsində təlim keçirlər”, - deyə paylaşımda qeyd olunub.
15-11-2022, 17:46
Sabahın havası - Yenə yağış, qar...Sabah Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 12-14° isti, Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-5° isti olacaq.