Pakistanda güclü yağışlar - 38 nəfər öldü .....                        Yekaterinburqda baş verənlər idarə olunan kampaniyanın tərkib hissəsidir .....                        Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək .....                        Paşinyanla Makron telefonla danışdılar .....                        Yekaterinburqda azərbaycanlıların məhkəməsi – YENİLƏNİB .....                        Deputatlarımız Moskvada keçiriləcək iclasa GETMƏYƏCƏK .....                        Rusiya iç üzünü göstərir - Ədalət Partiyasının sədri .....                        Yekaterinburqda məhkəmə: Ayaz Səfərov da həbs edildi .....                        Belqradda etirazlar - 48 polis yaralandı .....                       
15-11-2022, 17:43
Baydenin kortejinə müdaxilə etmək istəyən qadın saxlanıldı


Baydenin kortejinə müdaxilə etmək istəyən qadın saxlanıldı

İndoneziyanın Qərbi Yava əyalətindən olan bir qadın Bali ştatının Nusa Dua şəhərində ABŞ prezidenti Co Baydenin kortejinə müdaxilə etmək istəyərkən polis tərəfindən həbs edilib. Bali polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kombes Setianto hadisəni təsdiqləyib. Onun sözlərinə görə, qadın ABŞ prezidenti Co Baydenin korteji küçədə hərəkət edərkən "Müharibəyə son qoyun. İnsan haqları. Sülh" yazılmış pankart açaraq, solo piketə başlayıb. Setiantonun sözlərinə görə, "ehtiyatsız hərəkətlər nəticə verməyib", çünki o, hadisə yerində olan növbətçi polis əməkdaşları tərəfindən dərhal dayandırılıb. "Onun heç nə etməyə vaxtı yox idi - hətta afişaları düzgün açmağa belə", - Setianto deyib. O əlavə edib ki, ilkin araşdırmanın nəticələrinə görə, qadın ötən cümə günü dostları ilə birlikdə Baliyə istirahətə gəlib. Daha sonra ciddi mühafizə zonasına daxil olub. Güman edilir ki, o, ABŞ prezidenti Co Baydenin təqvimini YouTube-da G20 sammitinin canlı yayımı vasitəsilə öyrənə bilərdi.
15-11-2022, 17:29
İstilik də sayğaclaşır - Pilot layihəyə başlanır


İstilik də sayğaclaşır - Pilot layihəyə başlanır

"Azəristiliktəchizat" ASC-nin sayğaclaşdırma layihəsi pilot layihə olaraq məhdud sayda qeyri-əhali istehlakçı qrupu üçün nəzərdə tutulub. Qeyri-əhali istehlakçıları üçün 50-ə yaxın sayğacın quraşdırılması planlaşdırılır. Bu barədə istilik mövsümünün başlanmasına həsr olunmuş brifinqdə "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib. Qurum rəsmisi bildirib ki, pilot layihənin əsas məqsədi "Azəristiliktəchizat"ın fəaliyyətinin səmərəlliyini artırmaq, istilik xidmətinin keyfiyyətini artırmaq, xidmətin göstərilməsi üçün tələb olunan resursların daha effektiv planlaşdırmaqdır. "Bundan başqa, isti su təchizatı sistemində bütün istehlakçıların sayğaclaşdırılması məqsədi ilə yeganə yerli sayğac istehsalçısı olan “Gəncə Cihazqayırma zavodu” ASC ilə qanunvericiliyə uyğun olaraq müqavilə imzalanıb və 3500-ə yaxın isti su sayğacının alınaraq quraşdırılması işlərin başlanıb", - deyə o qeyd edib.
15-11-2022, 17:27
“Xersonun azad edilməsi müharibənin dönüş nöqtəsidir” - Zelenski


“Xersonun azad edilməsi müharibənin dönüş nöqtəsidir” - Zelenski

"Xersonun azad edilməsi müharibədə dönüş nöqtəsinin simvoludur". Bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib. Onun sözlərinə görə, Rusiyanın işğalından azad edilən Xerson Ukraynanın cənubundakı ən mühüm şəhərlərdən biridir: "Xerson Rusiyanın fevralın 24-dən sonra ələ keçirə bildiyi yeganə regional mərkəz idi. İndi isə Xerson azaddır. Artıq insanlar savaşın hansı nəticə ilə başa çatacağını bilirlər". Qeyd edək ki, Ukraynanın Xerson şəhəri bir neçə gün öncə Rusiyanın işğalından azad olunub. Ötən gün Zelenski şəhərə səfər edib.
15-11-2022, 17:24
G20 sammitində prezidentin halı pisləşdi


G20 sammitində prezidentin halı pisləşdi

Argentina prezidenti Alberto Fernandes Balidə keçirilən G20 sammitində özünü pis hiss edib. Bu haqda prezidentin mətbuat katibinin Twitter-dəki səhifəsində bildirilib: "Bu gün Argentina prezidenti Alberto Anxel Fernandesin qan təzyiqi aşağı düşüb və başı gicəllənib. Buna görə də onun sağlamlığını qorumaq və fəsadların qarşısını almaq üçün lazımi diaqnostik testlərin keçirilməsi qərara alınıb". Məlumata görə, prezident sammitin əvvəlindəki çıxışından bir neçə dəqiqə öncə xəstələnib. Qeyd edilib ki, onun səhhətinin pisləşməsinə istilik vurması səbəb ola bilər. Noyabrın 15-16-da İndoneziyanın Bali adasında G20 sammiti keçirilir.
15-11-2022, 17:21
Şəhid ailələri və qazilərə daha 50 mənzil verildi


Şəhid ailələri və qazilərə daha 50 mənzil verildi

Möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 50 mənzil verilib. Mənzillər Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsan yaşayış kompleksində yerləşir. Mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli postmüharibə dövründə Prezident İlham Əliyevin göstərişinə əsasən şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan genişmiqyaslı sosial dəstək proqramını qeyd edib. Proqram çərçivəsində Nazirlik tərəfindən şəhidlərin ailə üzvləri, müharibə iştirakçılarından ibarət artıq 119 min şəxsə sosial dəstək yönümlü 249 min xidmət göstərildiyi vurğulanıb. Bildirilib ki, sosial dəstək proqramının mühüm istiqamətlərindən biri kimi, şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı da 5 dəfə genişlənib. 44 günlük Vətən müharibəsindən sonra həmin vətəndaşlara 4050-dək, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev təqdim edilib. 2022-ci il üzrə də 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, artıq 1050-si təqdim edilib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı tədbirləri də davam edir. Postmüharibə dövründə 300-dən çox, ümumən ötən dövrdə 7500-dən artıq avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib. Qeyd edək ki, bu gün yeni mənzillə təmin olunan şəxslər arasında Vətən müharibəsi şəhidləri Bəhram və İman Məmmədzadə qardaşlarının atası Elman Məmmədov, həmçinin şəhidlər Əli və İslam Əhmədov qardaşlarının anası Sevinc Əhmədova da var.
15-11-2022, 17:19
Boksçularımızın dünya çempionatındakı ilk rəqibləri bəlli oldu


Boksçularımızın dünya çempionatındakı ilk rəqibləri bəlli oldu

İspaniyanın Alikante şəhərində gənc boksçular arasında keçiriləcək dünya çempionatının püşkü atılıb. Boks Federasiyasından verilən məlumata görə, bu gün start götürəcək mundialda Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri müəyyənləşib. Yarışın ilk günündə Tural Sarıyev (48 kq), Sənan Hətəmov (67 kq), Rza Rzazadə (75 kq) və Mehparə Məmmədova (48 kq) rinqə çıxacaqlar.
1/32 final mərhələsi
Sənan Hətəmov (67 kq) – Neri Kanaviri (Boliviya)
1/16 final mərhələsi
Tural Sarıyev (48 kq) – Titivat Flonqaurai ( Tayland )
Amin Məmmədzadə (51 kq) – Sing Mandenqbam (Hindistan)
Kamil Babayev (54 kq) – Riçard Erazo Çaça (Ekvador)
Mətin Məmmədov (57 kq) – Akjol Asilbek Uluu (Qırğızıstan)
Tacı Tağızadə (60 kq) – Li Makevoy (İrlandiya)/Muhammed Bursa (Türkiyə)
Daniel Xolostenko (71 kq) – Sahil Çauhan (Hindistan)
Rza Rzazadə (75 kq) – Antonio Leyva (Argentina)
Fətəli İsmayılov (80 kq) – Mixail Tsamalidis (Yunanıstan)
Rəşid Məmmədov (86 kq) – İbrahim Hamza (Misir)/Giorgi Dekanozişvili (Gürcüstan)
Mehparə Məmmədova (48 kq) – Lyuba Atanasova (Bolqarıstan)
Aysu Dərvişova (57 kq) – Quadalupe Peres (ABŞ)
1/8 final mərhələsi
Səbuhi Əlizadə (+92 kq) – Aleksandr Zelenski (Ukrayna)
Dünya çempionatında 89 ölkədən 684 (476 oğlan, 208 qız) boksçu mübarizə aparacaq. Mundialda qaliblərin adlarına noyabrın 25-də və 26-da aydınlıq gələcək.
15-11-2022, 17:15
Rusiya əleyhinə qətnamə: Türkiyə dəstəklədi, Azərbaycan səs vermədi


Rusiya əleyhinə qətnamə: Türkiyə dəstəklədi, Azərbaycan səs vermədi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının ötən gün baş tutan sessiyasında Rusiyanın Ukraynaya müharibə təzminatı ödəməsini tələb edən qətnamə qəbul edilib. Qətnamə Rusiyanın Ukraynaya qarşı “səhv hərəkətləri” nəticəsində dəyən “zərərin, itkilərin və ya zədələrin ödənilməsi üçün beynəlxalq mexanizm”in yaradılmasının zəruriliyini özündə əks etdirib. Qətnamə 14-ü əleyhinə olmaqla 93 səslə qəbul olunub, 73 ölkə isə bitərəf qalıb. Qətnamədə, həmçinin Rusiya Federasiyasına Ukraynada hərbi əməliyyatları dayandırmaq və qoşunlarını bu ölkədən çıxarmaq üçün növbəti çağırış yer alıb. Sözügedən sənədin əleyhinə Rusiya, Belarus, Zimbabve, İran, Çin, Şimali Koreya, Kuba, Mali, Nikaraqua, Suriya, Baham adaları Birliyi, Mərkəzi Afrika Respublikası, Eritreya və Efiopiya səs verib. Postsovet məkanı ölkələrindən Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan səsvermədə bitərəf qalıb. Qətnaməni Gürcüstan, Latviya, Litva, Moldova, Ukrayna və Estoniya dəstəkləyib. Azərbaycan və Türkmənistan isə səsvermədə iştirak etməyib. Digər dövlətlərə gəlincə, Macarıstan və Türkiyə də Rusiya əleyhinə qətnaməni dəstəkləyiblər. İndoneziya, Səudiyyə Ərəbistanı və Serbiya isə bitərəf qalıb. Qeyd edək ki, hazırda BMT-yə üzv olan ölkələrin sayı 193-dür.

15-11-2022, 17:11
İrana getmək istəyən azərbaycanlılara xəbərdarlıq


İrana getmək istəyən azərbaycanlılara xəbərdarlıq

İran-Azərbaycan münasibətlərinin hazırkı gərgin vəziyyətində Azərbaycan vətəndaşlarının qonşu ölkəyə səfərlərinin ara verilməsinə ehtiyac var. Quru sərhəd bağlıdır, ancaq Bakı-Tehran təyyarə reysləri mövcuddur. İranda istənilən vətəndaşımızı qondarma ittihamla həbs edə bilərlər. Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O, vətəndaşlarımızı Azərbaycan-İran münasibətlərinin gərginləşməsi ilə əlaqədar bu ölkəyə səfər etməməyə çağırıb. "Təsadüfi deyil ki, İran Xarici İşlər Nazirliyinə çağırılan Azərbaycan səfiri Əli Əlizadəyə “bir sıra Azərbaycan vətəndaşlarının ölkədə törətdiyi cinayət əməlləri ilə bağlı” etiraz notası təqdim edilib. Tehran rejimi İranı bürüyən mitinq və küçə yürüşlərində “xarici iz” axtarır. Bu məqsədlə İranda müxtəlif ölkələrin vətəndaşları həbs olunur. Misal üçün Fransanın üst-üstə 7 vətəndaşını qısa fasilələrlə həbs ediblər. Bunu həm də diqqətin İran daxilindəki durumdan yayındırmaq üçün edirlər. Odur ki, hazırki şərtlər daxilində İrana səfər təhlükəlidir", - deyə Elxan Şahinoğlu İrana səfərə hazırlaşanlara səslənib.
15-11-2022, 17:09
Paşinyan Blinkenlə Qarabağdan danışdı


Paşinyan Blinkenlə Qarabağdan danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb. Hökumətin mətbuat xidmətinin məlumatına görə, tərəflər Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanmasına dair fikir mübadiləsi ediblər. Dövlət katibi Blinken ABŞ-ın Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasına və Dağlıq Qarabağ probleminin həllinə yardım etməyə hazır olduğunu bildirib. Paşinyan ABŞ-ın səylərini və Blinkenin şəxsi iştirakını yüksək qiymətləndirib. Tərəflər regionda təhlükəsizlik və sabitliyin səviyyəsinin yüksəldilməsi istiqamətində atılacaq addımların müzakirəsini davam etdirmək barədə razılığa gəliblər.
15-11-2022, 16:13
Zelenski bütün əsirləri dəyişməyi təklif etdi


Zelenski bütün əsirləri dəyişməyi təklif etdi

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyadan bütün ukraynalı məhbusları azadlığa buraxmağı tələb edib. “France Presse” xəbər verir ki, Zelenski belə bir bəyanatla G20 sammiti ilə bağlı videomüraciətində çıxış edib. O, əsirlərin “hamının hamıya” prinsipi ilə mübadiləsini təklif edib. Bundan əvvəl Ukrayna lideri bir sıra şərtlər irəli sürmüşdü. Zelenskinin yeni tələbləri Zaporojye AES-də “radiasiya təhlükəsizliyinin” bərpası, Rusiyanın enerji resurslarına qiymət məhdudiyyətinin tətbiqi və taxıl müqaviləsinin genişləndirilməsi olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!