Vaşinqtondan Əliyev-Paşinyan görüşünə reaksiya .....                        ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü .....                        Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər .....                        “Qarabağ” Cica ilə yollarını ayırdı .....                        İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatdı .....                        Avropa Əliyev-Paşinyan görüşünü dəstəklədi: Sülh sazişinə çağırış .....                        Sahibə Qafarova Tuzlaya getdi .....                        Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi .....                        Ukraynadan 30 uşaq Azərbaycana gətirildi .....                       
6-10-2022, 23:11
Sahibə Qafarova spikerlərin sammitində mina problemini qaldırdı


Sahibə Qafarova spikerlərin sammitində mina problemini qaldırdı

Milli Məclisin sədri Sahibə Qafarova "Böyük iyirmilik" ölkələrinin (G20) Parlament Sədrlərinin 8-ci Sammitində iştirak etmək məqsədilə İndoneziyanın paytaxtı Cakarta şəhərində işgüzar səfərdədir. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, oktyabrın 6-da sammitin açılış mərasimi keçirilib. Milli Məclisin sədri sammitdə "Ərzaq və enerji təhlükəsizliyi, iqtisadi çağırışlar" mövzusunda çıxış edib. Spiker çıxışında belə tədbirlərin qlobal həmrəyliyin, əməkdaşlığın və çoxtərəfliliyin inkişafına böyük töhfə verdiyini söyləyib, hamımızı narahat edən məsələlərin müzakirəsində parlamentarilərin fəal iştirakı üçün vacib olduğunu qeyd edib. Milli Məclisin sədri deyib ki, müasir dövrdə bəşəriyyət mürəkkəb və bir-biri ilə əlaqəli olan problemlərlə üzləşir. COVID-19-un mənfi təsirləri, iqtisadi sahədəki çətinliklər onsuz da mürəkkəb olan digər çağırışları daha da kəskinləşdirib. Xüsusilə, ərzaq və enerji təhlükəsizliyi əksər ölkələr üçün prioritet məsələyə çevrilib. Beynəlxalq ictimaiyyət təcili, lakin qısamüddətli tədbirlər görməklə vəziyyətə cavab verməyə çalışır. Spiker deyib ki, davamlı bərpaya nail olmaq üçün daha sistemli, sabit və uzunmüddətli yanaşmalar tətbiq edilməlidir. Sahibə Qafarova bu mənada Dayanıqlı İnkişaf Məqsədlərinin əhəmiyyətinə diqqət çəkib. Spikerin sözlərinə görə, onların ümumi platforma kimi rolu birgə fəaliyyət və kollektiv səylərlə daha da genişləndirilə, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə beynəlxalq səviyyədə əməkdaşlıq müsbət təsir göstərə bilər. Spiker Sahibə Qafarova milli hökumətlərlə yanaşı, parlamentlərin də bu prosesdə iştirakına diqqəti cəlb edib. O deyib ki, qanunvericilik, büdcə tərtibatı və nəzarət sahələrində, xüsusilə də qabaqcıl təcrübənin mübadiləsi baxımından parlament əməkdaşlığının təkmilləşdirilməsi üçün imkanlar mövcuddur. Eyni zamanda, parlamentlərimizin müvafiq komitələri arasında əməkdaşlıq bizim birgə işimizi daha da dərinləşdirəcək, onu daha konkret və nəticəyönümlü edəcək. Milli Məclisin sədri çıxışında vurğulayıb ki, dünyanın heç bir ölkəsi ərzaq təhlükəsizliyi ilə bağlı çağırışdan sığortalanmayıb. Bu mənada kənd təsərrüfatının inkişafı, özünü əsas ərzaq məhsulları ilə təmin etmək səviyyəsinin yüksəldilməsi dövrün tələbidir. Bugünkü iqtisadi çağırışlar fonunda kənd təsərrüfatına sərmayə qoymaq, özəl sektoru dəstəkləmək COVİD-dən sonrakı bərpa baxımından xüsusi əhəmiyyət kəsb edir. Kənd təsərrüfatı məşğulluq baxımından da əhəmiyyətli bir sferadır. Onun sözlərinə görə, aqrar sektora dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi büdcə tərtibi prosesində parlament-hökumət əməkdaşlığının əsas diqqət mərkəzində olmalıdır. Azərbaycanda bu sahədə görülən işlər barədə məlumat verən sədr Sahibə Qafarova vurğulayıb ki, ölkəmizdə dövlət investisiyaları, subsidiyalar, fermerlərin vergidən azad edilməsi və güzəştli kreditlər kimi tədbirlər ərzaq məhsullarının istehsalının artırılması ilə bağlı nəzərəçarpacaq nəticələr əldə etməyə imkan verib. O, Azərbaycan parlamentinin də qida təhlükəsizliyinin təmini istiqamətində lazımi hüquqi addımlar atdığını, cari ilin may ayında bu sahənin hüquqi tənzimlənməsi ilə bağlı yeni qanun qəbul etdiyini bildirib. Çıxışına davam edən Milli Məclisin sədri deyib ki, enerji təhlükəsizliyi də beynəlxalq gündəmin əsas çağırışlarından biridir. Neft və qaz istehsalçısı olan Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edib və tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin edilməsində də mühüm rol oynayır. On ildən artıqdır ki, Azərbaycan beynəlxalq bazarların etibarlı neft və qaz tədarükçüsüdür. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri, məsələn, Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərləri və Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi regionun və Avropanın enerji xəritəsini tamamilə dəyişib. Onun sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycan arasında 2022-ci ilin iyulunda imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu Azərbaycanın Avropanın və digər ölkələrin enerji təhlükəsizliyinə verdiyi töhfənin daha bir nümunəsidir. Alternativ və bərpa olunan enerjinin inkişafı da enerji gündəmimizdə mühüm yer tutur. Yaşıl texnologiyalardan istifadə ətraf mühitin mühafizəsini təmin etməklə yanaşı, həm də yeni iqtisadi perspektivlər yaradacaq. Spiker deyib ki, bu, davamlı inkişafın bütün ölçülərinə müsbət təsir göstərəcək. Milli Məclisin sədri tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycanın 2030-cu ilə qədər yeni sosial-iqtisadi inkişaf strategiyasının beş prioritet sahəsindən biri təmiz ətraf mühit və yaşıl inkişafdır. Bu gün ölkəmizdə günəş və külək elektrik stansiyası layihələri həyata keçirilir. Hazırda ölkəmizin ümumi enerji tutumunda bərpa olunan mənbələrin payı 17 faiz təşkil edir. Hədəf 2030-cu ilə qədər bu rəqəmin 30 faizə çatdırılmasıdır. 2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğaldan azad edilməsinin ölkəmizin ərzaq və enerji təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət kəsb etdiyini bildirən spiker Sahibə Qafarova deyib ki, bu ərazilərin kənd təsərrüfatı və bərpa olunan enerji potensialı böyükdür. O, təəssüflə vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərin ekosistemi, meşələri, biomüxtəlifliyi, su ehtiyatları işğalın dağıdıcı təsirlərinə məruz qalıb. Ermənistanın çoxlu sayda mina basdırması bu torpaqlarda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinə ciddi maneçilik törədir. Mina partlayışları nəticəsində 250-yə yaxın mülki şəxs və hərbçi həlak olub və yaralanıb. Buna baxmayaraq, Azərbaycan kənd təsərrüfatı və bərpa olunan enerji layihələri ilə bu ərazilərin inkişafını davam etdirir. Azad edilmiş ərazilər “yaşıl enerji” zonası elan edilib və burada "ağıllı kənd" və "ağıllı şəhər" konsepsiyası əsasında geniş yenidənqurma işləri həyata keçirilir.
6-10-2022, 23:09
Bayden G20 sammitində Putinlə görüşü istisna etmir


Bayden G20 sammitində Putinlə görüşü istisna etmir

ABŞ Prezidenti Co Bayden G20 sammitində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini istisna etməyib. Bu barədə o, jurnalistlərlə görüşü zamanı danışıb. Junalistin mümkün görüşlə bağlı sualına Bayden belə cavab verib: "Baxacayıq". Qeyd edək ki, sammit noyabrın 15-də İndoneziyanın Bali adasında keçiriləcək.
6-10-2022, 23:07
15 azərbaycanlı Suriyadan ölkəmizə gətirildi


15 azərbaycanlı Suriyadan ölkəmizə gətirildi

2022-ci ilin 6 oktyabr tarixində Suriya Ərəb Respublikasının Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan 15 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib. XİN-dən verilən məlumata görə, şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və əlaqələndirilmiş tədbirlər nəticəsində reallaşıb. Öncə vətənə repatriasiyası nəzərdə tutulan vətəndaşların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib, daha sonra əldə olunmuş razılıq əsasında onların Türkiyə Respublikasının ərazisindən tranzit keçidi təmin olunub. İraq və Suriya Ərəb Respublikalarından Azərbaycan vətəndaşlarının repatriasiyası üzrə işçi qrupa daxil olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib, zəruri yardımlar göstərilib, həmçinin Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri və uçuş biletləri ilə təmin edilib. 2022-ci ilin 6 oktyabr tarixində nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların Ankara-Bakı reysi ilə repatriasiyası həyata keçirilib. Zəruri prosedurlar yekunlaşdıqdan sonra repatriantlar ailələrinə təhvil veriləcəkdir. Qeyd etmək istərdik ki, indiyə qədər İraq Respublikasında 290, Suriya Ərəb Respublikasından 103 olmaqla, toplam 393 uşaq və qadının ölkəmizə repatriasiyası təşkil edilib. Azərbaycan Respublikasının hökuməti tərəfindən müvafiq şəxslərin reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub. Repatriasiyanın həyata keçirilməsində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının birgə və əlaqələndirilmiş fəaliyyəti həyata keçirilib. Bu prosesin reallaşmasında Türkiyə Respublikası tərəfindən göstərilmiş yardım xüsusilə qeyd olunmalıdır. Azərbaycan hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində Suriya Ərəb Respublikasının ərazisində olan digər Azərbaycan Respublikası vətəndaşlarının mərhələli şəkildə repatriasiyası üçün zəruri tədbirləri davam etdirir.
6-10-2022, 23:04
Sumqayıt-Xırdalan-Bakı qatarlarının sayı artırılır


Sumqayıt-Xırdalan-Bakı qatarlarının sayı artırılır

Sumqayıt-Xırdalan-Bakı istiqamətində yaranmış sərnişin sıxlığının aradan qaldırılması məqsədilə 10 oktyabr 2022-ci il tarixdən etibarən Bakı-Gəncə-Bakı marşrutu üzrə hərəkət edən 08:00 qatarı bir reysə istifadə edilməklə saat 07:25-də Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə təyin edilir. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib. Bu səbəbdən Bakı-Gəncə sürətli sərnişin qatarının hərəkət qrafikində dəyişiklik edilir və həmin tarixdən qatar Bakıdan saat 08:00 əvəzinə saat 08:45-də yola düşəcəkdir. Qatarın Gəncədən Bakıya gəlmə saatı mövcud qrafik üzrə qalacaq. Onu da qeyd edək ki, hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar mövcud qatar parkının sayına uyğun olaraq ən qısa intervalla işləyir. Hazırda sərnişin sıxlığını aradan qaldırmaq üçün qatarların hərəkət qrafikində hissəvi dəyişiklik edilir və sərnişinlər bu barədə əlavə məlumatlandırılacaqdır. Xatırladaq ki, 06 oktyabr 2022-ci il tarixində səhər saatlarında Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkətdə olan elektrik qatarının vaqonlarının birində havalandırma sistemində texniki nasazlıq baş verib və onun fəaliyyətində müəyyən fasilələr yaranıb. Mütəxəssislər baş vermiş texniki nasazlığı qısa müddətdə aradan qaldırmışdır.
6-10-2022, 23:01
Yoluxanların bugünkü sayı - Daha iki nəfər öldü


Yoluxanların bugünkü sayı - Daha iki nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 821 937 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 811 379 nəfər müalicə olunaraq sağalıb, 9927 nəfər vəfat edib, aktiv xəstə sayı 631 nəfərdir. Son sutka ərzində 2 848, hazırkı dövrədək isə 7 266 943 test aparılıb.

6-10-2022, 22:59
“Bakı və İrəvanı bu məsələni bağlamağa çağırırıq” - Zaxarova


“Bakı və İrəvanı bu məsələni bağlamağa çağırırıq” - Zaxarova

Moskva Bakı və İrəvanı saxlanılan şəxsləri “hamının hamıya” prinsipi ilə qaytarmağa çağırır.
Bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.“Vurğulamaq istərdim ki, Rusiya bu xarakterli humanitar problemlər ətrafında heç bir geosiyasi və digər oyunları sevmir. Moskva ardıcıl olaraq Bakı və İrəvanı bu məsələni nəhayət bağlamağa – “hamının hanıya” düsturu ilə saxlanılanları geri qaytarmağa çağırır”, - Zaxarova bildirib. O, həmçinin qeyd edib ki, 2020-ci ilin payızında II Qarabağ müharibəsi başa çatdıqdan sonra Rusiyanın birbaşa köməyi ilə ümumilikdə 147 əsir geri qaytarılıb: 128-i Ermənistan tərəfinə, 19-u Azərbaycana.
6-10-2022, 22:57
UEFA Azərbaycanın 7 klubuna pul ayırdı


UEFA Azərbaycanın 7 klubuna pul ayırdı

UEFA Azərbaycan Premyer Liqasında çıxış edən 7 kluba ümumilikdə 519578 avro ödəniş edib. Butov.az xəbər verir ki, məbləğlər 2020/2021 mövsümündə həmin komandaların oyunçularının Millətlər Liqası turnirindəki iştirakına görə verilib. Avropa futbol qurumundan ayrılmış müvafiq maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb."Qarabağ"a 157337 avro, "Sabah"a 106111 avro, "Sumqayıt"a 98793 avro, "Şamaxı"ya 73180 avro, "Neftçi"yə 58544 avro, "Zirə"yə 21954 avro, "Səbail"ə isə 3659 avro ödənilib.
6-10-2022, 22:54
Əli Əsədov rusiyalı həmkarı ilə görüşdü


Əli Əsədov rusiyalı həmkarı ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyaya işgüzar səfəri çərçivəsində Moskvada həmin ölkənin hökumət sədri Mixail Mişustinlə görüşüb. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Görüşdə Azərbaycan-Rusiya dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Moskvada keçirilən 2-ci Xəzər İqtisadi Forumunun əhəmiyyəti vurğulanıb. Həmçinin, ikitərəfli gündəliyin bir sıra praktiki məsələləri, o cümlədən iqtisadi-ticari, nəqliyyat, energetika və humanitar sahələrə aid məsələlər nəzərdən keçirilib.

6-10-2022, 22:52
Bakı qəribə adlardan təmizlənir – Artıq xeyli küçəyə şəhidlərin adı verilib


Bakı qəribə adlardan təmizlənir – Artıq xeyli küçəyə şəhidlərin adı verilib

Bakının bəzi küçələrinə şəhid adlarının verilməsi ilə əlaqədar iş aparılır. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən küçə adları ilə bağlı Komissiyadan məlumat verilib. Komissiyanın sədr müavini Elmin İmanov bildirib ki, paytaxtın adları qəribə olan bəzi küçələrinin adı artıq dəyişdirilib:“Hazırda Bakının rayon icra hakimiyyətlərinə rəsmi məktublar daxil olur, müvafiq rayonların ərazisində bir sıra küçələrə şəhid adlarının verilməsi ilə bağlı iş davam etdirilir. Proses davam etdiyinə görə, bu gün əsas üstünlük verilən istiqamət orden və Vətən Müharibəsi Qəhrəmanı, Milli Qəhrəman adı almış şəhidlərimizin adlarının əbədiləşdirilməsidir”. “Artıq xeyli küçənin adı dəyişdirilib. Şəhid valideynlərinin, ailələrin qaldırdığı məsələləri həssaslıqla qarşılayırıq. Amma bu yalnız qanunvericiliklə müəyyən edilir. İstənilən halda, araşdırmalarımız davam etdirilir və qəribə küçə adlarının daha bir hissəsinin dəyişdirilməsi də həyata keçirilə bilər”, - Komissiyanın sədr müavini qeyd edib.
6-10-2022, 22:49
İlham Əliyev, Ərdoğan və Paşinyan görüşdü


İlham Əliyev, Ərdoğan və Paşinyan görüşdü

Çexiyanın paytaxtı Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi görüş olub. Butov.az xəbər verir ki, görüş Avropa Siyasi Birliyi liderlərinin sammitindən əvvəl baş tutub. Hər üç ölkənin liderləri ilk dəfə olaraq üçtərəfli formatda bir araya gəliblər.




����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!