14-11-2022, 19:59
Aİ İrana qarşı sanksiyaları təsdiqlədiAvropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri İrana qarşı yeni sanksiyaları razılaşdırıblar. Bu barədə DPA agentliyi Brüsseldə olan diplomatlara istinadən məlumat yayıb. Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, bu sanksiyalarla Avropa İttifaqı Tehrandakı İran rejiminə birmənalı siqnal göndərir. Berbokun sözlərinə görə, Avropa və dünya baş verənləri izləyir, biz izləməyə davam edəcəyik və daha çox sanksiya siyahı hazırlayacaqlar.
14-11-2022, 19:57
Miqrasiya Xidmətinin mətbuat katibi işdən çıxdıDövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Elnur Kələntərov işdən çıxıb. Bu barədə o, özü məlumat yayıb. E.Kələntərov fəaliyyətini "For Azerbaijan" Beynəlxalq Təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri qismində davam etdirəcəyini bildirib. Qeyd edək ki, E.Kələntərov 2020-ci ilin yanvar ayında qurumun İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin olunub. O, daha əvvəl həmin idarənin rəis müavini vəzifəsində çalışıb.
14-11-2022, 19:55
Qondarma respublikanın XİN-i ləğv edildiQondarma Luqansk Xalq Respublikasının (LXR) rəhbəri vəzifəsini icra edən Leonid Paseçnik Xarici İşlər Nazirliyini ləğv edib. Bu barədə o, noyabrın 14-də sərəncam imzalayıb. "Luqansk Xalq Respublikasının Xarici İşlər Nazirliyi ləğv edilsin. Ləğv proseduru 2023-cü il iyunun 1-dən gec olmayaraq başa çatdırılsın", - sənəddə deyilir.
14-11-2022, 19:53
Türkiyə ABŞ-ın başsağlığını qəbul etmədi"Bizə verilən mesajı aldıq, mesajın nə olduğunu bilirik. Amerika səfirliyinin başsağlığını qəbul etmirik". Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib. “Biz heç kimin düşməni deyilik, heç kimə xəyanət etmirik. Bildirmək istəyirəm ki, bizim xəyanətə dözməyə gücümüz yoxdur. Əməliyyatlar davam edir. Əgər onlar tutulmasaydı, bu gün qaçaqmalçılıq yolu ilə Yunanıstana keçəcəkdilər”, - deyə nazir İstanbulda törədilən terrordan söz açıb. Qeyd edək ki, ötən gün İstanbulun İstiqlal küçəsində partlayış törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Bəzi ekspertlər terror aktının ABŞ-ın sifarişi ilə həyata keçirildiyini iddia edirlər.
14-11-2022, 19:51
Terror törədən qadının kimliyi məlum olduTürkiyənin İstanbul şəhərində terror aktı törədən qadının kimliyi məlum olub. Ötən gün terror törədən şəxsin Suriya əsilli Əhlam Əlbəşir olduğu müəyyən edilib. O, İstanbul polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılaraq, istintaqa cəlb olunub. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Qeyd edək ki, ötən gün İstanbulun İstiqlal küçəsində baş vermiş partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.
14-11-2022, 00:39
İstanbul Prokurorluğundan partlayış açıqlamasıİstanbul Prokurorluğu şəhərdə baş vermiş partlayışı terror aktı kimi təsnif edib. Hadisə zamanı ölən və zərərçəkənlərin kimliyi barədə hələ ki məlumat verilmir. İnsidentin təfərrüatı araşdırılır. Qeyd edək ki, partlayış nəticəsində 5 nəfər dünyasını dəyişib, 36 nəfər yaralanıb.
13-11-2022, 19:26
İstanbul Prokurorluğundan partlayış açıqlamasıİstanbul Prokurorluğu şəhərdə baş vermiş partlayışı terror aktı kimi təsnif edib. Hadisə zamanı ölən və zərərçəkənlərin kimliyi barədə hələ ki məlumat verilmir. İnsidentin təfərrüatı araşdırılır. Qeyd edək ki, partlayış nəticəsində 5 nəfər dünyasını dəyişib, 36 nəfər yaralanıb.
13-11-2022, 19:24
Minlərlə ev işıqsız qaldıGüclü fırtına səbəbindən Cənubi Avstraliya ştatında on minlərlə sakin elektrik enerjisiz qalıb. Həmin gün ştatın ərazisinə təqribən 423 min şimşək düşüb. Sürəti saatda 100 kilometrə çatan küləklər səbəbindən isə gözlənilməz daşqınlar baş verib. Bazar günü səhər saatlarında bəzi yerlərdə elektrik enerjisinin verilişi bərpa olunsa da, hələ də 76 min sakinin işıqsız qaldığı bildirilir.
13-11-2022, 19:23
İstanbulda partlayış: Ölənlər və yaralılar var İstanbulda baş verən partlayışda zərərçəkənlərin sayı artıb. Son məlumatlara görə, hadisə nəticəsində 5 nəfər ölüb. Həmçinin, 36 nəfərin yaralandığı bildirilib. Məlumata görə, Türkiyə hökuməti İstanbuldakı partlayış yerindən telekanalların yayımını qadağan edib.
13-11-2022, 19:19
Moskvada 45 ilin rekordu qırıldıNoyabrın 13-də gecə yarısı Moskvada havanın temperaturu müsbət 11,1 dərəcə olub. Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bu barədə bildirib. O deyib ki, bununla da 45 il əvvəl bu gün üçün olan temperatur rekordu qırılıb. Əvvəlki rekord 1977-ci il noyabrın 13-də qeydə alınıb və 10,2 dərəcə isti olub. Maraqlıdır ki, noyabrın 12-si şənbə günü də paytaxt tarixində ən isti gün kimi qeydə alınıb.