İran Qətərdə ABŞ-a məxsus erkən xəbərdarlıq radarını vurdu .....                        İran Abu Dabiyə raket atıb .....                        İranın müdafiə naziri və SEPAH-ın rəisi öldürüldü - KİV .....                        İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu .....                        İsraildən yeni hücumlarla bağlı XƏBƏRDARLIQ .....                        Müharibəyə görə daha bir ölkədə məktəblər bağlandı .....                        İsrail İranın əsas şəxslərinə zərbə vurdu - KİV .....                        Müharibə Ayətullahın hakimiyyətdən getməsi üçündür - KİV .....                        Türkiyənin İsrailə dəstək verməsi iddialarına cavab .....                       
5-12-2025, 15:00
Gəncədə yaşlı qadını avtobus vurdu


Gəncədə yaşlı qadını avtobus vurdu

Gəncədə 78 yaşlı piyadanı avtobus vurub.
Hadisə şəhərin Əli Məmmədov küçəsində baş verib. Belə ki, "Baku Bus"a məxsus 4 saylı xətt üzrə işləyən sərnişin avtobusu hərəkətdə olan zaman 1947-ci il təvəllüdlü M.Nəsrullayevanı vurub. Piyada xəstəxanaya çatdırılıb, hazırda yaşlı qadının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisə yerinə DYPN əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
5-12-2025, 14:28
Növbəti köç karvanı Horovlu kəndinə çatdı


Növbəti köç karvanı Horovlu kəndinə çatdı

Dekabrın 5-də doğma yurduna yola salınan köç karvanı Horovlu kəndinə çatıb.
Bu mərhələdə Horovlu kəndinə 66 nəfərdən ibarət 18 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.




5-12-2025, 14:18
Fransa demoqrafik çağırışla üz-üzə


Fransa demoqrafik çağırışla üz-üzə

Fransa uzun illər Avropada demoqrafik sabitliyi ilə seçilsə də, son illərin göstəriciləri bu üstünlüyün sürətlə zəiflədiyini ortaya qoyub. Doğum səviyyəsinin azalması, əhalinin yaşlanması və iqtisadi dinamikanın zəifləməsi ölkənin sosial modelinə, maliyyə dayanıqlığına və əmək bazarına ciddi təsir göstərməkdədir. Hesablama Palatası dərc etdiyi hesabatla bu riskləri bir daha gündəmə gətirib.
İkinci dünya müharibəsindən sonra ilk dəfə olaraq Fransa 2025-ci ildə mənfi təbii artımla, yəni doğumdan daha çox ölüm halı ilə üzləşə bilər. Qadınbaşına düşən doğum sayı əhalinin özünü yeniləmə həddindən aşağı düşməkdədir. Eyni zamanda, ömür uzunluğunun artması fonunda əhalinin yaşlanması qaçılmaz hal alır.
“Insee” Sorğu İnstitutunun proqnozlarına görə, 2070-ci ildə 65 yaşdan yuxarı şəxslər ölkə əhalisinin təxminən üçdəbirini təşkil edəcək. Bu isə təkcə tibbi xidmət və baxım sektorunda deyil, həm də pensiya sistemi, dövlət maliyyəsi və əmək ehtiyatlarında kəskin təzyiq yaradacaq. Aktiv əhalinin azalması daha az sosial ödəniş, eyni zamanda isə artan yaşlı nəsil səbəbi ilə daha çox dövlət xərci deməkdir. İqtisadi artım potensialının zəifləməsi də əlavə risklər yaradır. Prezident Emmanuel Makron 2024-cü ilin əvvəlində “yenidən demoqrafik silahlanma” ifadəsini işlətsə də, ekspertlər bu prosesin asan olmadığını bildirirlər. Natalist siyasətlərin təsiri zəifdir və bir çox ölkələrdə gözlənilən nəticələri vermir. Eyni zamanda, immiqrasiya problemin miqyasını tam kompensasiya edə bilməz, baxmayaraq ki, Fransa üçün xarici işçi qüvvəsindən imtina daha ciddi tənəzzüllə nəticələnə bilər.
Hesabatda qeyd olunur ki, doğum səviyyəsinin kəskin azalmasının qarşısını almaq çətin olacaq və buna görə də dövlət artıq uyğunlaşma strategiyasına başlamaq məcburiyyətindədir. Bunun üçün yaşlı və gənc işçi qruplarının məşğulluq səviyyəsi yüksəldilməlidir, əhalinin yaşlanmasına bağlı olaraq pensiya sistemi yenidən tənzimlənməlidir, maliyyə yükü təkcə aktiv nəsillərin üzərinə qoyula bilməz, məsuliyyət bölgüsü yenidən qurulmalıdır.
Doğum səviyyəsinin azalması ilə bağlı səbəbləri və nəticələri araşdıracaq parlament missiyası işə başlayacaq. Bu, demoqrafik məsələlərin indiyədək büdcə müzakirələrində kifayət qədər yer almamasına qarşı ilk addım kimi dəyərləndirilir.
Hesablama Palatasının prezidenti Pierre Moscovici xəbərdarlıq edir: “Demoqrafiyada borc məsələsində etdiyimiz səhvi təkrarlamayaq”.
5-12-2025, 14:09
Azad edilmiş ərazilərdə 132 hektar yaşıllıq sahəsi salınıb - Nazir müavini


Azad edilmiş ərazilərdə 132 hektar yaşıllıq sahəsi salınıb - Nazir müavini

“Azərbaycan‒Türkiyə Beynəlxalq Meşəçilik Təlim Mərkəzi”nin və “Ağıllı Tinglik Təsərrüfatı”nın yaradılması ilə bağlı işlər davam etdirilir.
Bunu Şuşa şəhərində keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupun iclasında ekologiya və təbii sərvətlər nazirinin müavini, İşçi qrupun rəhbəri Vüqar Kərimov deyib.
Vüqar Kərimov bildirib ki, bu xüsusda işğaldan azad edilmiş rayonların ərazi planlaşdırma sənədlərinə uyğun olaraq, yaşıllıq sahələrinin yaradılması məqsədilə ayrılmış Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli rayonlarının ərazisində ümumilikdə 132 hektar yeni yaşıllıq sahəsi salınıb. Eyni zamanda, meşə fondu ərazilərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi planları çərçivəsində Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli və Laçın rayonları ərazisində ümumilikdə 408 hektar meşə fondu sahələrində əkin və səpin işləri icra olunub.
Həmçinin Ağdərə, Laçın, Zəngilan və Cəbrayıl rayonlarının ümumilikdə 240 hektar meşə fondu sahələrində meşəbərpa tədbirlərinə başlanılmış və hazırda meşə əkini və səpini işləri davam etdirilir.
5-12-2025, 14:04
"Qaçqınkom" Qobudakı yanğınla bağlı MƏLUMAT YAYDI


"Qaçqınkom" Qobudakı yanğınla bağlı MƏLUMAT YAYDI

5 dekabr 2025-ci il, saat 03:20 radələrində Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Qobu Park-1” yaşayış kompleksinin 4-cü binasının 7-ci mərtəbəsindəki 78-ci mənzildə yanğın baş verib. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Nazirliyin əraziyə gələn müvafiq bölmələri qısa müddətdə alovu söndürərək, yanğının digər mənzillərə keçməsinin qarşısını alıblar.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, yanğınla əlaqədar, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri və komitənin aidiyyəti struktur bölmələrin rəhbərləri hadisə yerində olublar.
İlkin araşdırma nəticəsində müəyyən edilib ki, yanğın Kəlbəcər rayonundan keçmiş məcburi köçkün Emin Həmidovun müvəqqəti məskunlaşdığı mənzildə baş verib: “Yanğın nəticəsində meydana gələn qatı tüstü nəticəsində binanın 9-cu mərətəbəsindəki 86-cı mənzildə yaşayan, Füzuli rayonundan keçmiş məcburi köçkün Yusifov Əkrəm Əşrəf oğlunun həyat yoldaşı 1998-ci il təvəllüdlü Yusifova Zülfiyyə Ramiq qızı və onun övladları 2016-cı il təvəllüdlü Yusif Yusifov və 2019-cu il təvəllüdlü Məryəm Yusifova, həmçinin 9-cu mərtəbədəki 88-ci mənzildə yaşayan Füzuli rayonundan keçmiş məcburi köçkün 1953-cü il təvəllüdlü Yusif Hüseynov həyatlarını itiriblər.
Vəfat edənlərin ailə üzvlərinin verdiyi məlumata görə, Yusif Hüseynov Bakı şəhəri Xəzər rayonu Qala qəbiristanlığı, Zülfiyyə Yusifova və övladları isə doğulduğu Gədəbəy rayonunda dəfn olunacaqlar”.
Bildirilib ki, yanğının söndürülməsi zamanı müvəqqəti yaşayış sahələri zərər görən ailələrin yerləşdirilməsi üçün Dövlət Komitəsi tərəfindən tədbirlər görülür: “Baş vermiş yanğınla bağlı aidiyyəti qurum tərəfindən cinayət işi başlanıb.
İş üzrə tam, obyektiv və hərtərəfli istintaq aparılmaqla qanunamüvafiq qərarın qəbul olunması təmin olunacaq.
Dövlət Komitəsinin rəhbərliyi baş vermiş yanğında həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”.

5-12-2025, 14:00
İstanbulda televiziya aparıcıları saxlanıldı


İstanbulda televiziya aparıcıları saxlanıldı

İstanbulda jandarma qrupları tanınmış şəxslərə qarşı narkotik əməliyyatı keçirib.
Müxtəlif televiziya kanallarında xəbər təqdim edən Ela Rumeysa Cebeci, Meltem Acet və Hande Sarıoğlu saxlanılıb.
Ankarada saxlanılan Hande Sarıoğlu İstanbula gətirildiyi qeyd olunub. Əlavə məlumat verilməyib.
5-12-2025, 13:48
Avtobusla yük maşını toqquşdu - Ölən var


Avtobusla yük maşını toqquşdu - Ölən var

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba rayonunun Vəlvələ kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sərnişin avtobusu "Ford" markalı yük avtomobili ilə toqquşub.
Nəticədə yük avtomobilinin sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıb. O, Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
5-12-2025, 13:39
Hikmət Hacıyev NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri ilə görüşdü


Hikmət Hacıyev NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri ilə görüşdü

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Aleksandr Vinnikovla görüşüb.
Bu barədə İsveçin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Səfər zamanı Aleksandr Vinnikov Azərbaycan Prezidentin köməkçisi Hikmət Hacıyevlə səmərəli müzakirələr aparıb.
Məlumatda bildirilib ki, bu həftə NATO-nun Cənubi Qafqazdakı Ofisinin (Tbilisidə) rəhbəri Aleksandr Vinnikov NATO-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi, eləcə də qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri ilə bağlı müzakirələri davam etdirmək üçün Bakıya gəlib.
Aleksandr Vinnikov NATO-nun hərbi təhsilin təkmilləşdirilməsi proqramına və onun müdafiə və təhlükəsizlik islahatlarına töhfəsinə həsr olunmuş beynəlxalq konfransda NATO-Azərbaycan tərəfdaşlığı haqqında əsas məruzə ilə çıxış edib.
Nümayəndə heyəti həmçinin yerli analitik mərkəzlər, NATO səfirləri və Ukraynanın Azərbaycandakı səfiri ilə faydalı görüşlər keçirib.
Səfər 2025-2026-cı illər üçün Azərbaycanda NATO-nun əlaqə mərkəzi kimi fəaliyyət göstərən Slovakiya və İsveçin Bakıdakı səfirliklərinin dəstəyi ilə təşkil olunub.
5-12-2025, 13:33
Azərbaycan Qəzzaya sülhməramlı göndərəcək?


Azərbaycan Qəzzaya sülhməramlı göndərəcək?

ABŞ prezidenti Donald Trampın Qəzza zolağında yeni idarəçilik strukturunun formalaşdırılmasını nəzərdə tutan planının ikinci mərhələsinə dair detallar ortaya çıxıb.
Axios portalının məlumatına görə, ABŞ rəhbərliyi dekabrın 25-dək Qəzza üzrə “ikinci mərhələnin” başlanmasını elan etməyi planlaşdırır.
Portalın ABŞ rəsmilərinə istinadən yaydığı məlumatda Trampın ilin sonunadək İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşərək Qəzzanın gələcək idarəçiliyini müzakirə edəcəyi bildirilir.
İkinci mərhələ İsrail ordusunun Qəzzadan çıxarılmasını, ərazidə “beynəlxalq sabitləşdirmə qüvvələrinin” yerləşdirilməsini və yeni idarəetmə strukturlarının, o cümlədən “Sülh Şurası”nın fəaliyyətə başlamasını nəzərdə tutur.
"Axios"un iddiasına görə, beynəlxalq sabitləşdirmə qüvvələrinə qoşulmağa Azərbaycan, Misir, İndoneziya və Türkiyə ilkin olaraq razılıq verib. Bununla belə, Qərb və İsrail mənbələri son günlər məlumat yayıb ki, Bakı təhlükəsizlik risklərini nəzərə alaraq bu planın həyata keçirilməsində birbaşa kontingentlə iştirak etməyə tərəddüd edir və hələlik qəti qərar verməyib.
İsrail mənbələrinin iddiasına görə, Azərbaycan son anda Qəzzaya hərbi personal göndərməkdən imtina edib, çünki HƏMAS-ın silahdan imtina etmədiyi şəraitdə beynəlxalq qüvvələrin real döyüş riski ilə üzləşməsi qaçılmaz ola bilər. Bakı bu məlumatları rəsmi şəkildə nə təsdiqləyib, nə də təkzib edib.
Trampın təşəbbüsünə əsasən, “Sülh Şurası”nda onlarla Qərb və ərəb ölkəsinin liderləri təmsil olunacaq. Şuraya tabe olacaq icra komitəsinə isə Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer, Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff, eləcə də Cared Kuşner daxil ediləcək.
ABŞ-ın planına görə, Qəzzanın gündəlik idarəetməsi 12–15 nəfərlik texnokrat hökumətə həvalə olunacaq. Bu hökumətdə nə HƏMAS, nə də FƏTH nümayəndələri yer almayacaq.
BMT Təhlükəsizlik Şurasının 17 noyabr tarixli qətnaməsi beynəlxalq qüvvələrin HƏMAS-ı tərksilah etməsini nəzərdə tutur. HƏMAS isə silahdan imtina etməkdən qəti şəkildə boyun qaçırır. Bu isə Qəzzada yerləşdirilməsi planlaşdırılan sabitləşdirmə qüvvələrinin HƏMAS silahlıları ilə toqquşma ehtimalını artırır.
Mütəxəssislərin fikrincə, məhz bu faktor Azərbaycan da daxil olmaqla potensial iştirakçı ölkələrin ehtiyatlı mövqe tutmasına səbəb olur.
Hadisələrlə bağlı rəsmi Bakıdan hələlik açıqlama verilməyib.
5-12-2025, 10:49
Yanğında ölən azyaşlılar bu məktəbin şagirdləridir - ADLAR AÇIQLANDI


Yanğında ölən azyaşlılar bu məktəbin şagirdləridir - ADLAR AÇIQLANDI

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış kompleksi ərazisindəki yaşayış binasında baş verən yanğın zamanı dörd nəfər həyatını itirib. Vəfat edən 4 nəfərdən 2-si azyaşlıdır.
Hadisədə ölən azyaşlılar Laçın rayonu 29 saylı tam orta məktəbin şagirdləri olub.
Məlumata görə, həyatını itirən Yusifova Məryəm Əkrəm qızı məktəbin 1-ci sinif, Yusifov Yusif Əkrəm oğlu 4-cü sinif şagirdidir.
Azyaşlıların anası 1998-ci il təvəllüdlü Zülfiyyə Yusifova da həyatını itirib. Uşaqların atası Əkrəm Yusifov isə yanğında xəsarət alıb, onun xəstəxanaya yerləşdirildiyi bildirilir.
Həyatını itirən şəxslərin Füzuli rayonundan olduğu qeyd olunub.
Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!