Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                        Avropa İttifaqından 2 Azərbaycan vətəndaşına SANKSİYA .....                        Bakıda bəzi sexlərin fəaliyyəti dayandırıldı - VİDEO .....                        Xüsusi Təyinatlıların buraxılış mərasimi keçirilib .....                        Ərdoğanın oğlundan atasına dəstək çağırışı .....                        Azərbaycanda bu heyvan növləri yoxa çıxıb .....                        Qara dənizdə təhlükə artır - Ekspertdən XƏBƏRDARLIQ .....                        Tramp Belarusdakı ABŞ səfirliyini yenidən açır .....                       
19-09-2025, 16:07
“Putin asan qələbə gözləyirdi, amma yanıldı”


“Putin asan qələbə gözləyirdi, amma yanıldı”

Böyük Britaniyanın kəşfiyyat xidməti MI6-ın rəhbəri Riçard Mur Rusiya Prezidenti Vladimir Putinin Ukraynada asan qələbə qazanacağına ümid etdiyini, lakin bunun reallaşmadığını bildirib.
Bu barədə İstanbulda çıxış edib.
O qeyd edib ki, Putin hələ də sülh danışıqlarına hazır deyil, yalnız kapitulyasiya şərtləri ilə buna razı ola bilər:
“Putin elə düşünürdü ki, tez qələbə qazanacaq. Amma o və başqaları ukraynalıları ciddi şəkildə qiymətləndirmədi. Putin dünyanı Rusiyanın qalib gələcəyinə inandırmaq istəyirdi. Amma o yalan danışır, həm dünyaya, həm xalqına, bəlkə də özünə”, - deyə Mur vurğulayıb.
Britaniya kəşfiyyat rəhbərinin sözlərinə görə, Putin “şəxsi irsi və təhrif olunmuş tarix” naminə Rusiyanın gələcəyini riskə atır, müharibə isə ölkənin tənəzzülünü yalnız sürətləndirir.
19-09-2025, 16:03
Bu il qatarlarının qarşısına 81 dəfə qəfil insan çıxıb


Bu il qatarlarının qarşısına 81 dəfə qəfil insan çıxıb

Bu ilin yanvar-avqust aylarında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) qatarlarının qarşısına 81 dəfə qəfil insan çıxıb.
Bu barədə səhmdar cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, bunun nəticəsində maşinistlər təcili tormozlama etməli olub: "Bəzi hallarda isə məsafə çox qısa olduğundan hadisə qaçılmaz olub: 7 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
"ADY bir daha xatırladır ki, dəmir yolu xətlərini keçərkən qulaqlıqdan istifadə etməyin, sağa və sola baxın, hər 2 tərəfdən qatarın gəlmədiyinə əmin olduqdan sonra yolunuza davam edin", - deyə qurum bəyan edib.
19-09-2025, 15:59
"Formula 1"in ikinci sərbəst yürüşü başladı


"Formula 1"in ikinci sərbəst yürüşü başladı

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüşə start verilib.
Yürüşdə 10 komanda mübarizə aparır.
Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik trekdə dövrə vuracaqlar.
İlk sərbəst yürüşdə “McLaren” komandasının britaniyalı pilotu Lando Norris birinci olub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
19-09-2025, 15:26
14 fələstinli tələbə Qəzzadan Bakıya təxliyə edildi


14 fələstinli tələbə Qəzzadan Bakıya təxliyə edildi

Azərbaycan Respublikası “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində ölkəmizdə ali təhsil almaq hüququ qazanmış 14 fələstinli tələbəni Qəzza bölgəsindən təxliyə edib.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilmiş təxliyə prosesi 17 sentyabr tarixində başlayıb və artıq həmin tələbələrdən 10 nəfəri bu gün səhər Heydər Əliyev adına beynəlxalq hava limanında qarşılanıb. Digər 4 nəfərin isə yaxın saatlarda qarşılanması nəzərdə tutulur.
Tələbələrin Qəzzadan çıxarılaraq ölkəmizə gətirilməsi AR-in İsrail və İordaniyadakı səfirliklərinin birbaşa iştirakı, eləcə də Fələstindəki təmsilçilik ofisimizin dəstəyi ilə İsrail və İordaniyanın müvafiq dövlət qurumları ilə bir müddət davam edən təmaslar və əldə olunmuş razılaşmalar nəticəsində baş tutub.



19-09-2025, 15:18
Yaşar Gülər azərbaycanlı qazilərlə görüşdü - FOTO


Yaşar Gülər azərbaycanlı qazilərlə görüşdü - FOTO

Türkiyədə 19 Sentyabr Qazilər Günü münasibətilə keçirilən tədbirdə azərbaycanlı qazilər və onların ailələri də iştirak ediblər.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X" sosial media hesabında məlumat yayılıb.
Bildirilib ki, tədbirdə milli müdafiə naziri Yaşar Gülərlə yanaşı, qərargah rəisi general Selçuk Bayraktaroğlu, qoşun komandanları və nazir müavinləri də iştirak ediblər.
Tədbir çərçivəsində Yaşar Gülər azərbaycanlı qazilər və onların ailələri ilə ayaqüstü görüşüb.



19-09-2025, 15:12
Simonyan Bakıya gəlir - Tarix AÇIQLANDI


Simonyan Bakıya gəlir - Tarix AÇIQLANDI

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) nümayəndə heyəti Bakıda keçiriləcək “3-cü Beynəlxalq Təhlükəsizlik Forumu”nda iştirak edəcək.
Bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilir ki, nümayəndə heyətinə Xidmətin rəisi Andranik Simonyan rəhbərlik edəcək.
Forumun 19–21 sentyabr tarixlərində baş tutacağı qeyd olunur. Xatırladaq ki, Simonyan bu ilin iyul ayında Ermənistan MTX-nin rəisi təyin edilib.
Azərbaycan hələlik Ermənistan MTX-nin məlumatına münasibət bildirməyib.
Qeyd edək ki, Bakı Təhlükəsizlik Forumu dünya ölkələrinin xüsusi xidmət orqanlarının nümayəndə heyətlərinin təmsil olunduğu, beynəlxalq təhlükəsizlik məsələlərinin geniş müzakirə edildiyi, qlobal təhlükəsizlik mühitinin üzləşdiyi müasir çağırış və təhdidlərlə effektiv mübarizənin aparılması, beynəlxalq təhlükəsizlik sisteminin mənfi təzahürlərdən qorunması sahəsində vahid yanaşmaların formalaşması və səylərin birləşdirilməsi üçün qarşılıqlı fikir mübadilələrinin edildiyi beynəlxalq təhlükəsizlik tədbiridir.
Bakı Təhlükəsizlik Forumu müxtəlif siyasi mövqelərə malik ölkələrin bir araya gələrək fikir ayrılıqlarını, regional və beynəlxalq münaqişələri qarşılıqlı anlayış əsasında müzakirə etmələrinə əlverişli şərait yaradan platformadır. I Bakı Təhlükəsizlik Forumu Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2023-cü ilin may ayının 3-də təşkil olunub.
2024-cü ilin sentyabr ayının 15-də isə “Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar” mövzusunda II Bakı Təhlükəsizlik Forumu keçirilib.
19-09-2025, 15:03
Antiterror əməliyyatının 2-ci ildönümü - FOTO


Antiterror əməliyyatının 2-ci ildönümü - FOTO

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, sentyabrın 19-da Azərbaycan Ordusunda vətənpərvərlik nümunələrinin təbliği, şəxsi heyət arasında mənəvi-psixoloji və döyüş ruhunun daha da yüksəldilməsi məqsədilə antiterror əməliyyatının 2-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, silsilə tədbirlər zamanı Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirlər çərçivəsində hərbi qulluqçular üçün Vətən müharibəsinə və antiterror əməliyyatına həsr olunan sənədli filmlər, videoçarxlar, foto və kitab sərgiləri nümayiş etdirilib.
Mərasimlərdə çıxış edənlər 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilən antiterror əməliyyatını Cənubi Qafqazda dayanıqlı sülhə, əmin-amanlığa və təhlükəsizliyə misilsiz töhfə verən tarixi missiya adlandıraraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini qürur hissi ilə qeyd ediblər.
Tədbirlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun keçirdiyi uğurlu antiterror əməliyyatının tarixi əhəmiyyəti, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsi ilə konstitusiya quruluşunun və dövlət suverenliyinin bütün ölkə ərazisində təmin olunması xüsusi vurğulanıb.





19-09-2025, 14:48
"Formula 2"də qəza - Bolidlər toqquşdu


"Formula 2"də qəza - Bolidlər toqquşdu

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində növbəti qəza olub.
Bu dəfə iki bolid toqquşub.
"İnvicta Racing"dən Roman Stanekin avtomobili "Van Amersfoort Racing"dən Con Bennettin bolidinə dəyib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

***

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində daha bir qəza baş verib.
Bolidlərdən biri sıralama turunda səddə çırpılıb.
"Art Grand Prix"dən Viktor Martins uğursuzluqla üzləşib.
Nəticədə qırmızı bayraq qaldırılıb və yarış müvəqqəti dayandırılıb. Onun bolidi trasdan götürülüb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.



19-09-2025, 14:38
DİN "Formula 1"la bağlı vətəndaşlara müraciət etdi


DİN "Formula 1"la bağlı vətəndaşlara müraciət etdi

Daxili İşlər Nazirliyi "Formula 1 Azərbaycan Qran Prisi" ilə əlaqədar vətəndaşlara müraciət edib.
DİN-dən verilən məlumata görə, müraciətdə deyilir:
"“Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq məhdudiyyətin tətbiq olunduğu müddət ərzində paytaxt ərazisində sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmalarını, nəqliyyatın hərəkətinin fasiləsizliyini, eləcə də yarışın keçirildiyi ərazidə, “fan” zonalarda təhlükəsizliyi təmin etmək məqsədi ilə polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.
Sürücülərdən və paytaxt sakinlərindən qeyd edilən müddət ərzində ictimai nəqliyyata üstünlük vermələrini, polis əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələrini, səyahətlərini məhdudiyyət tətbiq edilmiş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmalarını tövsiyə edirik".

19-09-2025, 14:32
Firad Əliyev mətbuat katibi vəzifəsindən azad edildi


Firad Əliyev mətbuat katibi vəzifəsindən azad edildi

Hərbi Prokurorluqda yeni kadr təyinatı olub.
Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev vəzifəsindən azad olunub.
Hərbi prokuror Bəhruz Əhmədov bununla bağlı əmr imzalayıb. Bu vəzifəyə ədliyyə müşaviri Samir Əzimzadə təyin olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.
Mətbuat katibi vəzifəsindən ayrılan F.Əliyevin hazırda hərbi prokurorun böyük köməkçisi kimi fəaliyyətinə davam etdiyi bildirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!