Pakistanda güclü yağışlar - 38 nəfər öldü .....                        Yekaterinburqda baş verənlər idarə olunan kampaniyanın tərkib hissəsidir .....                        Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək .....                        Paşinyanla Makron telefonla danışdılar .....                        Yekaterinburqda azərbaycanlıların məhkəməsi – YENİLƏNİB .....                        Deputatlarımız Moskvada keçiriləcək iclasa GETMƏYƏCƏK .....                        Rusiya iç üzünü göstərir - Ədalət Partiyasının sədri .....                        Yekaterinburqda məhkəmə: Ayaz Səfərov da həbs edildi .....                        Belqradda etirazlar - 48 polis yaralandı .....                       
14-11-2022, 20:21
Rəşad Dağlını müdafiə edənlər yeni cinayətlərə yol açır


Rəşad Dağlını müdafiə edənlər yeni cinayətlərə yol açır

“Bir qrup insan var ki, onların yaxşı və ya pis hərəkətləri müzakirə mövzusuna çevrilir. Azərbaycan cəmiyyətində də müəyyən şəxslər üçün meyxanaçı Rəşad Dağlı kumir idi. Son hadisədən sonra həmin şəxslərin sayı daha da artıb. Rəşad Dağlının törətdiyi ən ağır qətlə belə fərqli yanaşırlar. Ancaq qəbul etmək lazımdır ki, o, qətl törədib və bunun başqa adı yoxdur”. Bu fikirləri açıqlamasında Daxişi İşlər Nazirliyi (DİN) yanında İctimai Şuranın sədri, hüquqşünas Əliməmməd Nuriyev deyib. Tanınmış meyxanaçı Rəşad Dağlının törətdiyi amansız cinayət əməlindən söz açan hüqüqşünas kimliyindən asılı olmayaraq, hamının qanun qarşısında bərabər olduğunu vurğulayıb. O, bildirib ki, cəmiyyətdə hər zaman nümunəvi fikirlər səsləndirənlər öz hərəkətlərini daha çox ölçüb biçməlidir. Cinayət törətmiş şəxsin insanlar tərəfindən qəhrəman kimi təqdim olunmasına gəlincə, Ə.Nuriyev bu halın digərləri üçün yaxşı nümunə olmadığını söyləyib: “Təəssüf ki, qatili qalib kimi göstərirlər. Rəşad Dağlı özü də törətdiyi əməldən peşmançılıq duyacaq. Öldürdüyü şəxs Rəşad Dağlını həyatı boyu “izləyəcək”, yuxularına girəcək. O da ehtimaldır ki, zərərçəkmişin təhriki ilə bu hadisə baş verib. İstintaq orqanları bunu araşdıracaq. Kriminologiyada bir termin var, ona əsasən bildirilir ki, şəxsiyyət əleyhinə olan cinayət işlərində zərərçəkmişin davranışı onu qurbana çevirir. Cinayət əməlində vurulan zərbələrin sayı fərqli qənaətə gətirib çıxarır. Hadisəyə təəssüf etmək mümkündür, amma qətl törətmiş insanı yüksəyə qaldırmaq nə əxlaqla bağlı məsələdir, nə də humanizmdir”. Hüquqşünas onu da qeyd edib ki, hazırda hadisənin hansı şəraitdə baş verməsi haqqında dəqiq məlumat yoxdur. Onun sözlərinə görə, cinayətin tam detalları istintaq orqanı tərəfindən aparılan araşdırmadan sonra bəlli olacaq. “Biz sadəcə nəticəni görürük. Davranışları qiymətləndirə bilərik, amma çox sorğulamağa ehtiyac yoxdur. Bu məsələdə doğru qiyməti istintaq orqanları, məhkəmə verəcək. Ümumiyyətlə, qətl baş veribsə, qəhrəman yaratmaq doğru deyil. Qətl törədən şəxs kütləvi şəkildə dəstəklənərsə, bu cəmiyyətdəki növbəti cinayət əməllərinə gətirib çıxara bilər. Rəşad Dağlının törətdiyi cinayətin cəmiyyətdə, mediada bu qədər müzakirə olunmasını məqbul hesab etmirəm”, - deyə Ə.Nuriyev vurğulayıb.



Xatırladaq ki, noyabrın 9-da məşhur meyxanaçı Rəşad Dağlının qonşusuna 14 bıçaq zərbəsi vuraraq öldürməsi gündəmin əsas müzakirə mövzusuna çevirilib. İlkin olaraq R.Dağlının 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi narkotik satdığına görə öldürdüyü deyilsə də, sonradan hadisənin əsas motivləri üzə çıxıb. Məlum olub ki, İ.Mehtiyev R.Dağlını barəsində rüsvayedici məlumatlar yaymaqla şantaj edirmiş. Məsələ ətrafında qızğın müzakirələr açılan sosial şəbəkələrdə əksəriyyət qətlə bəraət qazandıraraq, R.Dağlıya azadlıq tələb edib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə R.Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

14-11-2022, 20:17
Litva Kiyevə hərbi texnika və sursat göndərdi


Litva Kiyevə hərbi texnika və sursat göndərdi

Litva Ukraynaya növbəti yardım çərçivəsində zirehli hərbi maşınlar və sursat göndərib. Bu barədə Litvanın müdafiə naziri Arvidas Anaşauskas “Twitter“ səhifəsində yazıb. “Litvanın Ukraynaya göndərdiyi əlavə hərbi dəstək ünvanına çatıb. 12 ədəd M113 hərbi maşını göndərilib. Onların 10 ədədi 120 mm-lik özüyeriyən minaatan və 2 ədədi atəşi idarəetmə sistemidir” ,- nazir qeyd edib. O, həmçinin əlavə edib ki, Ukraynaya texnika ilə yanaşı, xeyli sayda sursat da göndərilib. Xatırladaq ki, Litva bundan öncə də Ukraynaya müxtəlif məqsədlər üçün nəzərdə tutulmuş M113 hərbi maşını yola salıb. Hazırda göndərilən M113 zirehli texnikasının ümumi sayı 62-dir.
14-11-2022, 20:15
Gəncədə "Mercedes" evə çırpıldı


Gəncədə "Mercedes" evə çırpıldı

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq hasara, daha sonra evə çırpılıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb, lakin avtomobil yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.


14-11-2022, 20:13
Ukrayna üçün 25 milyon avroluq yardım


Ukrayna üçün 25 milyon avroluq yardım

Niderland Ukrayna ordusuna dəstək üçün 25 milyon avro ayıracaq. Bu barədə Niderlandın xarici işlər naziri Vopke Hoekstra bildirib. "Biz Ukrayna ordusunu dəstəkləmək üçün ərzaq, rasion, ilk yardım ləvazimatları, təcili yardım maşınları və yanacaq daşıyan maşınlar da daxil olmaqla 25 milyon avro ayıracağıq", - XİN rəhbəri NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib. O əlavə edib ki, Niderlan da Ukraynaya yardım üçün beynəlxalq fonda əlavə 20 milyon avro ayıracaq.
14-11-2022, 20:11
İstanbuldakı terrorda yaralananların son durumu


İstanbuldakı terrorda yaralananların son durumu

Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca İstanbulun İstiqlal küçəsində törədilən bombalı hücumda yaralananlarla bağlı açıqlama verib. Koca, 55 nəfərin müalicələrinin başa çatdıqdan sonra evə buraxıldığını bildirib. O, 5-i reanimasiyada olan 26 xəstənin müalicəsinin davam etdiyini qeyd edib. “İstiqlal küçəsində baş verən partlayışda yaralanan 81 nəfərdən 55-i müalicələri başa çatdıqdan sonra evə buraxılıb. 26 xəstənin müalicəsi davam edir, onlardan 5-i reanimasiya şöbəsindədir. Təəssüf ki, reanimasiyada olan iki xəstəmizin vəziyyəti ağır olaraq qalır”, - nazir vurğulayıb.
14-11-2022, 20:09
Azad olunmuş ərazilərdə daha 349 mina aşkarlandı


Azad olunmuş ərazilərdə daha 349 mina aşkarlandı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb. ANAMA-dan verilən məlumata görə, noyabarın 7-dən 12-dək dövrdə Tərtər, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda 170 piyada əleyhinə mina, 179 tank əleyhinə mina və 357 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 485 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
14-11-2022, 20:06
Azərbaycan çempionatının püşkü atıldı


Azərbaycan çempionatının püşkü atıldı

Minifutbol üzrə Azərbaycan çempionatının püşkü atılıb. "Hilton Hotel"də keçirilən tədbirdə I turda üz-üzə gələcək komandalar bəlli olub. Püşkatmaya Azərbaycan Minifutbol Federasiyasının təsisçisi və fəxri prezidenti Orxan Məmmədov, prezidenti Taleh Nəsibov, "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov, futbolçusu Qara Qarayev, "Zirə"nin sükanı arxasında olan Rəşad Sadıqov, paytaxt klubunun müdafiəçisi Ruslan Abışov və Azərbaycan yığmasının sabiq üzvü Vaqif Cavadov da qatılıb.
I turun cütləri:
“Aznur” - “Real" Bakı
“Sumqayıt” - “Bakı”
“Xəzər” - “Birbaşa Bakı”
“Qaradağ Lökbatan” - “Füzuli Ərgünəş”
“Dinamo” Gəncə - “Odlar Yurdu”
“Dəyirman” - “Dəmir Yumruq”
“Qarabağ” - “Galaxy” Şuşa
“Veteran” - “Zəngəzur”
Qeyd edək ki, 1-ci və 2-ci yerləri tutan komandalar Çempionlar Liqasında, 3-cü yerin sahibi isə Avroliqada ölkəni təmsil edəcək.
14-11-2022, 20:03
Zelenski Ukraynanın sülhə hazır olduğunu açıqladı


Zelenski Ukraynanın sülhə hazır olduğunu açıqladı

"Biz ölkəmiz üçün sülhə hazırıq". Bunu Ukrayna prezidenti Volodimir Zelenski Xersona səfəri zamanı deyib. O, sülhə hazır olduğunu bildirib. Qeyd edək ki, bu gün Ukrayna dövlət başçısı işğaldan azad edilən Xersona səfər edib.
14-11-2022, 20:01
Yüklərin Zəngəzurdan daşınması daha ucuz başa gələcək


Yüklərin Zəngəzurdan daşınması daha ucuz başa gələcək

Zəngəzur dəhlizinin açılması Çindən Azərbaycana və region ölkələrinə dənizlə gələn yüklərin vaxt baxımından 2 həftə daha tez çatması deməkdir. Bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli deyib. X.Həsənli bildirib ki, bu, vaxta qənaət etməklə yanaşı, qiymətlərə də təsir edəcək: "Sahibkarlar bununla daha çox gəlir əldə edəcək. Gürcüstan limanlarının qiyməti bahadır və alternativi yoxdur. Türkiyənin Mersin limanı üzərindən yüklər Zəngəzur dəhlizi ilə daşınsa, bu, ikiqat ucuz başa gələcək. Eyni zamanda sərhəd-keçid məntəqəsinin olmaması da vaxta və xərcə təsir edəcək". Departament müdirinin sözlərinə görə, qlobal logistikada olduğu kimi regional daşınmada da Zəngəzur dəhlizi vaxt və xərc baxımından önəmlidir: "Türkiyədən gələn TIR-lər Naxçıvandan Zəngəzur dəhlizi ilə Bakı limanına və oradan Asiyaya, eyni zamanda əksinə daha az vaxtda gedəcək və xərc də aşağı olacaq. Zəngəzur dəhlizi eyni zamanda Orta Asiya ölkələrinin gübrə məhsullarının daşınması baxımından da əhəmiyyətlidir".
14-11-2022, 19:59
Aİ İrana qarşı sanksiyaları təsdiqlədi


Aİ İrana qarşı sanksiyaları təsdiqlədi

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri İrana qarşı yeni sanksiyaları razılaşdırıblar. Bu barədə DPA agentliyi Brüsseldə olan diplomatlara istinadən məlumat yayıb. Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, bu sanksiyalarla Avropa İttifaqı Tehrandakı İran rejiminə birmənalı siqnal göndərir. Berbokun sözlərinə görə, Avropa və dünya baş verənləri izləyir, biz izləməyə davam edəcəyik və daha çox sanksiya siyahı hazırlayacaqlar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!