Vaşinqtondan Əliyev-Paşinyan görüşünə reaksiya .....                        ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü .....                        Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər .....                        “Qarabağ” Cica ilə yollarını ayırdı .....                        İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatdı .....                        Avropa Əliyev-Paşinyan görüşünü dəstəklədi: Sülh sazişinə çağırış .....                        Sahibə Qafarova Tuzlaya getdi .....                        Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi .....                        Ukraynadan 30 uşaq Azərbaycana gətirildi .....                       
7-10-2022, 19:21
Rusiyada terror aktının qarşısı alındı


Rusiyada terror aktının qarşısı alındı

Rusiyanın Stavropol vilayətində İŞİD qruplaşması tərəfindən planlaşdırılan terror aktının qarşısı alınıb. Butov.az xəbər verir ki, terror aktını hazırlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Onların yaşayış yerlərindən əldəqayırma partlayıcı qurğunun hazırlanması üçün komponentlər və elementlər, habelə məxfi rabitə vasitələri aşkar edilib. Məlumatda qeyd olunub ki, terrorçuların nəqliyyat infrastruktur obyektində hazırladığı terror aktı baş tutmayıb. Hazırda saxlanılan şəxslər barəsində araşdırma aparılır.
7-10-2022, 19:19
Bakıda 16 məktəb direktoru işdən çıxarıldı


Bakıda 16 məktəb direktoru işdən çıxarıldı

Ötən dərs ilinin sonunda çalışmanın yaş həddinə çatdığına görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 16 məktəbin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. Həmin məktəblər aşağıdakılardır:
101, 121, 135, 144, 204, 246, 261, 264, 269, 222, 242, 282, 290, 297, 315, 112 nömrəli tam orta məktəblər.
7-10-2022, 19:17
Bakı metrosu sentyabrda 18 milyondan çox sərnişin daşıyıb


Bakı metrosu sentyabrda 18 milyondan çox sərnişin daşıyıb

Bu ilin sentyabr ayında "Bakı Metropoliteni" QSC 18 milyon 336 min 117 sərnişin daşıyıb. Bu barədə qurumdan məlumat verilib."Hər gün orta hesabla 611 min 204 nəfər metrodan istifadə edib. Yeni tədris mövsümünün başlanması, fəal istirahət dövrünün başa çatması ilə əlaqədar sentyabrın 15-dən metrodan istifadə edən sərnişinlərin sayında əvvəlcədən proqnozlaşdırılan artım müşahidə olunub. Ümumən, müqayisəli qeyd etsək, sentyabrın 15-dən sonra 12 iş günü ərzində metro orta hesabla hər gün 749 min 11 sərnişin daşıyıb. 12 gün ərzində daşınan sərnişinlərin sayı ayın qalan günləri daşınanların 49 %-ni təşkil edib", - məlumatda qeyd olunub.
7-10-2022, 19:16
“Biz sizinləyik” - Azərbaycanlılar da Putinə dəstək oldular


“Biz sizinləyik” - Azərbaycanlılar da Putinə dəstək oldular

Rusiya Prezidenti Vladimir Putinin doğum günü ilə bağlı 20-dən çox xalqın nümayəndəsinin iştirakı ilə “Biz sizinləyik” fləşmobu keçirilib. Butov.az xəbər verir ki, flashmob iştirakçıları Putini 70 illik yubileyi münasibətilə təbrik ediblər. Tədbirdə əsasən tələbələr, məktəblilər, xalq yaradıcılıq kollektivlərinin rəssamları iştirak ediblər.
Bunlar Rusiyada yaşayan 20-dən çox müxtəlif xalqların nümayəndələridir. Flashmob iştirakçıları sırasında yunanlar, polyaklar, ləzgilər, noqaylar, moldavanlar, çuvaşlar, ruslar, qazaxlar, başqırdlar, koreyalılar, çeçenlər, yəhudilər, kürdlər, əfqanlar, nanaylar, çukçilər, marilər, ermənilər, çelkanlar, belaruslar, hətta azərbaycanlılar da yer alıb. Şüar olaraq, “güclü, vahid və məğlub olmayan çoxmillətli Rusiya xalqı” səsləndirilib. Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putinin 70 yaşı tamam olur.
7-10-2022, 19:13
Son sutkada 90 yoluxma - Ölən olmayıb


Son sutkada 90 yoluxma - Ölən olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 90 yeni yoluxma faktı qeydə alınıb, 129 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada vəfat edən olmayıb. İndiyədək ölkədə ümumilikdə 822 027 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 508 nəfər müalicə olunaraq sağalıb, hazırda 592 aktiv xəstə var. Bu günə qədər 9927 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2202, ümumilikdə isə 7 269 145 test icra olunub.

7-10-2022, 19:11
Liderlərin Putinə ad günü hədiyyəsi: traktor, qarpız...


Liderlərin Putinə ad günü hədiyyəsi: traktor, qarpız...

MDB ölkələrinin liderləri Rusiya Prezidenti Vladimir Putinə ad günü hədiyyələri gətiriblər. Butov.az xəbər verir ki, liderlər Sankt-Peterburq şəhərində MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü zamanı hədiyyələri təqdim ediblər. Belə ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Putinə toxumsəpən traktor, Tacikistan Prezidenti Emoməli Rəhmon isə qovun və qarpız piramidası hədiyyə edib. Digər liderlərin hədiyyələri hələ məlum deyil. Qeyd edək ki, bu gün Rusiya lideri Vladimir Putinin 70 yaşı tamam olur.

7-10-2022, 19:03
Ukrayna Xersonda 29 ərazini azad edib


Ukrayna Xersonda 29 ərazini azad edib

“Ukrayna ordusu oktyabrın 1-dən Xerson vilayətində 29 yaşayış məntəqəsini azad edib”. Bu barədə məlumatı Ukrayna Baş Qərargahının Baş Əməliyyat İdarəsinin sədrinin müavini, briqada generalı Aleksey Qromov açıqlayıb. Onun sözlərinə görə, Rusiya ordusu itirdiyi mövqeləri bərpa etmək məqsədilə Xerson istiqamətində əks-hücuma keçməyə cəhd edir. Qromov, həmçinin Rusiya ordusunun Nikolayev və Dnepropetrovsk vilayətlərini atəşə tutmağa davam etdiyini də qeyd edib.
7-10-2022, 19:01
Lavrov ABŞ-a ciddi xəbərdarlıq etdi


Lavrov ABŞ-a ciddi xəbərdarlıq etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Vahid Rusiya” partiyasının iclasında iştirak edib. Butov.az xəbər verir ki, Lavrov iclasda çıxışı zamanı ABŞ və müttəfiqlərini Ukraynadakı vəziyyətə müdaxilə etməməyə çağırıb. Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskinin "NATO Rusiyaya qarşı qabaqlayıcı hücum həyata keçirməlidir" açıqlamasını təxribat kimi qiymətləndirib: "Əslində bu, Kiyev rejimindən gələn təhdidlərin daha bir sübutudur. Xüsusi hərbi əməliyyat, məhz bu təhlükələri aradan qaldırmaq üçün işə salınıb”. XİN başçısının sözlərinə görə, ABŞ nüvə silahı məsələsindən istifadə edərək bütün dünyanı qorxutmağa çalışır:"Vaşinqton Rusiyanın hərbi doktrinalarının dəyişməz olduğunu bildiyi halda mövqeyimizi təhrif edərək beynəlxalq ictimaiyyəti qorxutmaq və sağlam düşüncəli dövlətləri Kiyevi bütün sahələrdə dəstəkləməyə məcbur etmək istəyir". Qeyd edək ki, ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinin nüvə xəbərdarlığının ciddi olduğunu deyib. Onun sözlərinə görə, Putin zarafat etmir, Rusiya hər an nüvə silahına əl ata bilər.
7-10-2022, 18:59
Ruslar Yeni ili qeyd etməyəcəklər


Ruslar Yeni ili qeyd etməyəcəklər

Bu il Rusiyanın Sankt-Peterburq şəhərində ənənəvi Yeni il və Milad tədbirləri keçirilməyəcək. Bu barədə şəhər administrasiyasının saytında məlumat yerləşdirilib. Bildirilib ki, qubernator Aleksandr Beqlov əvvəldən planlaşdırılan şənliklərin ləğvi barədə qərar qəbul edib."Tədbirlərə sərf ediləcək vəsaitdən məqsədli şəkildə istifadə olunacaq. Əvvəllər Yeni il tədbirlərinin təşkili və keçirilməsinə sərf edilən vəsaitlər indi könüllülər və Rusiya Silahlı Qüvvələrinə səfərbər olanlar üçün əlavə avadanlığın alınmasına yönəldiləcək”, - deyə məlumatda qeyd olunub. Bundan başqa, Nijni Novqorod şəhərində də Yeni il tədbirləri ləğv olunub. Şəhər meri Yuri Şalabaev bildirib ki, tədbirlər üçün nəzərdə tutulan vəsait digər məsələlərlə yanaşı, səfərbər olan vətəndaşların ailələrinə yönəldiləcək.
7-10-2022, 18:57
Ukrayna Kuril adalarını Yaponiya ərazisi kimi tanıdı


Ukrayna Kuril adalarını Yaponiya ərazisi kimi tanıdı

Ukrayna Kuril adalarını Yaponiya ərazisi kimi tanıyıb. Butov.az xəbər verir ki, qərar Ukrayna parlamenti tərəfindən qəbul edilib. Ali Radanın 287 deputatı qərarın lehinə səs verib. Deputatlar, həmçinin beynəlxalq ictimaiyyəti Yaponiyanın şimal ərazilərinin hüquqi statusu ilə bağlı tədbirləri davam etdirməyə çağırıblar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!